Dərs vəsaiti Sumqayıt 2015 Azərbaycan Respublikasi Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti


«Ölkələrin rəqabət üstünlükləri» nəzəriyyəsi (Absolute Advantage) -



Yüklə 0,68 Mb.
səhifə18/85
tarix19.09.2023
ölçüsü0,68 Mb.
#129090
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   85
Şəfa Əliyev-Azərbaycanın xarici iqtisadi siyasəti-Dərs vəsaiti-2015-prof. Şəfa Əliyev

«Ölkələrin rəqabət üstünlükləri» nəzəriyyəsi (Absolute Advantage) - 1991-ci ildə Amerika iqtisadçısı Maykl Porter «Ölkələrin rəqabət üstünlükləri» kitabını nəşr etdirmişdir. Göstərilən nəzəriyyənin əsas mahiyyəti - hər hansı bir ölkənin digər ölkələrlə müqayisədə təbii ehtiyyatlarından effektivli istifadə etməklə az xərclərə mal istehsalının təşkililbh. Bu amil sayəsində həmin ölkə və onun istehsalçı firması dünya bazarında daha rəqabətqabiliyyətli olur və üstünlük əldə edir. Bu nəzəriyyə əsasında ölkənin digər ölkələrlə rəqabət üstünlüyü proseslərində dörd determinant xüsusi olaraq qeyd edilir:
istehsalın təminat amilləri (infrastruktura, elmi-texniki potensial, təbii ehtiyatlar, yüksək ixtisaslı işçi güvvəsi və s.)
məhsula daxili bazarda tələbatın yüksək olması, istehsalın həcminin artması üçün yeni istehsal proseslərinin, texnologiyalarının keyfiyyət (standart) göstəricilərinin artırılmasının stimullaşdıılması və məhsulun xarici bazara çıxmasına münbit şəraitin yaranması;
ölkədə rəqabətqabiliyyətli təchizatçı və istehsal sahələrinin mövcudluğu, yarımfabrikat və komplektləşdirici malların istehsalı, texnologiya, marketinq, servis və sair sahələrdə informasiya mübadiləsi mümkünlüyü (başqa sözlə, milli rəqabətqabiliyyətli sahələri klasterlərinin formalaşması);
ölkədə rəqabət mühitinin, biznesə şəraitin yüksək olması milli strategiyanın spesifik xüsusiyyətləri və sair amillər istehsal sahələrinin rəqabətqabiliyyətliyinə ciddi təsir göstərir.
M. Porterin fikrincə, bütün dörd determinantlara malik olan ölkələr (milli «romb») daha çox üstünlük qazana bilərlər, çünki bu amillərin hər biri digərlərinə təsir göstərir. Bu proseslərdə dövlətin iqtisadi siyasətinin də rolu böyükdür. «Ölkələrin rəqabət üstünlükləri» nəzəriyyəsinə görə - rəqabət - dünya bazarında dinamik inkişaf proseslərini sürətləndirir və bunların əsasında texnologiyalarının daimi yenişləndirilməsi, innovasiyalar üstünlük təşkil edir.


2.4. Azərbaycan Respublikasını dünya iqtisadi proseslərinə sürətləndirən amillər.

Hələ Azərbaycan keçmiş SSRİ-nin tərkibində ikən mərkəz vasitəsilə (Moskva) bir sıra beynəlxalq əmək bölgüsü proseslərində iştirak edirdi. Lakin bunlar çox məhdud və ciddi normativlər əsasında aparıldığından, burada Azərbaycanın milli maraqlarına uyğun iqtisadi ticarət əlaqəsindən söhbət gedə bilməzdi. Ancaq SSRİ-in süqutundan sonra, Azərbaycan müstəqil ölkə kimi artıq sərbəst ticarət iqtisadi siyasəti formalaşdırmalı və müstəqil konsepsiyalara malik olmaq zərurətində idi. Başqa sözlə, Azərbaycan Respublikasının dünya iqtisadi proseslərinə sürətləndirən amillər aşağıdakılar olmuşdur:


 ölkənin müsətqil xarici-iqtisadi siyasətinin və milli konsepsiyasının formalaşdırması istəyi;
 təbii ehtiyatlardan və resurslardan ölkənin milli maraqlarına uyğun effektivli istifadənin reallaşdırmasında investisiyaların cəlb edilməsi, beynəlxalq texniki-iqtisadi əməkdaşlığın güclənməsi;
 ölkənin iqtisadi inkişafının sürətləndirilməsi, davamlı inkişafın təmin edilməsi, regional və beynəlxalq iqtisadi məkanda ölkənin imicinin artırılması və bütövlükdə milli iqtisadi inkişaf modelinin formalaşdırılması, təkmilləşdirilməsi;
 Azərbaycanın dünya ölkələri arasında rəqabətqabiliyyətinin yüksəldilməsi və müasir dünya iqtisadiyyatı proseslərində fəal iştirak etməklə, müasir texnologiyaların ölkəyə gətirilməsi, innovasiyaların tətbiqi və dünya təsərrüfat sistemində layiqli yer tutması istəyi və s.



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin