2. MÖVZULAR VƏ ONLARIN MƏZMUNU
1. Xarici iqtisadi siyasətin nəzəri-konseptual əsasları.
İqtisadi siyasətin mahiyyəti. İqtisadi siyasətin predmeti. İqtisadi siyasətin əsas formaları və xüsusiyyətləri. Xarici iqtisadi siyasətin formalaşması prosesləri. Xarici iqtisadi siyasətin ümumi iqtisadi siyasətin əsas tərkib hissəsi kimi.
2. Xarici iqtisadi siyasətin dünya iqtisadiyyatına təsiri məsələləri.
Dünya iqtisadiyyatının inkişaf mərhələləri. Bazar iqtisadiyyatının formalaşması prosesləri və əsas iqtiqamətləri. İqtisadi transformasiyaların dünya iqtisadiyyatına təsiri. Dünya ölkələrinin xarici iqtisadi siyasətinin spesifik xüsusiyyətləri. Ayrı-ayrı ölkə qruplarının və Beynəlxalq iqtisadi birliklərin xarici iqtisadi siyasətinin prioritet vəzifələri. Xarici iqtisadi siyasətin formalaşmasında ayrı-ayrı ölkələrin milli maraqlarının nəzərə alınması. Milli iqtisadiyyatların beynəlmilləşməsi prosesləri və dünya iqtisadi sistemində inteqrasiya proseslərin genişlənməsi.
3. Qloballaşma şəraitində milli iqtisadi sistemlərin inkişaf problemləri.
Milli iqtisadi təhlükəsizlik anlayışışının mahiyyəti. Qloballaşma şəraitində ölkələrin iqtisadi təhlükəsizlik problemləri. Beynəlxalq inteqrasiya proseslərinin genişləndiyi şəraitdə milli iqtisadi maraqların qorunmasının prioritet istiqamətləri. İqtisadi inkişaf modelinin formalaşdırılması və təkmilləşdirilməsi. Milli iqtisadi inkişaf modelinin ayrı-ayrı sektorlarının davamlı inkişafı. Milli iqtisadi sektorların rəqabət qabiliyyətinin gücləndirilməsi. İqtisadi inkişaf proseslərinin sürətləndirilməsində balanslaşdırılmış xarici iqtisadi siyasət konsepsiyasının əhəmiyyəti.
4. Xarici ticarət siyasətinin dünya iqtisadiyyatında rolu.
Ticarətin dünya iqtisadiyyatında rolu. Xarici ticarət nəzəriyyələri. Xarici ticarət siyasətinin formalaşması prosesləri. Xarici ticarətin tarif və qeyri-tarif tənzimləmələri. Xarici ticarətin kvotalaşdırılması. Xarici ticarətin lisenziyalaşdırılması. Dövlətlərarası və regionlararası iqtisadi əməkdaşlıq proseslərində xarici ticarətin əhəmiyyəti. Xarici ticarətin sərbəstləşdirilməsinin müsbət cəhətləri. Xarici ticarət siyasətinin spesifik xüsusiyyətləri. Xarici ticarətin səmərəlilik problemləri. Xarici ticarət siyasətinin ölkə iqtisadiyyatlarının və dünya iqtisadiyyatının inkişafına təsiri. Xarici ticarət siyasətinin təkmilləşdirlməsinin əhəmiyyəti.
Dostları ilə paylaş: |