SQL - ə giriş.
SQL - verilənlər bazasına manipulyasiya etmək üçün standart sorğu dilidir.Açılışı Structured Query Language şəklindədir.
SQL - lə nələr etmək mümkündür?
SQL -lə baza yaradıla bilir
SQL -lə bazaya sorğular göndərilir
SQL -lə bazadan məlumatı kopyalamaq olur
SQL -lə məlumatlar bazaya daxil edilir, oxunur, dəyişdirilir və silinir (insert, select, update, delete)
SQL -lə bazada yeni cədvəllər yaradılır(create) SQL-lə bazada cədvəllər birləşdirilə bilir (join) və s.
SQL bir standartdır...və American National
Standarts İnstitute tərəfindən təyin olunmuşdur.
Hazırda SQL -in müxtəlif versiyaları
mövcuddur.Onlar SQL- in modifikasiya olunmuş
növləridir və SQL -in əsas komandalarını dəstəkləyir (select, update,delete,insert,where)
Sağdakı diagramdaMySQL -in digər SQL dilləri ilə müqayisədə istifadə reytinqini görürük :
SQL -də komanda qrupları (SQL statements)
SQL -də açarlar (keys in SQL)
o primary key
o foreign key
o unique key
o composite key
Cədvəldə primary key sətirlərin yeganə təyinedicisidir, hər bir sətir üçün primary key olmalıdır.O null dəyəri ala bilməz.Həmçinin iki sətir eyni primary key- ə sahib ola bilməz!
Foreign key adından bəlli olduğu kimi başqa cədvəlin primary key - nə və ya unique key -nə istinad edir (başqa sözlə onu təmsil edir).
Unique key də cədvəldə hər bir sətrin yeganə təyinedici açarıdır, lakin primary key -dən fərqli olaraq o NULL dəyəri ala bilər.Bununla belə baza cədvəlinin birdən çox unique key -ləri ola bilər.
Əgər cədvəli yaradarkən 1-dən çox sütünü primary key (və ya foreign key) kimi veririksə bu
baglılığa composite key deyilir.Bir nümunəyə
baxaq :
create table account ( acc_numint, acc_typeint, acc_desc char(500),
primary key (acc_num , acc_type)
)
buradaprimary key (acc_num , acc_type)composite keyrolunuoynayır.
Dostları ilə paylaş: |