MySQL -də bazalarla iş.
MySQL yüklənən zaman default olaraq istifadəçi adı root qəbul olunur.Buna görə mysql-ə qoşulmaq üçün C:\Program Files\MySQL\MySQL Server 5.6\bin qovluğu daxilində aşağıdakı əmri yazmaq lazımdır : mysql -u root
Öncədən parol təyin olunmadığı üçün bu əmri yazıb enter-ə vuraraq mysql-ə daxil oluruq.Çıxış üçün də sadəcə exit (və ya quit)əmrini yazmaq kifayət edir:
İstifadəçiyə parol təyin etmək üçün mysql-də aşağıdakı əmr sətrini yazmaq lazımdır:
set password for 'root'@'localhost'=PASSWORD('abc'); bu əmri yazmaqla biz lokalda mövcud olan root adlı istifadəçiyə abc şifrəsini təyin edirik.
Şəkildən də göründüyü kimi parol təyin edildikdən sonra mysql-ə parolsuz daxil olmaq (sadəcə mysql -u root yazmaqla) mümkün olmur.Artıq parol təyin olunduğuna görə onun tələb olunması üçün giriş əmrini mysql -u root -p kimi yazmaq lazımdır.Bu zaman " Enter password : " olan hissəyə öncədən təyin etdiyimiz parolu yazmaqla daxil ola bilirik.
Təyin olunmuş parolu sıfırlamaq üçün mysql -də aşağıdakı əmri yazmaq lazımdır :
set password=password(' ');
Göründüyü kimi parolu sıfırladıqdan sonra exit əmri ilə çıxış edib yenidən daxil olduqda (mysql -u root yazaraq) heç bir problemsiz yenidən mysql-ə daxil oluruq.
Eyni qaydada istifadəçi adını istəyimizə uyğun dəyişə bilərik.Bunun üçün əmri belə yazırıq:
Dostları ilə paylaş: |