Dərsin dili Azərbaycan Təhsil pilləsi Bakalavr Məqsədi



Yüklə 274,18 Kb.
Pdf görüntüsü
səhifə1/4
tarix31.12.2021
ölçüsü274,18 Kb.
#112248
növüDərs
  1   2   3   4
01 Biologiya Azərbaycan dilində işgüzar və akademik kommunikasiya



 

 

 



 

 

 



Qərbi Kaspi Universiteti  

 

“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” 

fənni üzrə sillabus 

Fənn Kodu və adı 

 

Semester  

 

Kredit 

 

 ÜF-BO3 Azərbaycan dilində    

 işgüzar və akademik    

 kommunikasiya 



 



Fənn haqqında  

Dərsin dili 

Azərbaycan  

Təhsil pilləsi 

Bakalavr     

Məqsədi 


1.“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənni 

müəyyən ehtiyac və tələbat əsasında meydana çıxmışdır. Qloballaşma 

şəraitində zamanın tələblərinə uyğun Azərbaycan dilinin düzgün, səlis 

istifadəsi, eləcə də bu dildə ixtisasından asılı olmayaraq rəvan nitq 

hazırlanması, fikirlərin qüsursuz çatdırılması üçün  onun fonetik, 

leksik və qrammatik qayda-qanunlarını, normalarını dərindən bilərək 

yazılı və şifahi nitqə düzgün tətbiq etmək zəruridir.  Fənn praktik 

məşğələlər formasında tədris edilir.  

2.Praktik məşğələlər formasında tədris edilən “Azərbaycan dilində 

işgüzar və akademik kommunikasiya” fənni tələbələrə Azərbaycan 

dilinin qrammatik normalarını tətbiq edərək, təmiz, düzgün, dəqiq, 

yığcam, ümumiyyətlə, kamil nitq vərdişlərini yaratmağa,  eləcə də 

işgüzar ünsiyyət etikasını aşılamağa xidmət edir.     

Əldə ediləcək nəticələr 

 

“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya”  fənni ana 



dilinin fonetik, leksik, qrammatik qaydalarını, normalarını, nitqin 

qarşısında duran tələbləri  akademik  və işgüzar kommunikasiyada 

tətbiq etməyi öyrədir. Fənnin tədrisinin hədəfləri:  

  Azərbaycan ədəbi dilinin qayda-qanunlarına düzgün əməl 

etmək; 

  Azərbaycan dilində təqdimat etmək; 

  tələbələrin yaradıcılıq qabiliyyətini inkişaf etdirmək; 

  yazılı və şifahi dil vasitəsi ilə məlumatı çatdırmaq; 

   qeydiyyat aparmaq, məlumat toplamaq; 

  müxtəlif məzmunda məlumatları müzakirə etmək; 

   akademik məqalələri tərtib etmək;  

  akademik və işgüzar yazı bacarıqlarını aşılamaq; 

  çoxparaqraflı mətnlərin təşkilatı hissələrinə nəzarət etmək; 

  müxtəlif ideya və ziddiyyətli fikirləri təhlil etmək; 

  fikirləri düzgün dəstəkləmək (statlar, faktlar, misallar); 

  işgüzar və akademik ünsiyyət vərdişlərini yaratmaq; 

  xüsusi auditoriyalar üçün uyğun söz, uyğun ton, uyğun səs 

seçmək. 



Yüklə 274,18 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin