Sosial-iqtisadi hadisələrin tədqiqində qarşıda duran vəzifələrin yerinə yetirilməsinin təmin edilməsi xeyli dərəcədə statistik biliklərin nə dərəcədə olmasından asılıdır. Tələbələrin statistik məlumatlarla işləmə bacarıqlarının mənimsədilməsi kursun əsas məqsədlərındən biridir. Fənnin sonunadək aşağıdakılara nail olunmalıdır :
Statistik düşünmə tərzi üçün zəruri olan düşünmə proseslərini və analitik bacarıqları inkişaf etdirmək
Cari hadisələri izləyərək və onların məğzini müzakirə etməklə tənqidi düşünmə təcrübəsinə yiyələnmək
Statistik metodları, modelləri nəzərdən keçirmək və statistikanın inkişafında cəmiyyətin və dövlətin rolunu, onların statistikaya təsirini tənqidi surətdə dəyərləndirmək
Regional iqtisadi inteqrasiyanın digər formalarının inkişafı, yerli və milli iqtisadiyyatlarda rolunun statistik tədqiqatını həyata keçirmək və qiymətləndirmək.
Öyrənilmiş anlayışları və müvafiq beynəlxalq təşkilatlarla bağlı əldə olunmuş bilikləri tətbiq etmək
Əldə olunan nəticə:
Fənnin sonunda müvəffəqiyyətli tələbələr bunları bacaracaqlar:
tədqiqatın statistik metodlarını. Makro və mikro səviyyəli praktiki fəaliyyətdə onların tətbiqi prinsiplərini və üsullarını,
ölkə və təsərrüfat subyektləri səviyyəsində tətbiq edilən müxtəlif analitik - statistik və ümumiləşdirici göstəricilər sistemini,
iqtisadi tədqiqatlarda müxtəlif statistik metodlardan istifadə metodikasını,
seçmə müşahidəsinin təşkil metodikasını, məlumatlar dəstinin təsvirini, zaman sıra- larının təhlilini, müxtəlif indekslərin hesablanmasını, əlaqə və asılılığın təhlilini apar- mağı, həmçinin statistik fərziyyələrin əsaslandırılmasını,
məlumatların təhlili əsasında nəticələr çıxarmağı və statistik texnologiyanın real biznes problemlərininn həllində tətbiqini.
makro və mikrosəviyyədə sosial-iqtisadi hadisələrin inkişaf qanunauyğunluğunu qiymətləndirməyi,
sosial-iqtisadi proseslərin kəmiyyət və keyfiyyət əlaqələrini təhlil etməyi,
təhlildən əldə edilənlər əsasında praktiki istifadə üçün əsaslandırılmış nəticə və tövsiyyələri formalaşdırmağı.
Tədris metodu:
Interaktiv
Məzmunu:
Statistika kütləvi hadisələrin kəmiyyət tərəflərini onun keyfiyyət tərəflərindən ayırmadan müəyyən məkan və zaman şəraitində öyrənir. O, kütləvi hadisələr haqqında məlumatları toplayir, sistemləşdirir və təhlil edir, ölkə iqtisadiyyatinın inkişafını, əhalinin həyat səviyyəsini xarakterizə edir. Statistika fənninin tədrisi tələbələrin sosial-iqtisadi hadisələrin iqtisadi mahiyyətinin dərk edilməsi və onların tədqiqində statistik məlumatlarla işləmə vərdişləri əldə etməsi üçün böyük əhəmiyyətə malikdir. Bu fənn statistika elminin formalaşması mərhələlərini, statistikanin sosial-iqtisadi proseslərin dərk edilməsi və tədqiqi vasitəsi kimi cəmiyyət və dövlətin idarə edilməsi və qərarların qəbulundakı rolu, hadisələrin öyrənilməsi metodları və üsulları, bu metodların bir sira sosial-iqtisadi hadisələrə tətbiqi qaydaları haqqında mövzuları özündə birləşdirir.
Bu baxımdan kursda statistika elminin yaranması tarixi, predmeti, metodologiyası ilə yanaşı sosial-iqtisadi hadisələrin öyrənilməsi üçün göstəricilər və göstəricilər sistemi haqında biliklər mənimsədilir.
Bu fənnin mərkəzi mövzusu sosial-iqtisadi hadisələrin statistik təhlilinin aparilması üçün bilik və bacarıqların əldə edilməsi olacaq. Başlıca təlim vasitələri göstərilmiş ədəbiyyatlar, mühazirələr, auditoriyada müzakirələr, komanda şəkilində yerinə yetirilən layihələr və digər vasitələrdir. Hər bir dərsdən əvvəl müəyyən olunmuş mətn üzrə material və tapşırılmış bütün digər qiraət materialları oxunmalıdır.