267
MULTİKULTURALİZM ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİYİN
TƏNZİMLƏNMƏSİNİN SƏMƏRƏLİ SİYASƏT MODELİ KİMİ
formalaşan, müsbət və obyektiv xarakter daşıyan, insanların dünyagörüşünün
və fəaliyyətlərinin məzmununu müəyyən edən və istiqamətləndirən etnik-
mədəni müxtəliflik və onun əsasını təşkil edən etnik-mədəni dəyərlər
müasir
ictimai inkişafda müəyyənedici rol oynayır. Bu isə müasir dövrdə mədəniyyətin
ictimai inkişafda aparıcı rol oynamasından irəli gəlir.
Müasir dövrdə mədəniyyətin ictimai inkişafda aparıcı rol oynaması
ideyası ictimai inkişafın, xüsusilə də onun səbəb və istiqamətinin, o cümlədən
xalqların ölkə daxilində və beynəlxalq münasibətlər sistemində davranışının
tədqiq olunmasının ən mühüm metodoloji prinsiplərindən biridir.
Mədəniyyətin ictimai inkişafda aparıcı rol oynaması ideyasını əsaslı
şəkildə ilk sübut edənlərdən biri tanınmış alman sosiologu Maks Veber olmuşdur.
O, mədəniyyətin dəyərlərini cəmiyyətin sosial-iqtisadi inkişafının
mühüm
səbəblərindən biri kimi qələmə verirdi. Konkret tarixi faktlara əsaslanaraq, Veber
mədəniyyətin dəyərlərinin, xüsusilə müəyyən dinlərdə olan etik dəyərlərinin
sosial-iqtisadi inkişafa səbəb olmasını göstərmişdir.
Mədəniyyətin ictimai inkişafda aparıcı rolunun artması müasir ictimai
inkişafın xüsusiyyətlərindən irəli gəlir. Bu xüsusiyyətlər isə dünya kommunist
sisteminin dağılması və beynəlxalq münasibətlərin yeni sisteminin formalaşması
ilə bağlıdır. Məlum olduğu kimi, soyuq müharibə illəri dövründə ideoloji, siyasi,
iqtisadi və hərbi sahələrdə bir-birinə düşmən olan iki siyasi sistem – keçmiş Sovet
İttifaqının başçılıq etdiyi kommunist sistemi və ABŞ-ın ətrafında birləşən Qərb
dünyası – qarşı-qarşıya duranda onların xalqlarını,
həmçinin bu sistemlərdən
birinə mənsub olan “üçüncü dünya” ölkələrinin xalqlarını ilk növbədə qarşı
tərəfdən gələ bilən təhlükə narahat edirdi. Belə olan şəraitdə bu xalqlar arasında
əsas fərqli cəhətlər ideoloji, siyasi yaxud iqtisadi xarakter daşıyırdı. Dünya
kommunist sisteminin dağılması eyni zamanda bir-birinə zidd olan iki sosial-
siyasi sistemdən birinin tarix arenasından getməsinə gətirdi. Nəticədə dünya
xalqları
öz mədəni köklərinə, daha konkret desək,
etnik-mədəni dəyərlərinə
müraciət etmək imkanını əldə etdilər. Başqa sözlə desək,
dünya kommunist
sisteminin dağılması soyuq müharibəyə son qoymaqla bir-birinə zidd olan iki
sosial-siyasi sistemin siyasi, hərbi, iqtisadi və ideoloji qarşıdurmasını aradan
qaldırdı. Bunun nəticəsində dünya xalqları öz etnik-mədəni dəyərlərinə müraciət
etmək imkanını əldə etdilər. Post-kommunist dövrdə tarixinə, dininə, dilinə,
ümumiyyətlə etnik- mədəni dəyərlərinə müraciət
edən xalqlar öz kimliyini
MULTİKULTURALİZMƏ GİRİŞ
268
müəyyən edirlər. Bu dəyərlər xalqlar arasında olan əsas fərqləri təşkil edir.
Bununla əlaqədar Samuil Hantinqton “Sivilizasiyaların toqquşması və dünya
düzəninin yenidən qurulması” adlı kitabında qeyd edir:
“Yeni dünyada xalqlar
arasında əsas fərqlər ideoloji, siyasi, iqtisadi deyil, mədəni xarakter daşıyır”
.
Müasir dövrdə xalqlar öz tarixlərinə, dinlərinə, etnik-mədəni dəyərlərinə
müraciət edərək kimlikləri müəyyən edirlər.
Müasir Qərb ədəbiyyatında Samuil Hantinqton, Ronald İnqleqard, Frensis
Fukuyama, Zbiqnev Bjejinski, Fərid Zəkəriyyə və başqa müəlliflər ictimai
inkişafda mədəniyyətin aparıcı rol oynadığını qeyd edirlər.
Samuil Hantinqton yuxarıda qeyd etdiyimiz kitabında ictimai inkişafda
mədəniyyətin aparıcı rol oynaması ideyasına əsaslanaraq,
müxtəlif ölkələrin
sosial-iqtisadi inkişafında əldə etdikləri nailiyyətləri, eləcə də üzləşdikləri
çətinlikləri onların mədəniyyətlərinin xüsusiyyətləri ilə izah edir.
Həqiqətən, ictimai inkişafda mədəniyyətin aparıcı rol oynaması ideyası
müasir ictimai inkişafın, xüsusilə də onun səbəblərinin müəyyən edilməsinin
mühüm metodoloji prinsiplərindən biridir.
Beləliklə, ictimai inkişafda mədəniyyətin aparıcı rol oynaması müasir
dövrdə etnik-mədəni müxtəlifliyin və onun əsasını təşkil edən etnik-mədəni
dəyərlərin qorunmasının və inkişafının vacibliyini əsaslandırır. İctimai inkişafda
mədəniyyətin aparıcı rol oynaması multikulturalizm siyasətinin düzgün siyasət
olduğunu sübut edir. Bunu tarixi hadisələrin gedişatı da sübut etdi. Belə ki, etnik-
mədəni müxtəlifliyin dövlət tərəfindən tənzimlənməsi tarixi assimilyasiya və
izolyasiya siyasət modellərinin səmərəsizliyini göstərməklə ötən əsrin 60-70-ci
illərində multikulturalizm siyasətinin meydana gəlməsinin başlıca səbəblərindən
biri olmuşdur.
Dostları ilə paylaş: