MULTİKULTURALİZMƏ GİRİŞ
270
oynayır. Multikulturalizm siyasətindən imtina etmiş bir neçə liberal demokratiya
ölkələrinin təcrübəsi göstərir ki, cəmiyyətdə mövcud olan etnik, irqi, dini və
mədəni müxtəlifliklər müasir liberalizmin prinsiplərinə əsasən tənzimləndikdə,
yəni dövlət milli azlıqların etnik-mədəni dəyərlərinin qorunmasına və inkişaf
etdirilməsinə münasibətdə həddindən artıq səy göstərdikdə, bu işdə onlara tam
azadlıq verdikdə, digər tərəfdən isə onların yaşadıqları cəmiyyətə inteqrasiyası
olunmaları istiqamətində lazımi tədbirlər görmədikdə, milli azlıqlar cəmiyyətdə
titul xalqın geniş yayılmış etnik-mədəni dəyərlərindən, müəyyən olunmuş etik-
davranış normalarından təcrid olunaraq, hətta bəzən bu dəyərlərə və normalara
qarşı müqavimət göstərərək öz etnik-mədəni dəyərlərinə sığınırlar. Belə olan
şəraitdə cəmiyyətdə dezinteqrasiya prosesləri baş verir. Cəmiyyət müxtəlif etnik,
dini icmalara bölünür. Bu icmalar arasında dialoq və əməkdaşlıq əlaqələri zəif olur.
Liberal demokratiya ölkələri üçün xarakterik olan bu problemi həmin
ölkələrin bir neçə dövlət başçısı (Böyük Britaniyanın sabiq Baş naziri Devid
Kameron, Fransanın sabiq Prezidenti Nikola Sarkozi, Almaniyanın kansleri
Anqela Merkel) qeyd edərək multikulturalizm siyasətinin müasir dövrdə
səmərəsiz olması səbəbindən iflasa uğradığını rəsmi olaraq artıq bəyan etmişlər.
Onlar bu siyasətin səmərəsizliyini ölkələrində məskunlaşmış etnik və dini
azlıqların cəmiyyətə inteqrasiya olunmaq istəmədikləri ilə əsaslandırırdılar.
Bu dövlətlərin ümumi mövqeyini 5 fevral 2011-ci ildə 47-ci Münxen
Təhlükəsizlik Konfransdakı çıxışında Böyük Britaniyanın sabiq Baş naziri
Devid Kameron belə ifadə etmişdir:
Dostları ilə paylaş: