415
MÜASİR DÖVRDƏ AZƏRBAYCANDA MULTİKULTURALİZM
mərhələlərin reallaşmasında əsas rol dövlətə məxsus olsa da, Azərbaycan xalqının
milli xüsusiyyətindən irəli gələn cəmiyyətdəki etnik-mədəni müxtəlifliyə xalqın
tolerant münasibəti burada multikulturalizmin dövlət
siyasəti kimi bərqərar
olmasında əhəmiyyətli rol oynamışdır. Multikulturalizmin Azərbaycanda dövlət
siyasəti olması isə öz növbəsində onun xalqın həyat tərzi kimi möhkəmlənməsinə
xidmət edir. Başqa sözlə desək, Azərbaycanda
multikulturalizmin dövlət
siyasətinə və xalqın həyat tərzinə çevrilməsi bir-birinə qarşılıqlı təsir göstərir. Hər
ikisi Azərbaycan multikulturalizminin meydana gəlməsinin, formalaşmasının və
inkişafının subyektiv səbəbləri olaraq bir-birilə sıx bağlıdır.
Beləliklə, tarixi və coğrafi faktorlar Azərbaycan multikulturalizminin
meydana gəlməsi prosesinin obyektiv səbəblərini, dövlət başçılarının, eləcə də
Azərbaycan xalqının cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin qorunmasına və
bu müxtəlifliyin əsasını təşkil edən etnik-mədəni dəyərlərə göstərdikləri tolerant
münasibət isə subyektiv səbəblərini təşkil edir.
11.2. Azərbaycan multikulturalizminin
əsas xüsusiyyətləri
Multikulturalizm Azərbaycanda
əsrlərdən bəri formalaşan, eyni
zamanda ictimai-bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər
toplusu kimi, xüsusilə sovet ideologiyasının hökmranlıq etdiyi illərdə kifayət
qədər sistemsiz və spontan mahiyyətə malik idi. Onun sanki bütün vacib
özəllikləri mövcud idi. Tolerantlıq və mənəvi potensial, dini loyallıq və milli
özünəməxsusluq, psixoloji səbat və bəşəri dəyərlərə açıqlıq
Azərbaycan
insanını multikultural bir rejimin içinə daxil etməyə hazır idi. Bu və buna bənzər
xüsusiyyətlər Azərbaycan ədəbi-bədii düşüncə müstəvisində həm tarixən, həm
də bu gün kifayət qədər görümlü və təsiredicidir.
«Kitabi-Dədə Qorqud» dastanından, şifahi və yazılı ədəbiyyatımızdan
keçən bariz nümunələr uzaq keçmişdən bugünümüzədək multikultural
ənənələrin mövcudluğunu aşkar şəkildə sübut edir.
Bunun fonunda müasir
dövrdə həllini tapası yalnız bir əsas məsələ qalırdı: hüquqi və siyasi müstəvidə
multikulturalizmin yerini müəyyən etmək. Və bunu Ulu öndər Heydər Əliyev
MULTİKULTURALİZMƏ GİRİŞ
416
etdi. O, Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və
öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik
ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Bu mərhələ
siyasi mərhələ idi.
Ulu öndər Heydər Əliyev bununla ilk növbədə multikulturalizm siyasi
modelinin assimilyasiya və izolyasiya kimi digər mümkün siyasi modellərdən
üstün olduğunu bütün dünyaya nümayiş etdirdi. Akademik Ramiz Mehdiyev
qeyd etdiyi kimi, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında
etnik və dini mənsubiyyətindən asılı olmayaraq
bütün vətəndaşlara vahid
Azərbaycan dövlətinə mənsub olmalarının əsasında birlik hissi aşılanmağa
başladı.
Dostları ilə paylaş: