Şəkil 3.1. Dəyər zənciri [93]
Hər bir standart (və yaxud etalon) kateqoriya (mərhələ) mütləq konkret şirkətin fəaliyyətinə məxsus olan unikal hissələrə bölünməlidir. Məsələn, marketinq və satış ilkin fəaliyyətin forması olub marketinqin idarə edilməsinə, reklama, satıcıların idarə edilməsi, satış şöbəsinin fəaliyyəti üçün texniki ədəbiyyatlarıın hazırlanması və bazara məhsulun daşınmasının idarə edilməsi hissələrinə bölünür. Öz növbəsində ayrıca götürülmüş hər bir fəaliyyət növünü daha çox hissələrə bölmək olar. Bu bölgüdə əsas məqsəd müəssisəyə üç tipik strategiyadan daha əlverişlisinin seçilməsi prosesində şirkətə köməkdir. Bu zaman rəqabətdə potensial üstünlüyə malik olan o zona seçilməlidir ki, müəssisə orada hər bir konkret sahə və şirkət üçün unikal beş rəqabət gücünə qarşı daha səmərəli fəaliyyət göstərir.
Metodoloji bazaya müvafiq olaraq müəssisənin potensialının təhlil edilməsinin aşağıdakı sxem üzrə aparılması təklif olunur:
Müəssisənin resurslarının və səmərəliliyinin qiymətləndirilməsi.
Müəssisənin maliyyə fəaliyyətinin təhlili.
Müqayisəli təhlil.
Müəssisənin resurs potensialının (imkanlarının) qiymətləndirilməsi prosedurunun təşkili.
Müəssisənin resursunu (ehtiyatını) qiymətləndirərkən əsas və köməkçi fəaliyyət növləri üzrə istifadə edilən resurslar müəyyən edilir və bunlar aşağıdakı kimi qruplaşdırılır:
Fiziki resurs (ehtiyat) bu zaman onların kəmiyyət xarakteristikası vacib hesab olunur. Məsələn, məhsul istehsal edən zavod və ya fabrikdə olan dəzgahların sayı yox, onların istismar müddəti, gücü, istismar dərəcəsi, işləmə növbəsi, qarşılıqlı əvəzedilmə imkanları və s. qiymətləndirilir;
İnsan resursu- işçilərinin ixtisasları, iş stajı, yaş strukturu, vəzifədə irəliləmə sürəti və s. nəzərə alınır;
Maliyyə resursları
Qeyri-material aktivlər – idarəetmə mədəniyyəti, təşkilati imkanlar, işgüzar aləmdə reputasiya (mövqeyi, dəyəri), satış şəbəkələrinə nəzarət, patent, lisenziya, Nou-hau və s..
Müəssisənin resurslarının qiymətləndirilməsi ilkin istehsal halqasının starteji potensialın sadəcə sadaladığımız toplumunun dəyərləndirilməsi deyil, qarşılıqlı fəaliyyət göstərən resurslar sistemidir.
Resurslardan istifadəni “məhsuldarlıq”, “səmərəlilik” kimi anlayışlar ilə xarakterizə etmək məqsədəuyğundur.
Məhsuldarlıq hər bir ehtiyatdan istifadənin konkret göstəricilərinin istifadə vəziyyətini, səmərəlilik isə onların sistemli, harmonik dəyərlərini göstərir.
Müəssisənin maliyyə təhlili əsas fondların yaradılması, mənfəətin artırılması imkanlarını, mənfəətsiz müəssisənin alınması və onların ləğvi prosesində qiymətli kağızlar bazarında iştirak etmə imkanlarını müəyyən edir.
Dostları ilə paylaş: |