Şəkil 3.5. PİMS modelində əsas blokda konkret dəyişiliklərin nümunəsində (“+” göstəricisi mənfəətliliyə əlverişli təsiri, “ – “ əks göstərici effektini göstərir)
İkinci blokda- kapital quyuluşunun cəminin satış həcminə və əlavə dəyərə (bu göstəricinin artması mənfəətə mənfi təsir göstərir), eyni zamanda istehsal gücündən istifadə dərəcəsinə və əmək məhsuldarlığına (bu göstəricilərin artması mənfəətə mənfi təsir göstərir).
Nəhayət üçüncü blokda- bazarın inkişafı göstəriciləri (mənfəətə müsbət təsir göstərir), sahənin kapital tutumu, marketinq xərclərinin satış cəminə, tədarükün ümumi həcminə nisbəti (bunların artımı adətən mənfəətin artmasına mənfi təsir göstərir).
Bu modelin ən böyük üstünlüyü ondan ibarətdir ki, o layihə ətrafında geniş müzakirə yaradır və optimal variantın seçilməsi üçün düşünməyə vadar edir. Nəticə ola bilsin ki, çox tələsik verilə bilər, ancaq layihə ətrafında müzakirə tələb olunan səviyyədə aparılır, lahiyənin mahiyyəti aydınlaşdırılır və səmərəli təkliflər hazırlanır.
Baxılan modelin çatışmamazlığı bir neçə mexaniki baxışlara meyilliyi və real biznesdən qismən kənar olmasıdır. Bununla yanaşı baxılan modelin ən böyük üstünlüyü onun tədqiqat üçün imkanlar yaratmasıdır. Bu tədqiqatlar əsasında strategiya yaranır. Bu modelin Azərbaycanda istifadə edilmə imkanları haqqında demək olar ki, ölkədə analoji modeli yaratmaq üçün tələb olunan məlumatın toplanılması hələlik tam mümkün deyildir.
SWOT-təhlil
SWOT-təhlil müəssisənin strateji təhlilinin daha çox kompleks prosedurudur. Bununla yanaşı bu sahədə strateji planlaşdırma və idarəetmə problemlər üzrə hazırlanan ədəbiyyatlarda bu model hələlik yuxarıda baxılan BMQ və PİMS modellərə nisbətən daha geniş araşdırılmamışdır. SWOT-təhlil (Strenght- güc, Weakness- zəif, Opportunity- imkan, Threat- təhlükə birinci tərəfinin müvafiq) xarici ətraf mühiti və müəssisənin resurs potensialını kompleks tədqiq edir. Bu zaman əsas diqqət nəinki yalnız faktların şərhinə və onlar haqqında fikir yürütməyə deyil və eyni zamanda “imkan”-ların və “təhlükə”-nin müəyyən edilməsinə, müəssisənin fəaliyyətinə xarici ətraf mühitin və müəssisələrin yeni strukturlarının malik olduqları resurslardan istifadə nəticəsində yaranan təsirlərinin müəyyən edilməsinə də verilir. Yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, SWOT-təhlil bir tədqiqat metodu olaraq aşağıdakı ardıcıllıqla aparılır.
Dostları ilə paylaş: |