Cədvəl 3.1. Bir sıra məhsul növləri üzrə bazarlarda satılan və onların rəqabətini xarakterizə edən məlumatlar
S/s
|
Məhsul
növləri
|
İl
|
Bazarın tutumu
(min dənə)
|
Zavodun satışı, min dənə (%)
|
Aparıcı rəqibin satışı, min dənə (%)
|
1
|
Elektrofen
|
1990
|
2499
|
məlumat yoxdur
|
məlumat yoxdur
|
1991
|
2747
|
323 (11,8)
|
300
|
1992
|
2994
|
276 (9,2)
|
300
|
2
|
Qəhvəüyüdən
|
1990
|
1163
|
məlumat yoxdur
|
məlumat yoxdur
|
1991
|
1347
|
388 (28,8)
|
300
|
1992
|
1562
|
264 (16,9)
|
300
|
3
|
Elektrikli ülgüc
|
1990
|
3430
|
məlumat yoxdur
|
məlumat yoxdur
|
1991
|
3500
|
601 (17,2)
|
700
|
1992
|
3570
|
444 (12,4)
|
700
|
Yuxarıda qeyd olunan göstəricilər BMQ matrisasını formalaşdırmaq üçün minimum tələb olunan məlumatlar toplusudur. Bu məlumatlara əsasən iki 1991/1990 və 1992/1991-ci illəri əhatə edən aşağıdakı sxemlərdə göstərilən iki matrisanı qurmaq olar.
Şəkil 3.3. 1991/1990-cı illərdə şirkətin istehsal etdiyi məhsullar
üçün BMQ-nın matrisası
Qeyd: 1-fen, 2-qəhvəüyüdən, 3-elektrikli ülgüc. Ştrixlənmiş hissə şirkətin bazarın ümumi həcmində payını göstərir.
Yuxarıda göstərilən 1991/1992-ci illər üzrə matrisadan görünür ki, elektrik ülgücü qeyd olunan mallar arasında az sərfəli məhsul olaraq, bu matrisanın aşağı sağ kvadratında yer tutur, bu isə göstərir ki, gələcəkdə bu məhsulun istehsalının dayandırılması məqsədəmüvafiqdir. Elektrik qəhvəüyüdən matrisada daha yaxşı mövqeyə malikdir. Yəni, matrisanın yuxarı kvadratın sol tərəfindədir. Bu məhsulun istehsalı inkişaf etdirməli, məhsul buraxılışı və satışını genişləndirilməlidir. Fen isə matrisanın demək olar ki, mərkəzində yerləşir. Bu məhsul istehsalına xüsusi diqqət yetirilməli, onu istənilən digər kvadratlara yerləşdirmək olar. Ona görə də müəssisə rəhbərliyi bu məhsulun satışına əlavə vəsait ayırmalı və yaxud istehsalını azaltmalıdır.
Şəkil 3.4. 1991/1992-ci illərdə şirkətin istehsal etdiyi məhsullar üçün BMQ-nın martisası
Yuxarıda göstərilənlərin xülasəsi: BMQ matrisası iki vacib funksiyanı yerinə yetirməyə imkan verir: bazarda nəzərdə tutulmuş mövqe haqqında qərar qəbul etmək və strateji pul vəsaitinin məhsulların arasında bölüşməsini. Əgər məhsul həcminin artım dinamikası gəlirliyi təmin edirsə və onun hesablanması etibarlıdırsa, o vaxt BMQ matrisası tətbiq olunur. Şirkətin rəqabətini onun bazardakı payına görə müəyyən etmək olar. Eyni zamanda, mütləq risk amili, keçmiş strategiya və onun effektivliyi haqqında yeni məlumatlara malik olmaq, investorların şirkət sahiblərinə təsir mexanizmi, istehlakçılar və digər faktiki amillər nəzərə alınmalıdır.
Boston məsləhət qrupunun matrisa-modeli ilə yanaşı strateji təhlil Mak-Kinsey, PİMS modeli SWOT təhlil matrisasının modelləri də strateji təhlildə geniş istefadə edilir.
Bu modellərin mahiyyətini nəzərdən keçirək.
Mak- Kinsey modeli:
BMQ-nın modeli əsasında qurulmuş inkişaf model Mak-Kinsey modelidir. Mak-Kinsey şirkəti layihənin realizasiyası gedişində Boston matrisasını təkmilləşdirərək öz modelini yaradır. Təkamül etdirilmiş matrisa şirkətin strateji durumu haqqında daha çox təsəvvür yaradır. Bu modeldə “bazarın gücləndirilməsi imkanları” amili daha çox “bazarın cəlbediciliyi” amilli anlayışına çevrilir. “Bazarda müqayisəli pay” amili isə bazarda şirkətin mövqeyinin ölçüsü olan şirkətin strateji vəziyyəti anlayışına çevrilir.
Aşağıdakı cədvəldə göstərilən amillər “şirkətin strateji vəziyyətini və “bazarın cəlbediciliyi”-ni qiymətləndirmək üçün istefadə edilə bilər.
Cədvəl 3.1. Mak- Kinsey matrisasında istifadə edilən amillər
Dostları ilə paylaş: |