Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29 iyun 2021-ci IL f-300 saylı əmri ilə təsdiq edilmişdir baki- 2021



Yüklə 1,42 Mb.
səhifə20/109
tarix08.12.2023
ölçüsü1,42 Mb.
#138468
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   109
STRATEJİ MENECMENT (1)

Bazarın cəlbediciliyi

Strateji vəziyyət

Bazarın xarakteristikası

Bazarın ölçüsü (pul və dəyər formasında satılan məhsulların sayı)

Bazarda şirkətin payı (göstərilənlərə ekvivalent)

Həlledici seqmentlərin ölçüləri

Şirkətin şaxələndirilmədə iştirak dərəcəsi

Şirkətin bazara təsiri

Biznesin şaxələndirilməsi

Şirkət ilə təchizatçının münasibətlərinin xarakteri

Bazarın qiymətə, xidmət səviyyəsinə, xarici amillərin dəyişməsinə münasibəti (verdiyi reaksiyası)

Dövriyyə (tsikli) meyilliyi

İstehlakçıların şirkətin mövqeyinə təsir etməsi

Mövsüm dəyişməsinə meyilliyi

Təchizatçıların bağlanmış müqavilələrinin (sövdələşməyə) xarakterinə təsiri

Mak-Kinsey matrisasından istifadə edən hər bir müəssisə cədvəldə göstərilən hər bir amilə görə öz vəziyyətini dəyərləndirir. Amillərin say və əhəmiyyəti ekspert metodu ilə müəyyən edilir. Bu zaman istifadə edilə bilən məsələ 1- dən 5 -ə qədər üç səviyyəni müəyyən etməyə imkan verir (1- 2 aşağı, 3- orta, 4-5 yuxarı)


Cədvəl 3.2. Mak- Kinsey matrisası modeli



Bazarın cəlbediciliyi

Yüksək

İnvestisiya qoyuluşu (artırmaq, inkişaf)

İnvestisiya qoyuluşu (artırmaq, inkişaf)

Məhdud investisiya (strateji mövqeyi möhkəmləndirmək)

Orta

İnvestisiya qoyuluşu (artırmaq, inkişaf)

Məhdud investisiya (tələb olunan səviyyədə istifadə etmək və müdafiə olunmaq)

Məhsul yığmaq (bu biznesdən imtina etmək)

Aşağı

Məhdud investisiya (yatırımdan mümkün səviyyədə istifadə etmək)

Məhsul yığmaq (bu biznesdən imtina etmək)

Məhsul yığmaq (bu biznesdən imtina etmək)




Yaxşı

Orta

Aşağı

Strateji vəziyyət

Beləliklə, Mak- Kinsey matrisası BMQ kimi iki ölçülüdür, ancaq bu metod doqquz elementdən ibarət olub, BMQ-nin dörd ele­mentinə qarşıdır. Bazarın cəlbediciliyinin strateji vəziy­yə­tinin ekspert dəyərləndirilməsinin nəticəsinin təhlili müəssisənin Mak-Kinsey matrisasındakı kvadratların hər hansı birində yerini müəyyən etməyə imkan verir.


Aşağıdakı şəkildə verilmiş matrisadan göründüyü kimi yuxarı sol (şimal- qərb) bucaq göstərir ki, bura düşən müəs­si­sə­nin inkişafı üçün yaxşı perspektivi var, yuxarı sol və aşağı sağ bu­caqları bölən diaqonal - ikili vəziyyətdə olur və inkişafı məhduddur, aşağı sağ bucaq müəssisənin gələcəkdə real inkişaf imkanlarının olmamasıdır.
Mak-Kinsey matrisası BMQ matrisası ilə müqayisədə onun üstünlükləri və əhəmiyyəti daha çox sayda nəzərə çarpır.
Mak-Kinsey modelindən istifadədə bir sıra ciddi məhdudiyyətlər var, buna aşağıdakılar aid etmək olar.

  • Baxılan bu və digər halda konkret tövsiyyələrin olmaması;

  • Şirkətin öz mövqeyini subyektiv və obyektiv olmayan dəyərləndirmə imkanları;

  • Amillərin əhəmiyyətliliyi ilə əlaqədar məlumatların toplanmasında və sistemləşdirilməsində çətinliklər.

Onu da qeyd etmək lazımdır ki, təcrübədə strateji təhlildə digər matrisalardan, metodlardan da istifadə edilir.

  • Sahənin cəlbediciliyi və rəqabətliliyinin müqayisəsi (Shell/DPM matrisası)

  • Bazarın təkamülünün təhlili (Hoter/Schendel)

  • Sahənin inkişaf dövriyyəsinin (tsiklinin) təhlili (ADL/LC matrisası)

Mak- Kinseyin 7-S Modeli
Bu model yuxarıda baxılan modellərdən fərqli olaraq strategiyanın seçilməsində hər hansı variantı təklif etmir. Bu model müəssisənin əsas daxili amillərinin müəyyənləş-dirilməsi, onların müəssisənin perspektivinə təsir etmə imkanları haqqında məlumatlara malik olmaq metodudur.
Bunlara strateji fəaliyyət istiqamətləri -ümumi dəyərlər, müəssisənin strukturu, sistemlər, şirkətin əməkdaşları haqqında məlumatlar, iş forması və s. aid etmək olar.
Əsas amillərin qarşılıqlı əlaqələrinin inkişafını aşağıdakı formada təqdim etmək olar.















Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin