Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29 iyun 2021-ci IL f-300 saylı əmri ilə təsdiq edilmişdir baki- 2021



Yüklə 1,42 Mb.
səhifə21/109
tarix08.12.2023
ölçüsü1,42 Mb.
#138468
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   109
STRATEJİ MENECMENT (1)

Sxem 3.2. Mak-Kinsey 7-S modeli

Bu modelin ideası ondan ibarətdir ki, seçilmiş strategiya müəssisənin təqdim olunmuş kateqoriyasını idarə edir və strategiyaya uyğundur. Bu modelin əhəmiyyəti aşağıdakılar ilə əlaqədardır:

  • Birincisi, bu model nəinki planlaşdırma üçün yalnız maliyyə göstəricilərinin işlənilməsini, eyni zamanda işin keyfiyyəti, işçilərin kvalifikasiyası (vərdişləri), insan müna­sibətləri və müəssisə iştirakçılarının "birgə dəyərlər" və “təşki­latın mədəniyyəti” mahiyyətində əks olunan göstəricilərin zəru­riliyini nümayiş etdirir.

  • İkincisi, model strategiya qəbul olduqdan sonra müəssisənin daxili fəaliyyətinin ardıcıllığını müəyyən edir:

  1. Seçilmiş strategiyaya uyğun olaraq istehsal mədəniyyəti və vərdişləri üçün zəruri olan müəssisənin iki əsas daxili amilinin planlaşdırılması;

  2. İstehsal mədəniyyəti və vərdişləri elementlərindən ikinci dərəcəlinin müəyyən edilməsi:

  • Struktur: təşkilati sxem, iş haqqında məlumatın təsvir edil­məsi;

  • ­Sistem: müəssisədə iş axını, işin yerinə yetirilməsi proseduru, uçot və nəzarət;

  • Əməkdaşlar: təşkilat hansı işçilər və hansı sayda ona lazım olduğunu müəyyən edir.

  • İş stili: rəhbərin şəxsi iş stili (forması), təşkilatın iştirakçılarının fəaliyyət xarakteri.

Mak-Kinseyin 7-S modelində planlaşdırma prosesidə əməkdaşlar arasındakı əlaqə və razılıq, onların maraqları, müəssisədə əməkdaşların fəaliyyətinin bütün tərəflərinin nəzərə alınması kimi istiqamətlər nəzərdə tutulur.
PİMS modeli
Strateji təhlilin (seçimin) yuxarıda baxılan bütün modelləri iqtisadi və induktiv təhlilə əsaslanır. Bu modellərin heç biri qərarların formalaşdırılması proresinə tam təsir etmir. Strateji təhlilə formal yanaşan model PİMS modelidir ("marketinq strate­giyasının mənfəətinə təsir edən"). Reqressiv model çərçi­vəsində nəinki rentabellik ilə daha çox qarşılıqlı əlaqədə olan amillər və eyni zamanda onların müəssisədə əsas fəaliyyətinə təsir etmə dərəcəsi müəyyən edilir. İlk olaraq bu General Elektric şirkətinin məlumatları əsasən qurulmuşdur. Sonra, bu məlumatlara əlavə olaraq digər çoxlu korporasiyaların göstə­ri­ciləri əlavə olundu. Bu modelin fəaliyyət göstərməsi üzrə tər­tib olunmuş layihəyə rəhbərlik etmək üçün strateji plan­laş­dır­­ma institutu yaradıldı. Qeyd olunan modellərin iştirak­çılarının (si­niflərinin) sayının daimi artdığı üçün bu modelin məlumat ba­zası daimi artmağa və genişləndirilməyə başladı. Hal-hazırda mo­delin məlumat bazasını 3000CXII material (əsasən Şimali Amerika və Avropa ölkələrinin) yüzlərlə şirkətlərinin material­larından ibarətdir.
Beləliklə, öz biznes fəaliyyəti haqqında məlumat verən şirkət (bu göstəricilərə biznesin carı texniki-iqtisadi və müha­si­bat göstəriciləri, xidmət etdikləri bazarların, liderlik edən müəy­yən rəqib müəssisələr və s.) onun əvəzində tətbiq etdiyi mod­el­ləri daha səmərəli istifadə etmək üçün məlumat və eyni zamanda hesabat göstəriciləri əldə edir.
Bunun mahiyyəti ondan ibarətdir ki, şirkətlər modelin hesabladığı göstəriciləri faktiki göstəricilər ilə müqayisə edərək uğurlara nail olmaq üçün hansı strateji fəaliyyət istiqamətini tətbiq etməyi müəyyən edirlər.
Baxdığımız modeldə əsas funksiya investisyanın müha­sibat rentabelliyidir. Bu rentabellik mənfəətdən korpo­rativ gəlirləri çıxdıqdan sonra əsas və dövriyyə vəsaitlərinin qalıq dəyərinə və nağd gəlir axınına nisbəti ilə hesablanır. Hər bir biznes modeli 30-dan çox amil ilə xarakterizə olunur, yəni təsvir edilir. Bütün amillər üç əsas bloka bölünə bilər: bunlara konkret vəziyyət (situasiya), istehsalatın strukturu və bazar vəziyyəti (situasiyası) aid edilir. Hər bir blokda bir neçə dəyişənləri sadalamaq olar.

Birinci blokda – Bazar payı, məhsulun bazar payına nis­bə­tində və məhsulun keyfiyyətinə nisbətdə, bunlardan hər hansı biri­nin artması gəlirliyə müsbət təsir göstərir.





Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin