I mərhələ. Müəssisənin xarici ətraf mühitindən gələn imkanların və təhlükənin qiymətləndirilməsi Bu mərhələ adətən, tez-tez müəssisənin yuxarı idarəetmə rəhbərliyi və yaxud plan-analitik xidmətlərinin işçiləri tərəfindən qazanılmış təcrübə və intuisiyaya görə qiymətləndirilir. Ancaq, təhlil göstərir ki, göstərilən yanaşma səmərəlilik və tədqiq strategiyasına görə universal və hamı tərəfindən qəbul edilən deyil. Ona görə də bu prosesi sistemləşdirən bir neçə metodoloji prinsipləri qeyd etmək olar.
1. İdentifikasiya. Müəssisənin ətraf mühitində olan hər bir amilin konkret imkanlarına və təhlükələrinə xüsusi diqqət yetirmək lazımdır. Yəni, qarşılıqlı əlaqəli amillərə hansı ki, bunlar sistemli səmərə yaradır. Bu iş ilk növbədə axtarış və səmərəliliyin müəyyən edilməsi istiqamətində tədqiqat xarakteri daşıyır, səmərəlilik imkanlarının araşdırılması və müəyyən edilməsidir. Bu zaman yüksək rəhbərliyin təcrübəsi və kvalifikasiyası olsa da, qeyd olunan göstəricilərin müəyyənləşdirib və dəyərləndirilməsi prosesinə bir çox hallarda müxtəlif mütəxəssislər və xarici ekspertlər cəlb edilir.
2. Konkret imkanların və təhlükənin güclərinin müəyyən edilməsi.Müəssisə üçün xarici ətraf mühitin dinamikasının nəticəsi kimi müəyyən edilmiş ardıcıl imkanlar və təhlükəli amillər öz aralarında bərabər əhəmiyyətə malik deyillər. Onlara tətbiq edilə bilən birinci xarakteristika güc amilidir. Güc və imkanlar altında xarici ətraf mühit amillərinin müəssisənin səmərəli fəaliyyət göstərməsinə təsiri başa düşülür. Bu zaman konkret imkanların gücü özünün kəmiyyət ölçüsü ilə müəyyən edilir. Qiymətləndirmə bazası kimi ətraf mühitin inkişaf proqnozu istifadə edilir: analitik xülasə və ssenarinin ekspert dəyərləndirilməsi və iqtisadi riyazi model üzrə hesabata əsaslanır. Bu zaman proqramın hər bir rəqəmi adekvat olaraq konkret imkanların gücünü əks etdirməlidir. Konkret imkanların və yaxud təhlükənin qiymətləndirilməsi müəssisənin maraqlarını, yəni müəssisənin əlavə səmərə əldə etməsi imkanlarını və itkisinin ətraf mühitin bu və ya müəyyən digər amillərinə görə müəyyən edlir.
3. Konkret imkanların və təhlükənin yaranması ehtimalının qiymətləndirilməsi Ətraf mühitin qeyri-müəyyənliyi müəssisə üçün yaranan konkret imkanların və təhlükənin bir mənalı təyin edilməsinin mümkün olmamasına səbəb olur. Ona görə də bu mərhələnin növbəti hissəsi onların yaranma ehtimalının qiymətləndirilməsidir. Ümumi qəbul edilmiş qaydaya görə ehtimalın qiymətləndirilməsi sıfırdan - birə şkalası üzrə aparılır. İnformasiya bazası və qiymətləndirmə aləti kimi proqnozlaşdırma metodu çıxış edir.
4. Konkret imkanların və təhlükənin təsnifatı Konkret imkanların və təhlükənin təsnifatı iki ölçülü matrisanın köməyi ilə müəyyən edilir. Burada amillərin keyfiyyət (təsnifatlaşdırma əlamətləri) gücü və müdaxilə ehtimalı istifadə edilir. İmkanlar və təhlükələr dörd qrupda fərqləndirilir, hansı ki, aşağıdakı kvadrat matrisaya uyğun gəlir.