1. İstehsalin təşkili və idarə edilməsinin ənənəvi və logistik konsepsiyası haqqında danış



Yüklə 316,55 Kb.
tarix01.01.2022
ölçüsü316,55 Kb.
#106809
Kolokvium Logistika aprel cavabları


1. İstehsalin təşkili və idarə edilməsinin ənənəvi və logistik konsepsiyası haqqında danış

Bazar iqtisadiyyatının ən mühüm üstünlüyü alıcı bazarında yeni məhsul çeşidinə tələb meydana çıxarsa mövcud istehsal güclərini baş verən dəyişikliklərə uyğunlaşdırmaqdan ibarətdir.

Bu iki istiqamətdə həyata keçirilir:

Keyfiyyət çeşidliyi, kəmiyyət çeşidliliyi.



  • Hazırlanan məhsulun çeşid dəyişikliliyi imkanları keyfiyyət çeşidi adlanır. Keyfiyyət çeşidliliyi işçi heyətinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi universal işçi heyətinin təşkili və çevik istehsal sistemlərinin yaradılması hesabına əldə edilir.

  • Hazırda məhsul istehsalı həcminin artırılması imkanı kəmiyyət çeşidliliyi isə əmək resurları və istehsal gücləri üzrə daxili ehtiyatların yaradılması yolu ilə müəyyən edilir.

  • Muasir istehsalın malik olduğu bu çevik xassələrin reallaşması logistik idarə etməyə əsaslanır.

  • Ənənəvi konsepsiyalara uyğun olaraq istehsalın təşkili və idarə edilməsi texnoloji avadanlıqlardan yüksək istifadə sahəsinin saxlanılması və istehsal xərclərinin azalmasına xidmət edir.

  • İstehsal təşkilinin ənənəvi konsepsiyası aşağıdakı şərtləri nəzərdə tutur.

Əsas istehsal avadanlıqlarının boş dayanmasına yol verməmək və necə olursa olsun onlardan yüksək istifadə sahəsini saxlamaq.

Məhsulları mümkün qədər iri partiyalarla saxlamaq.

Hər ehtimala qarşı yaman gün üçün material ehtiyatlarının resurslarını maksimum yaratmaq.

2. ÇİLS-lərin növləri haqqında məlumat verin.



  1. Avadanlıqlar sisteminin çevikliyi

  2. Çeşid çevikliyi

  3. Texnoloji çeviklik

  4. İstehsalın hcmi üzrə çeviklik

  5. Sistemin genişləndirilməsi çevikliyi

1. Avadanlıqlar sisteminin çevikliyi – müxtəlif çeşidli istehsal edilməsinin nəzərdə tutan ÇİLS – lər çərçivəsində növbəti hissə və ya yarımfabrikatların hazırlanmasına keçidin avadanlıqların köklənməsi müddətinin uzunluğu və keçidin dəyərini xarakterizə edir.

2. Çeşid çevikliyi – çeşidin yenilənməsi üçün istehsal logistik sistemlərinin qabiliyyətini əks etdirir.

3. Texnoloji çeviklik – struktur və təşkilati çeviklik olub əvvəlcədən tətbiq olunmuş istehsal qrafiklərinin mümkün kənarlaşmaları aradan qaldırılması üçün müxtəlif variantlardan texnoloji prosesdən istehsal logistik sistemlərdən rasional istifadə etməsini əks etdirir.

Texnoloji çevikli 2 növü var.

1. Əməliyyatların çevikliyi (Avadanlıq).

2. Maşurut çevikliyi.

Avadanlıq çeşidliyi – Bazar üçün məlumatların hazırlanması həyata keçirən texnoloji avadanlıqların bir – birini əvəz etməsi başa düşülür.

Maşurut çevikliyi – ayrı – ayrı növ avadanlıqlarının müxtəlif səbəbdən istismardan çıxarılması. Maşurut çevikliyini təmin etmək üçün optimal marşurutların seçilməsi.

3.Fəaliyyət miqyasına görə logistik sistemlər haqqında məlumat verin.

Makrologistik sistemlər – qlobal (dövlət transmilli dövlətlərarası transkontinental inzibati ərazi bölgüsü əlamətlərinə görə rayon, rayonlar arası, şəhər, respublika və s.) Funksional əlamətləri üzrə (Müəssisə qrupu, sahələr, sahələr arası, ticarət, hərbi, nəqliyyat və s).

Mikrologistik sistemlər – Biznesin təşkili ( istehsal daxili, istehsaldan kənar). İnteqrativ mikro logistik – (istehsal daxili, istehsaldan kənar).

İstehsal daxili mikrologistik sistemlərə aiddir.

1. Struktur bölmələri

2. İş yeri

3. Distrubyutorlar.

İstehsaldan kənar (xarici) mikrologistik sistemlərə aiddir.

1. Fiziki bölüşdürmə 2. Təchizat, tədarük

4. Mezologistik sistemlər haqqında məlumat verin.

Korporasiyaların təsərüffat fəaliyyəti mikro makroiqtisadiyyatdan fərqlənərək iqtisadiyyatın orta təbəqəsini mezoiqtisadiyyatı əmələ gətitir.

Mezoiqtisadiyyatın əsas siması transmilli korporasiyalar hesab olunur. TMK – lar nəzəriyyəsi 3 nəzəriyyə əsasında yaradılmışdır.

1. Firmalar nəzəriyyəsi.

2. Beynəlxalq ticarət nəzəriyyəsi.

3. Beynəlxalq maliyyə nəzəriyyəsi.

TMK anlayışını müəyyənləşdirən amillərə aiddir. Çoxmilliyyətliliyin səviyyəsi mütləq nisbi göstəricisinə əsaslanan meyarlar, korporasiyalarının strategiyasının xüsusiyyətləri Praktikada ən çox birinici meyardan geniş istifadə olunur və bunun əsasında TMK iki və daha artıq ölkədə istehsal amillərinə malik olan və onalra nəzarət işini həyata keçirən firma kimi təyin olunur. Hazırda 40 mindən artıq TMK lar var ki, onların tərkibində 180 min müəsissə vardır. Bu korporasiyalar 300 dən artığı dünyada qabaqcıllar arasındadır.

5. “Dəqiq vaxtinda” logistik konsepsiyasi haqqında məlumat verin.

Konsepsiya baxışlar sistemi olub hadisə və proseslərin bu və ya digər formada başa düşülməsidir. Dünya təsərrüfat sistemində ən geniş yayılmış mikrologistik konsepsiyalardan biri dəqiq vaxtında konsepsiyası hesab edilir. Bu sistem ilk dəfə Yapon istehlakçıları tərəfindən təklif edilmiş və verdiyi iqtisadi səmərə baxımından özünü ABŞ da təsdiq etmişdir. Bu konsepsiyanın əsas məqsədi məhsul və ya onun ehtiyat hissələrinin hazırlanması ilə bağlı istehsal prosesinin fasiləsiz getməsi üçün material resursları üzrə ehtiyatların yaradılmasından ibarətdir. Bu isə öz növbəsində 100 faiz keyfiyyətli məhsulların göndərilməsini tələb edir. Çünki hazır məhsul anbarında sığorta ehtiyatı yaradıldığından göndərilən hər bir material resursu hissə və ya qovşaq mütləq keyfiyyət üzrə standart tələblərə cavab verir.

Dəqiq vaxt konsepsiyası bir tərəfdən hazır məhsulun istehsalı üçün zəruri hesab edilən material resursları üzrə ehtiyatların minumumlaşdırılmasına digər tərəfdən

6.Lean production” mikrologistik konsepsiyasi haqqında məlumat verin.

Son illər qərb firmaları istehsalın təşkilində və əməli menecmentdə Lean production logistik konsepsiyasını geniş tətbiq etməyə başlamışdır. Dəqiq vaxtda konsepsiyanın inkişaf etməsi nəticəsində meydana gəlib və özündə KABAN və MRPİ sistemindən ibarət elementləri birləşdirir. Lean production istehsal daxili logistik konsepsiyası mahiyyəti baxımından bir – birilə qarşılıqlı əlaqədə olan komponentləri özündə birləşdirir.

1. Yüksək keyfiyyət

2. Məhsul partiyasının kiçik ölçüdə olması.

3. Ehtiyatların minumum olması

4. Yüksək ixtisaslı işçi heyətinin mövcudluğu.

5. Çevik istehsal texnologiyaları.

Leon production konsepsiyasında istehsalın təşkili olduqca az həcmdə material həcmi də resurslardan minimum səviyyədə istehsal ehtiyatları vahid məhsulun istehsalına az vaxt sərf edir. İstifadəyə əsaslanır. Bu da öz növbəsində istehlakçı firmalara imkan verir ki, minimum istehsal ehtiyatlarına əsaslanan çevik istehsal texnologiyalarından məhsuldar.

7. Xidmətin dörd mühüm xüsusiyyəti haqqında məlumat verin.

1. Fiziki duyulmazlıq – xidmətin istifadə olunmasından əvvəl görünməz dadılmaz hissedilməz və eşidilməz olur. Məs Kosmetik cərahiyyə müraciət edən xidmətdən istifadə etməmiş nəticəni görə bilməz.

2. Xidmətin ayrılmazlığı – xidmət eyni zamanda da istehsal və istehlak olunur və mənbədən ayrılmazdır. Məs Maşını təmir edən ustanın xidməti yalnız o maşını təmir edəndə nəticə verir.

3.Xidmətin dəyişikliyi – Xidmət göstərənin kimliyindən zaman məkan amillərindən və xidmətin necə göstərilməsindən asılı olaraq keyfiyyətcə dəyişir. Məs məhşur saç ustası cavan ustadan əlbəttəki yaxşı olacaqdır. Lakin saçınızı kəsən zaman onun əhval ruhiyyəsindən pis də ola bilər.

4. Xidmətin korlanması – Xidmətlər sonrakı satış və ya istifadə üçün saxlanıla bilməz. Məs bəzi həkimlər öz pasientlərindən hətda təyin olunmuş günlərdə gəlmədiyi üçün xidmət haqqı alırlar.

8. Yerinə yetirilməsi müddətindən asılı olaraq xidmətin növləri haqqında məlumat verin

Satışdan əvvəl göstərilən xidmətlər bu logistik xidmətin tələbin formalaşması üzrə yerinə yetirilən əməliyyatlardan ibarətdir.



Məhsulların satış prosesində icra edilən xidmətlər bu növ xidmətlər ciddi qrafiklər üzrə material axınlarının əlverişli hərəkətini və istehlakçı sifarişlərini əsasında material resurslarının son təyinat məntəqəsinə çatdırılmasını təmin edir. Bu xidmət partiyanın seçilməsi və dəst məhsulların qablaşması vahidlərin formalaşdırılması. Satışdan sonrakı xidmət. Buna zəmanətli xidmət ehtiyat hissələrinin təminat istehlakçı idealarına baxılması üzrə öhdəliklər axınlarının qeyri – ilkin təyinat məntəqəsinə təmin edilməsi məhsulların mübadiləsi və s aiddir.


Yüklə 316,55 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin