5. Yeni maliyyələşmə modelinə keçid. Hamının keyfiyyətli təhsil ala bilməsinin, təhsilin normal təşkili və inkişafa istiqamət-lənmiş olmasının əsas təminatı dövlətin hər adambaşına maliyyələş-dirmə öhdəliyini necə yerinə yetirməsindən xeyli dərəcədə asılıdır.
Məlumdur ki, təhsilin səmərəli təşkili onun mühüm prinsip-lərindən biridir. Təhsil sisteminin səmərəliliyinə aşağıdakıları yerinə yetirməklə nail olmaq mümkündür:
- təhsilin maliyyələşdirilməsinin yeni sisteminə keçilməsi (adambaşına normativlər əsasında xərclərin hesablanması);
- təhsilin inkişafına büdcədən ayrılan vəsaitin optimallaşdırıl-ması, investisiya layihələrinin reallaşdırılması, hər şeydən əvvəl tədris avadanlıqlarının yeniləşdirilməsi;
- təhsil müəssisələrinin maddi-texniki bazasının yüksəldilməsində ictimaiyyətin iştirakının genişləndirilməsi;
- idarəetmə sisteminin informasiya təminatının yüksəldilməsi;
- idarəetmə sahəsində işləyənlərin və təhsildə marağı olan tərəflərin daim maarifləndirilməsi;
- təhsil siyasətini hazırlamaq və ictimaiyyəti maarifləndirmək üçün ictimaiyyətlə əlaqə xidmətinin və təhsilə xidmət marketinqinin təşkili;
- tədris müəssisələri üçün avadanlıqların, əyani vəsaitlərin alınması, məktəb binalarının təmirinin təşkili ilə məşğul olan servis xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi.
Yuxarıda sadalanan elementlər blokunda həyata keçirilməsi ən çətin olan iş adambaşına ayrılacaq maliyyə normativlərinin qabaqcadan müəyyənləşdirilməsidir. Çünki həmin normativ hər il dəyişir və dövlətin maliyyə imkanlarından asılı olur. Xarici ölkələrin təcrübəsi göstərir ki, təhsil müəssisələrində adambaşına maliyyələşmə normativinə keçilməsi aşağıdakı üstünlüklərə malikdir: 1) təhsil müəssisəsinin maliyyə problemləri tam aydınlaşır, maliyyə müstəqilliyi təmin olunur, ictimaiyyətdən, digər mənbələrdən əlavə vəsait almaq ehtiyacını müəyyənləşdirir və onu leqallaşdırır, yerləşdiyi bölgənin ona nə qədər maliyyə vəsaiti ayırmasını müəyyən etməyə imkan yaradır; 2) təhsil müəssisəsi iqtisadi cəhətdən qorunur, bütün uşaqların keyfiyyətli təhsil alması təmin edilir; 3) maliyyə resurslarının məktəblər üzrə paylanmasında yol verilən subyektiv amillər minimuma endirilir; 4) təhsil müəssi-sələrinin onun üçün ayrılan vəsaitlərdən səmərəli və qənaətlə istifadə etmək marağını artırır.