Determinasiya anlayışı.
Lokal əlaqənin analizi üçün determinasiya dilindən də istifadə etmək olar [14]. “Əgər S – dirsə, onda R – dir” qaydası determinasiya adlandırılır. “D e t e r m i n a t i o” termini 1900-cu ildə biologiyada tətbiq olunmuşdur və elə bir situasiyanı bildirir ki, bu zaman bir xüsusiyyət (“gələcək sosioloq olmaq (S)”) digər xüsusiyyətə (“təhsildən razı qalmaq (R)”) təsir göstərir. Belə təsir “ ” kimi işarə olunur. Determinasiya iki əsas xarakteristikaya malikdir: determinasiyanın intensivliyi İ( ) və determinasiyanın həcmi S( ). Formal olaraq bunlar şərti sıxlıqlardır. Bizim işarələrdə bu xarakteristikalar bərabərdirlər:
; .
Əgər bu xarakteristikaların qiymətlərini faizlə ifadə etsək (bu interpretasiya etmək üçün çox rahatdır) onda bizim misal üçün (bax: cədvəl 3.3.1 və ya 3.4.2 sxeminin birinci cədvəli):
a=60; a+d=200; a+c=250
Onda İ( )=30%, S( )=24% olar. Birinci qiymətdən nəticə çıxardırıq ki, S xüsusiyyətinə (sosioloq olmaq) malik tələbələrin 30% R xüsusiyyətinə (razı qalmaq) malikdir. İntensivlik bir növ determinasiyanın dəqiqliyini ifadə edir. Həcmin qiymətindən nəticə çıxarırıq ki, R xüsusiyyətinə malik tələbələrin sayından 24% S xüsusiyyətinə malikdir. Həcm intensivliyə əlavə olaraq, determinasiyanın bir növ dolğunluğunu ifadə edir.
İntensivlik və həcm öz xüsusiyyətlərinə malikdirlər ki, onların əsasında determinasiyanı kifayət qədər asanlıqla interpretasiya etmək olar. Aşağıda determinasiyanın bu xarakteristikalarının qiymətlərinin birgə interpretasiyasının sxemi nümunə üçün təqdim olunur.
İntensivlik
|
İ≈0
|
İ≈1
|
İ≈0
|
İ≈1
|
Həcm
|
S≈0
|
S≈0
|
S≈1
|
S≈1
|
Determinasiya
|
qeyri – dəqiq və qeyri – dolğun
|
dəqiq, am-ma qeyri - dolğun
|
qeyri –də-qiq, amma dolğun
|
dəqiq və dolğun
|
Sxem 3.4.3 Determinasiyanın interpretasiyası.
Dostları ilə paylaş: |