Kimya məktəbdə
KIMYANIN TƏDRISINDƏ MÜSTƏQIL IŞLƏRIN TƏŞKILI TƏCRÜBƏSINDƏN
Mürşüd Fərəcov,
pedaqoji elmlər üzrə f.d., dosent.
Mayıl Məmmədov,
Sabunçu r. 107 nömrəli məktəbin müəllimi
Mənə de – mən yaddan çıxarım.
Mənə göstər – mən yadda saxlayım.
Məni cəlb et – mən öyrənim.
(Çin hikməti).
Orta ümumtəhsil məktəblərinin kimya proqramlarında və kimya fənn kurikulumunun məzmun xətləri əsasında hazırlanmış məzmun standartlarında kimya elminin həm nəzəri sahələri, həm də təcrübi sahələri əhatə edilmişdir. Proqramda verilən hər bir tədris vahidinin sonunda müstəqil işlərdən olan laboratoriya təcrübələri və praktiki işlər göstərilmişdir. Kimya fənn kurikulumunda da maddə və maddi aləm və kimyəvi hadisələr məzmun xəttində əsasən nəzəri materiallar və şagirdlərin praktiki fəaliyyəti ilə əlaqədar olaraq eksperiment və modelləşdirmə məzmun xətti nəzərdə tutulmuşdur.Bu məzmun xəttində maddələrin quruluşuna və xassələrinə aid məlumatların öyrənilməsindən əldə edilən bilik və bacarıqların modelləşdirilməsi, kimyəvi reaksiyaların təcrübədə göstərilməsi, molekulların, kristal qəfəslərin, üçölçülü modellərin hazırlanması, şagirdlərdə praktiki vərdişlərin yaranmasını, nəzəri məlumatların praktikada tətbiq olunması bacarıqlarının formalaşmasını təmin edir. Eksperiment və modelləşdirmənin daha dolğun şərh edilməsinə imkan yaranır. Maddələrin keyfiyyət və kəmiyyət tərkibinin analizi və şagirdlərin elmi-tədqiqat işlərinin aparılması üçün zəmin yaradır.
Hazırki vəziyyətdə müəllim dərslərini əyaniləşdirmək üçün texniki təlim vasitələrindən istifadə etmək məcburiyyətində qalır. Bu məqsədlə öz peşəsini sevən hər bir kimya müəllimi dərslərini əyaniləşdirmək üçün axtarışda olmalı, şagirdlərin axtarıcılıq qabiliyyətindən istifadə etməlidir.
IX siniflərin kimya proqramında nəzəri və təcrübi baxımdan müəllimdən elmi və pedаqoji cəhətdən metodiki bacarıq tələb edən “Elektrolitik dissosiasiya” tədris vahidinə aid olan mövzuların tədrisidir. Həqiqətən hər bir dərsin təşkili müəllimdən həm nəzəri və həm də təcrübi hazırlıq tələb edir. Bu məqsədlə tədris vahidinin aşağıdakı planınıa əsaslanaraq iki dərs nümunəsində elmi-metodik mülahizələrimizi bildirmək istərdik.
S №
|
Tədris vahidi
|
Mövzu
|
Saat
|
İnteqrasiya
|
Strategiya
|
Resurslar
|
1
|
|
Elektrolitlər və qeyri-elektrolitlər
|
1
|
Fizika-maddələrin fiziki halı
|
|
|
2
|
|
Elektrolitik dissosiasiyanın əsas nəzəri müddəları
|
1
|
Fizika, ıxs.-molekulların qarşılıqlı təsir qüvvələri
|
Təlim üsul-probleli ş.müstəqil iş, inteqrasiya, tədqiqatçılıq təlim form. siniflə müsahibə, qrupla iş
|
CuSO4, HCl, H2SO4,K2SO4, H2O, məhlulların elektrik keciriciliyini yoxlamaq üçün cihaz, elektrolitlərinsuda həlli mexanizmi-internetdən rəngli slaydın nümayişi.
|
3
|
|
İon və polyar kovalent rabitəli maddələrin dis-sı.
|
1
|
F.IXs. Dielektriklə
rin xassələri
|
|
|
4
|
|
Ion mübadilə reaksiyaları- laboratoriya təcrübəsi
|
1
|
F IX.s. Elektrolitik dissosiasiya
|
Təlim üsulu. Problemli şərh, müstəqil iş, tədqiqatçılıq,
Təlim forması : siniflə iş, kiçik qruplarla iş.
|
sulfat və xlorid turşusu, barium xlorid və natrium karbonat duzu, kalsium hidroksid, sınaq şüşəsi ştativdə,distillə suyu, indikatorlar
|
5
|
|
Dissosiasiya dərəcəsi.Qüvvətli və zəif elektrolitlər.
|
1
|
F IX. Elektrolitik dissosiasiya
|
|
|
6
|
|
Duzların hidrolizi.
|
1
|
Fizika, IXs.-molekulların qarşılıqlı təsir qüvvələri
|
|
|
7
|
|
Praktik-məşqələ.Mövzuya aid eksperimental məsələ həlli.
|
1
|
|
|
|
Mövzu: Elektrolitik dissosiyanın nəzəri müddəaları
Məqsəd: Şagird- 1.Elektrolitlərin (+) və (-) yüklü ionlardan ibarət olmasını şərh edir.
2. Elektrolitlərə elektrik cərəyanın təsirindən (+) yüklü ionların katoda, (-) yüklü ionların anoda doğru istiqamətləndiyini izah edir.
3. Dissosiasiya prosesinin dönər olduğunu aydınlaşdıra bilir.
4. Suda həll olan maddələrin hidratlaşmasında kimyəvi hadisələrin də baş
verməsini izah edir.
5. Elektrolitlərin suda məhlulunun və ərintisinin dissosiasiya tənliklərini tərtib edə bilir.
Strategiya: - təlim üsulu: problemli şərh, müstəqil iş, inteqrasiya, tədqiqatçılıq.
-təlim forması: siniflə müsahibə, qrupla iş.
Resurslar:CuSO4, HCl, H2SO4, K2SO4, H2O, məhlulların elektrik keciriciliyini yoxlamaq üçün cihaz, elektrolitlərin suda həlli mexanizmi-internetdən rəngli slaydın nümayişi.
Dərsin gedişi. Müəllim sinifin təşkilindən sonra şagirdlərə keçən dərslərlə bağlı olaraq aşağıdakı suallarla müraciət edir:
1.Elektrolit nədir? Bunlara hansı rabitəli maddələr aid edilə bilər?
2.Dissosiasya nədir? Dissosiasiya etməyən hansı rabitəli maddələrdir?
3.Elektrolitik dissoiasiya həlledicinin növündən asılıdırmı?
4.Distillə suyu elektrik cərəyanını keçirmir, lakin suda həll olan duz, turşu və əsasların məhlulu elektrik cərəyanını keçirir. Səbəbini izah edin.
Şagirdlərlə keçən dərsə aid sual-cavab yekunlaşdırıldıqdan sonra, yeni mövzunun mahiyyətinə diqqəti cəlb etmək məqsədi ilə müəllim tədqiqat xarakterli sualla sinifə müraciət edir.
Maddələr hansı xassələrinə əsasən elektrolitlərə və qeyri-elektrolitlərə bölünmüşlər.? Elektrolitlərin ancaq suda məhlullarının elektrik cərəyanını keçirməsinin səbəbi nədir? Bu sual ətrafında şagirdlərin lazımı bilik və bacarığa nail olmaları üçün müəllim onları üç kiçik qrupa bölür. və hər qrupa aşağıdakı suallarla təmin olunmuş iş vərəqləri verir.
1.Qrup-S.Arrenius.
1. Elektrolitlər suda həll olduqda nə üçün (+) və (-) yüklü ionlara parçalanırlar.?
2. Sulfat turşusunun məhlulunu hazırlayanda suyu turşunun üzərinə, yoxsa əksinə tökmək lazımdır? Nə üçün.
3. Elektrolitik dissosiyanın birinci müddəasının səbəbini izah edin və nümunə göstərin.
II.Qrup- İ.Kablukov.
1.Məhlulda ionların kation və anion adlandıdırılmasını əsaslandırın.
2.Kristalhidratla kristallaşma suyunu fərqləndirin və nümunələr göstərin.
3. Elektrolitik dissosiasiyanın ikinci müddəasını ifadə edin və nümunə göstərin.
III.Qrup-V.Kistyakovski.
1.Maddələrin suda həll olmasızamanı istiliyin ayrılmasını və ya udulmasını izah edin.
2.İonların hidratlaşmasını necə izah etmək olar? Göydaş duzunun məhlulunda ionların hidratlaşmasını nümunə göstərin.
3. Elektrolitik dissosiasiyanın üçüncü müddəsını ifadə edin və nümunə göstərin.
Şagirdlər apardığı tədqiqatlarını yekunlaşdırdıqdan sonra qrupların liderləri də təqdimatlarını qrup ardıcıllığı ilə sinif qarşısında bildirirlər. Hər üç qrupun suallarından tamamlanmayan cavablara müəllim öz münasibətini bildirməli olur.
Məsələn, birinci qrupun 2-ci sualı ilə əlaqədar olaraq müəllim qeyd edir ki, sulfat turşusu dəriyə, paltara, ələ və hara düşsə aşındırıcı təsir göstərir. Ona görə də onun üzərinə su əlavə etdikdə sürətlə gedən reaksiyadan istilik ayrılır və bunun təsirindən turşu ətrafa sıçraya bilir.Lakin, turşunu suyun üzərinə az-az əlavə etdikdə istilik də tədricən ayrılır, proses təhlükəsiz olur.
İkinci qrupun şagirdləri isə 3-cü sualı tam cavablandıra bilmədiklərindən müəllim öz fikrini bildirməli olur. Bilirsiniz ki, ionlar həm quruluşuna, həm də xassələrinə görə elektroneytral zərrəciklərdən fərqlənirlər. Bu natrium atomunun və ionun elektron formulunu, həmçinin həmin elementin atomunun və ionun quruluşunun elektron sxemi üzərində aydınlaşdırılır. Müəllim onu da əlavə edir ki, atomlardan təşkil olan natrium maddəsini qida kimi qəbul etmək olmaz, o bir çox maddələrlə reaksiyaya daxil ola bilən maddədir.Natrium ionu isə bütün birləşmələrində (+) yüklü, zərərsiz və qida kimi qəbul oluna biləndir.
Üçüncü sualın cavabı olaraq müəllim qeyd edir ki, suda həll olan elektrolitlərin yüklü hissəciklərini polyar xassəli su molekulları bir-birindən uzaqlaşdırır, əmələ gələn ionlar məhlulda qarmaqarışıq hərəkət edirlər. Bu zaman hər bir ionun ətrafında su molekulu əhatə olunur. Sual oluna bilər, bəs bunun səbəbi nədir? Məlumdur ki, elektrolitlər məhlulda müsbət yüklü kation və mənfi yüklü anion əmələ gətirirlər. Su molekulu da müsbət yülü hidrogen və mənfi yüklü hidroksil ionu əmələ gətirir. Bunlar da elektrolitin ionlarını hidratlaşdırır. Müsbət yüklü ionun ətrafənda su molekulunun mənfi qütbü və əksinə toplanırlar.Məsələn, turşu molekulu dissosiasiya etdikdə, sərbəst hidrogen ionları deyil, onların hidratları və ya aşağıdakı tənlik üzrə hidroksonium ionu əmələ gəlir.
H+ + H2O = H3O+
Müəllim bundan sonra şagirdlərin BİBO cədvəlini tamamlamaq tapşırığını verir.
Bilirəm
|
Bilmək istəyirəm
|
Öyrəndim
| -
Suda məhlulları elektrik cərəyanını keçirən maddələr elektrolitlər, keçirməyənlər qeyri-elektrolitlr adlanır.
-
Maddələrin quruluşundan və molekulların əmələ gəlməsində iştirak edən kimyəvi rabitələrdən asılı olaraq dissosiasiyanın mahiyyəti asılıdır.
|
Elektrolit nədir? Dissosiasiya nədir? Elektrolitin həlledicidən asılı olaraq dissosiasiya etməsini. Elektrolitlərin hidratlaşmasının mexanizmini, Elektrolitik
|
dissosiasiyanın nəzəri müddəalarını.
Elektrolitlərə elektrik cərəyanən təsiri mexanizmini.
Dissosiasiya prosesinin mexanizmini və və mahiyyətini.f
|
Mövzu: İon mübadilə reaksiyalarına aid laboratoriya işlərinin təşkili və aparılması təcrübəsindən.
Məqsəd: Şagird, 1 Çöküntünün əmələ gəlməsi ilə nəticələnən təcrübəni aparır və dissosiasiya nəzəriyyəsi baxımından mahiyyətini izah edir.
2.Az dossosiasia edən maddənin əmələ gəlməsinə aid təcrübəni aparır, reaksiyanın tənliyini tərtib edir, mahiyyətini elektrolitik dissosiasiya nəzəriyyəsi əsasında şərh edir.
3. Qaz halında maddənin əmələ gəlməsi ilə bağlı təcrübəni yerinə yetirir, reaksiyanın tənliyini tərtib edir və mahiyyətibni izah edir.
Təlim üsulu: Problemli şərh, müstəqil iş, tədqiqatçılıq,
Təlim forması: siniflə iş, kiçik qruplarla iş.
Rresurslar: sulfat və xlorid turşusu, barium xlorid və natrium karbonat duzu, kalsium hidroksid, sınaq şüşəsi, ştativ, distillə suyu, indikatorlar
Dərsin gedişi: Müəllim sinifin təşkilindən sonra, şagirdlərləri üç kiçik qruplara ayırır və hər birinə keçən dərslərlərə aid olan aşağıdakı sualları verir.
Qrup-1.S. Arrenius
1.Verilən maddələrdən qüvvətli elektrolitləri seçin:
Cu(OH)2, Na2SO4, CaCO3, HNO3, NH3, KOH,
2. FeCl3 –in dissosiasiya tənliyini yazın:
3. 2 mol K2SO4-ın dissosiasiyasından cəmi neçə mol kation alınar?
(α=100%)
Qrup- 2. İ. Kablukov
1.Hansı ıon lakmusu qırmızı rəngə boyayır?
OH-, SO42-, H+, S2-, K+, NO3-
2.Suda həll olan maddələri seçin:
NH4Cl, Mg(OH)2, CaCO3, Ca(OH)2, KNO3
3. 3 mol KOH- in dissosiasiyasından cəmi neçə mol ion alınar?
(α=80%)
Qrup-3.V. Kistyakovski
1. Hansı ion lakmusu göyərdir?
H+, OH-, SO42-, S2-, K+, NO3-
2. Na2SO4-ın dissosiasiya tənliyini yazın:
3. 2 mol dəmir-(III) sulfatın tam dissosiasiyasından cəmi neçə mol anion
alınar.
Şagirdlər sualları və cavablarını kimya dəftərlərində qeyd edirlər. Cavabları müəllim yoxlayıb, növbəti dərsdə elan edəcəyini bildirir. Sonra hər qrupa aşağıdakı məzmunlu iş vərəqlərini təqdim edir, müvafiq reaksiyaların molekulyar, tam və qısa ion tənliklərini tərtib etməyi bildirir.
Qrup-1
BaCl2 + H2SO4 →
Na2SO4+BaCl2 →
Qrup-2
Mg(OH)2+ H2SO4 →
NaOH + HCl→
Qrup-3
CaCO3 + HCl
Ca(OH)2+ HNO3
Bütün təcrübələrin nümayiş stolunun üzərində aparılması təşkil olunur
Birinci qrupun iki nəfər şagirdi növbə ilə təcrübələri yerinə yetirirlər. Qrupun daha iki nəfər şagirdi təcrübələrin tənliklərini tərtib edirlər. Digər qrupun şagirdləri də reaksiya tənliklərini qeyd edirlər. Lakin, şagirdlər barium sulfat çöküntüsunun əmələ gəlməsinin səbəbini izah etməkdə çətinlik çəkdiklərini bildirirlər.
1. BaCl 2+Na2SO4 → 2 NaCl +BaSO4↓(ağ)
Ba2+ + 2Cl- + 2Na+ + SO42- → 2Na+ + 2Cl- + BaSO4↓(ağ)
Ba2+ + SO42- → BaSO4↓(ağ)
2. Na2CO3 + 2HCl = 2NaCl + CO2+ H2O
.2Na+ + CO32- + 2H+ + 2Cl- 2Na+ + 2Cl- + H2O + CO2
CO32- + 2H+ H2O + CO2
Ola bilsin ki, burada şagirdlər çətinlik çəksinlər. Onda müəllim yada salır ki, su da karbon qazı da zəif elektrolitlərdir.(Su ilə karbon qazının reaksiyasından alınan karbonat turşusu da (H2CO3) zəif elektrolitdir.
Müəllim:
-Uşaqlar, bu reaksiyalar üçün götürdüyümüz maddələr haqqında nə deyə bilərsiniz?
Şagirdlər qısa fikir mübadiləsi aparırlar. Müxtəlif fikirlər səslənir.Səslənən fikirləri ümumiləşdirib yekun nəticəyə gəlirlər: Reaksiya üçün götürdüyümüz elektrolitlərin suda məhlullarıdır.
Müəllim:
-
Bəs reaksiya məhsulları haqqında nə deyə bilərsiniz?
Şagirdlər yenə də qruplaşıb fikir yürüdürlər, nəticə çıxarırlar:
- Birində çöküntü alınır, digərində isə su və qaz halında maddə alınır.
Müəllim:
-
Çöküntünü, suyu və qazı elektrik keçiriciliyinə görə hansı maddələrə aid
etmək olar?
Şagirdlər:
- Zəif elektrolitlərə və qeyri-elektrlitdirlərə.
Müəllim:
- Bu dərsdə gördüklərinizi, eşitdiklərinizi və əvvəlki dərslərdən öyrəndiklərinizi ümumiləşdirərək kim deyər:
1.İon mübadilə reaksiyaları nəyə deyilir?
Şagird:
Elektrolit məhlulları arasında zəif elektrolitin alınması ilə gedən reaksiyalara ion-mübadilə reaksiyaları deyilir.
2. Qisa ion tənliyini necə tərtib etmək olar?
şagird:
a) Reaksiyanın molekulyar tənliyini yazırıq və əmsallaşdırırıq.
b) Dissosiasiya edənləri ion, etməyənləri isə tam şəkildə yazırıq.
c) sağ və sol tərəfdə eyni olanların üstündən xətt çəkirik.
d) qalanlarını yazırıq.
Şagird bütün dərs boyu fəaliyyətdə olur: tədqiqat aparır, fikir yürüdür, birinci yazmağa səy göstərir, yarışır.
Müəllim nəzarət edir, bələdçilik edir, promlem yaranarsa müəllim əlavə izahat verir.
Beləliklə, şagirdlər İon–mübadilə reaksiyalarını “kəşf ” edirlər və qısa ion tənliklərinin tərtib olunmasını öyrənirlər.
Evə tapşırıq:
1. § 17. İon mübadilə reaksiyaları.
2.Reaksiya tənliklərini tamamlayın .
a) AgNO3 + NaCl
b) Fe2(SO4)3 + KOH
3. Neytrallaşma reaksiyaları ion mübadilə reaksiyalarıdırmı? Nə üçün?
İstifadə edilmiş ədəbiyyat:
-
V.M. Abbasov və başqaları. IX sinif kimya dərsliyi. Azpoliqraf, 2010.
Mуршуд Фараджов, Маил Мамедов
Из опыта преподавания самостоятельных работ по химии
АННОТАЦИЯ
В статье даны два примера уроков по теме «Электролитическая диссоциация». Отображено усвоение учениками новых знаний и умений, использование самостоятельных работ. На каждом из двух уроков показано как организовать активность учеников, ведение самостоятельных работ, обеспечение внутрипредметной и межпредметной связей, более глубокое усвоение новых знаний.
Murshud Ferejov, Mail Memmedov
From the experience of orginal works at the teachinq of chemistry
ANNOTATION
Two examples of the lesson about the academic unit of “Electronic dissociation”are given in this article. The students getting the new knowledge and ability, their using from the independent works are described at the process of the lesson.
How to organize the student’s activity, to reseach independently, to provide the intrasubject integration using the text books, learning the new knowledge are reflected at every two lessons.
Açar sözlər: Elektrolitik dissosiasiya, məhlul, elektrolit, kation, anion, turşu, qələvi, duz, hidroliz, idrat, ion, mübadilə, molekulyar, katod, anod, mənfi yülü ion, müsbət yüklü ion, hidroksonium, aksonium, ion reaksiyaları, müstəqil iş, problemli şərh, iş vərəqləri, kiçik qrup.
Ключевые слова: Электролитическая диссоциация, раствор, электролит, катион, анион, кислота, щелочь, соль, гидролиз, гидрат, ион, обмен, молекулярный, катод, анод, отрицательно заряженный ион, положительно заряженный ион, гидроксоний, ионная реакция, самостоятельная работа, рабочие листы, малая группа.
Key words: Elektrolitik dissocation, liquid, electrolit, cation, anion, acid, alkali, salt, hydrolusis, hydrate, ion exchange. molecular, anode, cathode, negative charge ion, positive charge ion, hidroksonium, acsonium ion, reaction, independent, work, work sheets, small group, comment the problem.
Dostları ilə paylaş: |