«Nəyi öyrənməli?» Nəyə görə və hansı məqsədlərə çatmaq üçün öyrənməli? Harada və hansı şəraitdə öyrənməli?
Nəhayət, model və onun empirik interpretasiyasının empirik indikatorların məcmusunun alınması şəklində edilməsi haqqında daha bir neçə nəticə çıxarmaq istəyirdik. Düşünürük ki, onlar sizin üçün xeyirli ola bilərlər (bu zaman «Sosiolodi informasiyanın yığımı metodları» kursunun materiallarını yada salın və təkrarlayın). Bu nəticələr aşağıdakılardır:
Xüsusiyyətin öyrənilməsi modeli öz növbəsində daha aşağı səviyyəli birliyin xüsusiyyətini özündə daşıyır.
Modellər sadə və mürəkkəb olur. Onlarda empirik indikatorları fikirləşib tapmaq bəzən asan, bəzən də çətin olur. Xüsusiyyətə ancaq bir indikator uyğun gələndə ən sadə model alınır. Məsələn, səfilin savad səviyyəsini ona verilmiş iki sualın köməyi ilə öyrənmək olar: o, ümumiyyətlə oxuyubmu və, əgər oxuyubsa, onun təhsili hansı səviyyədədir.
Model hansı məqsədlərin xatirinə qurulubsa, elə onlar da onun konkret görkəmini şərtləndirirlər. Məqsədlər təsviri ola bilərlər, məsələn, hər hansı bir sosial birliyin sosial portretinin təsviri («Herbalayf» firmasının işçilərinin, bank qulluqçularının, Rusiyanın siyasi elitasının). Məqsədlər izahedici ola bilərlər, məsələn, tələbələrin siyasi aktivliyini yoxlayanda izahat – niyə siyasi aktivlik başqa cür deyil, məhz belədir; əhalinin elektoral davranışını öyrənən zaman izahat – niyə bu davranış bəzi rayonlarda bu cürdür, başqa yerlərdə isə başqa cür.
Eyni bir xüsusiyyətə empirik indikatorların müxtəlif məcmusu uyğun gəlir. İndikatorun mövcudluq forması informasiya yığımı metodları ilə şərtləndirilmişdir. Məsələn, ünsiyyətin öyrənilməsi üçün həm özünüqiymətləndirmədən, həm də ətrafdakıların rəyindən istifadə etmək olar. Öz növbəsində özünüqiymətləndirmələri sərt formalaşdırılmış, zəif formalaşdırılmış və formalaşdırılmamış informasiya metodlarının köməyi ilə əldə etmək olar.
Müəyyən model müxtəlif informasiya tiplərinə müraciət etməyi tələb edir.
Dostları ilə paylaş: |