Şəkil 2.1.1
«Xətkeşlə» (birölçülü şkala ilə) respondentin cinsini və ya fakültəsini ölçürük. Hər bir respondentə müvafiq olan müəyyən şkala qiymətini (şkala dərəcəsini, şkala punktunu) qoyuruq. Bu zaman şkalada nə başlanğıc hesab nöqtəsi, nə də ölçmə vahidi yoxdur. Şkala qiymətləri arasındakı məsafə anlayışı da yoxdur. Əvəzində şkala qiymətlərinin dəqiq verbal interpretasiyası vardır. Sizdə elə təəssürat yarana bilər ki, sadə şeylər haqqında çox mürəkkəb şəkildə danışılır. Amma siz də sadə bir səbəb üzündən haqlı hesab oluna bilməzsiniz. Elmi tərəqqi – çox qəribə hadisədir. Elmi nailiyyətlər gündəlik həyata tətbiq olunanda insanlar heç bir şey fikirləşmədən bundan istifadə edirlər. Siz bu gün əvvəlki kompüterlər nəsli ilə işləməyi təsəvvür edə bilərsinizmi? Siz perfolentin, perfokartın nə olduğunu bilirsinizmi? Əlbəttə ki, bilmirsiniz. Göründüyü kimi, kompüterlərin inkişaf tarixini bilmək sosioloqa lazım deyil. Amma ölçmə haqqında sosioloq hər şeyi bilməlidir, belə ki, bu sosiologiyanın tükənməz, əbədi problemidir. Bizim elmdə belə əbədi problem çoxdur.
İndi isə yuxarıda qeyd olunmuş sualların üçüncüsünə qayıdaq.
Siz təhsildən nə qədər razısınız?
-tam razıyam
|
1
|
5
|
19
|
2
|
-narazı olmaqdan daha çox razıyam
|
2
|
4
|
18
|
5
|
-həm hə, həm yox
|
3
|
3
|
11
|
4
|
-razı olmaqdan daha çox narazıyam
|
4
|
2
|
7
|
3
|
-tam narazıyam
|
5
|
1
|
5
|
1
|
Bu sualın tədqiqatçı üçün dərketmə imkanları elədir ki, onun köməyi ilə tələbələri təhsildən razılıq səviyyəsinə görə sıralamaq imkanı əldə olunur. O zaman cavab variantlarının kodlaşdırılması belə sıralanmanı əks etməlidir. Bu üsulların ikincisi hamısından daha çox münasibdir, belə ki, ballara oxşayır. Maksimal dərəcədə razı olan beş bal, minimal dərəcədə razı olan isə bir bal alır. Əlbəttə, söhbət özünüqiymətləndirmədən gedir, yəni hesab etmək olmaz ki, eyni ballara malik respondentlər eyni dərəcədə razıdırlar. Hələ onu demirik ki, beş və dörd ballar arasındakı fərq 4 və 3, 3 və 2, 2 və 1 arasındakı fərqə bərabər deyildir. Ballar – rəqəm yox, sıradır. Bizim halda sıra şkalası beş dərəcəlidir (beşballış şkala).
Kodlaşdırmanın birinci üsulunu «yerlərin» dili ilə interpretasiya etmək olar. Bu ranqlar – reytinqlərdir. Maksimal razılığı olan birinci yeri, sonuncu – beşinci yeri isə minimal dərəcədə razılığı olan tutur. Nümunə göstərilmiş kodlaşdırma üsullarından üçüncüsü də sıralanmağı göstərir və düzgündür, amma, ilk iki üsuldan fərqli olaraq, onu verbal interpretasiya etmək çətindir. Sonuncu – dördüncü varianta gəldikdə isə - o, sıralanmağı modelləşdirmir. Buna görə də, beə kodlaşdırma üsulu ilə ölçmənin nominal səviyyəsini – sıra şkalasını deyil – nominal şkalanı əldə edirik.
Bu üsulların biri ilə kodlaşdırmanı aparmaqla hesab etmək olar ki, biz artıq ölçmə alətini hazırlamışıq. İlk üç üsul ölçmənin sıra səviyyəsinə aiddir, yəni öz təhsildən razılığı sıra şkalası üzrə və ya sıralar şkalası üzrə ölçürük. Onu başqa cür ordinal (ordinardan fərqli olaraq) ranq şkalası adlandırırlar. O, üstündə beş bölgü xətti olan «xətkeşə» bənzəyir (şəkil 2.1.1.):
Dostları ilə paylaş: |