idi ki,
32
bu iki əxlaqsız adam onun
gözəlliyindən zövq almaqdan ötrü
üzündəki örtüyü qaldırmasını əmr etdilər,
çünki onun üzü örtülü idi.
33
Susannanın
ailəsi və orada olan hər bir kəs ağlayırdı.
34
Amma iki hakim xalqın önündə ayağa
qalxdı, əllərini Susannanın başına qoyub
onu təqsirləndirməyə başladılar.
35
Susanna
isə göz yaşları içərisində gözlərini göylərə
dikmişdi, çünki o, Rəbbə ümid edirdi.
36
Bu
iki hakim dedi: «Biz bağçada gəzirdik, bu
qadın da iki xidmətçisi ilə gəldi və bağın
əsas qapılarını bağlayıb xidmətçilərinə
getmələrini əmr etdi.
37
Sonra bağda
gizlənən gənc bir adam ona yaxınlaşdı və
onunla yatdı.
38
Biz bağın bir tərəfində idik
və bu qanunsuzluğu görəndə onları
yaxaladıq.
39
Onları cinsi əlaqədə olan
yerdə yaxaladıq. O adamı tuta bilmədik,
çünki o, bizdən güclü idi, qapıları açdı və
qaçdı.
40
Amma qadını yaxaladıq və onu
dindirdik, o isə bizə cavab vermək
istəmədi. Doğru şahidlik etdiyimizə and
içirik».
41
Bu iki adam həm xalqın başçıları,
həm də hakim olduqlarına görə xalq
onların sözlərinə inandı və Susannanı
ölümə məhkum etdi.
Dostları ilə paylaş: