Dilin mövcudluluq, forması olan nitq fəaliyyəti danışma, dinləmə, yazı və oxu proseslərini birləşdirir. Buna görə də nitq daha çox şifahi və yazılı, monoloji və dialoji, xarici və daxili (lal) növlərinə bölünür



Yüklə 22,58 Kb.
səhifə3/3
tarix20.10.2022
ölçüsü22,58 Kb.
#118433
növüYazı
1   2   3
Dilin mövcudluluq

Bədii üslub: bədii əsərlərin (poeziya, nəsr, dramaturgiya) dili. Əsas əlamətləri obrazlılıq və emosionallıqdır. Azərbaycan dili yüzilliklər boyu poeziya dili kimi inkişaf etmişdir. Deməli, ədəbi dilin bədii üslubu qədimliyi, mükəmməlliyi və bütün tarixi boyu aparıcı olması ilə seçilir.
2) Publisistik üslub: qəzet, jurnal, radio, televiziya, mitinq dili, müxtəlif yığıncaqlarda istifadə olunan dil. Əsas əlaməti kütləvi anlaşıqlılıq, aydın dildir. Publisistik üslubun yaranması “Əkinçi” ilə (milli mətbuatın əsasının qoyulması ilə) başmış və inkişaf etmişdir.
3) Elmi üslub: elmi əsərlərin, dərsliklərin, monoqrafiyaların dili. Əsas əlaməti məntiqilik, ardıcıllıq, terminlərin olmasıdır. Azərbaycan alimləri istər orta əsrlərdə, istərsə də sonralar öz əsərlərini daha çox beynəlxalq dillərdə yazdıqlarına görə elmi üslub bədii və publisistik üslub qədər geniş imkanlar qazanmamışdı. 
4) Rəsmi-işgüzar üslub: rəsmi və işgüzar sənədlərin dili. Əsas əlaməti standart formalardan istifadədir. Rəsmi-işgüzar üslubun inkişafı digər funksional üslublardan geri qalmışdı. Bu da həmin üslubun dövlətçilik ənənələrindən asılı olması ilə bağlıdır. Məsələn, Azərbaycan dövlətçiliyinin meydana gəlməsi ilə bağlı XVI əsrdə-Xətai dövründə az-çox mükəmməl sənəd nümunələri yaranmışdır. Sovet dönəmində isə sənədləşmə daha çox rus dilində aparıldığı üçün rəsmi-işgüzar üslub inkişafdan qalmışdı. Müstəqil Azərbaycan dövlətinin yaranması bu üslubun sürətli inkişafına və möhkəmlənməsinə şərait yaratdı. 
5) Məişət üslubu: gündəlik ünsiyyət dili. Əsas əlaməti nitqin sərbəstliyi və təbiiliyidir. ədəbi dildə məişət dili, məişət üslubu – danışıq dili mövcuddur. Bu gün məişət dili kimi qavradığımız nitq o zamanlar xalqın ünsiyyət saxladığı dilin özü idi.
Yüklə 22,58 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin