Дини-фялсяфи тярбийя



Yüklə 274 Kb.
səhifə3/4
tarix10.01.2022
ölçüsü274 Kb.
#107934
1   2   3   4
Ey fəzalarda gülümsər əbədi şe’rü xəyal!

O nə qüdrət, o nə hikmət, o nə ahəngü cəlal!?

Hər dəha çırpınaraq səndə arar feyzi-kəmal,

Yenə yox kimsədə əsla səni idrakə məcal1.
Haqqa yaxınlaşdıqca dini fərqlər artmır, azalır. Görünür, insanın daxilən təmizlənməsi, yüngülləşməsi, pərvazlanması, eşqin qanadlarıyla haqqa doğru uçması ideyaları həm də dinlərin vəhdəti ideyasına gətirir.

«Şeyx Sənan»da deyilir:


Din bir olsaydı yer üzündə əgər,

Daha məs’ud olardı cinsi-bəşər.2

Həm də bu fikir təkcə Dərvişin dilindən eşidilmir. Şeyx Sənan islamı daha dərindən anladıqca xristianlığı da ehtiva etməyə çalışır:


Mənə olmuş cahan pərəstişkar,

İmdi pək başqa bir cəlalım var.

Sanma İslamə rəhbərəm tənha,

Peyrəvimdir xristianlar da3.
Yaxud başqa bir yerdə Şeyx Sənan deyir:
Birsə həqq, cümlə din də bir... naçar,

Xəlqi yalnız ayırmış azğınlar...1
Yaxud Cabbarlıda oxuyuruq:

«Siz ey min-min qəbilələrə, millətlərə, irqlərə ayrılmış məzlum bə­şəriyyət! Mən bu gün bütün istilalara, müharibələrə, qırğınlara, əsir­liyə, köləliyə, cəbrə, istibdada, altunlara, hökumətlərə, qanunlara, din­lərə, bütün əski varlığa qarşı üsyan bayrağı qaldırıram»2

«Bu yalnız ərəblərdə deyil, yalnız burada deyil, hər yerdə belə ol­muş­dur. Bunu babillilər də belə etmişlər, yunanlar da belə etmişlər, rum­lar, yəhudilər də belə etmişlər. İsalar, musalar, iskəndərlər, saysız-he­sabsız insan qəssabları hamısı belə etmişlər»3

Cavid də, Cabbarlı da böyük müqəddəslik duyğusundan ayrı sa­lın­mış, özgələşmiş, dinsizləşmiş, hadisələşmiş, müxtəlifləşmiş və bu müx­təlifliklərin qarşıdurmasını yaratmış əski dünyanın əleyhinə çı­xa­raq, insanın öz daxili-mənəvi yüksəlişinə, sevgiyə, məhəbbətə və insani məhəbbətin gücü ilə əldə edilmiş ümumbəşəri birliyə səsləyirdi. Dinləri birləşdirərək hamısına qarşı eyni dərəcədə üsyan edən Elxan əslində dinləri birləşdirərək hamısına eyni dərəcədə xidmət edən Şeyx Sənanın o biri qütbü deyilmi? Və qütblər eyni mahiyyətdə birləşmirmi?

Dinlər, təriqətlər arasında fərq bir qayda olaraq hadisə, mərasim müstəvisində özünü göstərir. Dinin mahiyyəti isə müqəddəslik duy­ğu­su ilə bağlıdır. Bu duyğu olmadıqda dini ehkamlar, dini ayinlər, dini mə­rasimlər əsl dini əvəz edir və din əvəzinə dini pərdəyə bürünmüş psev­dodin yaranır ki, o da mahiyyəti etibarilə dinsizlikdən fərqlənmir.

Təsadüfi deyildir ki, Cavid də, Cabbarlı da məhz «din pərdəsi»­nə, «din qalxanı»na qarşı mübarizə aparıblar. Xəlifənin hədiyyə gön­dər­diyi rəqqasələrə işarətlə Xəyyam «Din pərdəsi altında nə xoş, incə lətifə»4, – deyir. Eləcə də Elxan «mən üzümə bir din qalxanı çəkib ca­han­girlərin cəlladlığını qəbul edə bilmərəm»5, – deyir.

Caviddə də, Cabbarlıda da «din» ideyası «azadlıq» və «məhəb­bət» ideyaları ilə qarşılaşdırılır. «Od gəlini»ndə Xürrəm diyarının mə­nə­vi kodeksi belə səslənir: «Azad sevgi, azad vicdan könlümün tan­rı­sı». Dini hiss daxili bir ehtiyac olmadıqda, insanın mənəvi yüksə­li­şin­dən, saflığından, paklığından, müqəddəslik səviyyəsinə yüksəlmiş ali duy­ğularından doğmadıqda, kənardan icbari yolla təlqin edildikdə bu böyük azadlıq carçıları onu qəbul edə bilmirlər. Həm də bu mövqe 20-ci əsrin əvvəllərində meydana gəlməyərək, Şərq fəlsəfi fikrində qədim köklərə malikdir. Cavidin şəxsi fikirləri, böyük Ömər Xəyyamın möv­qe­yi ilə necə də səsləşir:
«Mən ömrümü sərməst olaraq şən dilərəm, şən.

Bir dindəyəm, azadə bütün küfr ilə dindən.»1

Bu misralar Ömər Xəyyamın məşhur rübaisindən tərcümə olu­na­raq mətnə daxil edilmişdir. Həmin mövqe «Xəyyam»dakı digər ob­ra­zın – Sevdanın dili ilə də təqdim olunur:



Yüklə 274 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin