«Bir vəhşi göyərçin kimi mən də,
Şən könlümü azadə dilərdim.»2
Bu ideyalar hələ «Şeyx Sənan»da da irəli sürülürdü. Lakin Cəfər Cabbarlı Şeyx Sənanın dinlə azadlığı uzlaşdırmaq cəhdlərini tənqid etsə də, onun «Od gəlini»ndəki azadlıq axtarışları da son nəticədə sadəcə dinsizlikdən deyil, nəfsin tərbiyəsi, mənəviyyatın yüksəlişi ideyasından bəhrələnir.
Lakin insan azadlığının, onun yaradıcı qüdrətinin tərənnüm olunması dinə qarşı çıxmaq üçün heç bir əsas vermir. Çünki din də insanı bütün yaranmışların əşrəfi hesab edir. Bu baxımdan, müəllimlərimizin üzərinə sovet dövründə ədəbiyyatımıza müdaxilə etmiş və əs-lində milli mənəviyyatımıza uyğun olmayan insan–Allah qarşıdurmasından xilas etmək (şərhi düzgün vermək) və insanın mühitə qarşı mübarizədə haqqa-ədalətə tapınmasını, həm də dini hissin bir təzahürü kimi izah etmək vəzifəsi düşür.
Din özü böyük tərbiyəvi gücə malik olduğu üçün, bu hissin hər hansı bir formada zəiflədilməsi ümumiyyətlə tərbiyə işinə də ziyan vura bilər. Bu baxımdan, məqsəd dini dünyagörüşü ilə fəlsəfi dünyagörüş arasındakı zahiri ziddiyyəti aradan qaldırmaq və gənclərin mənəvi aləminin bütövlüyünü təmin etmək olmalıdır.
Dostları ilə paylaş: |