343) Dişin tac hissəsini modelləşdirdikdə onun həcmini nə zaman artırırlar?
A) Çini qapaqlarda
B) Tökmə qapaqlarda
C) Plastmas qapaqlarda
D) Ştamplanmış qapaqlarda
E) Teleskopik qapaqlarda
Dişin tac hissəsini modelləşdirdikdə onun həcmini plastmasla qapaq hazırlayarkən artırırlar. Mum forma plastmasla əvəz olunduqda pardaxlama zamanı müəyyən qədər yonulur, formaya salınır.
Ədəbiyyat: Z.İ.Qarayev “Ortopedik Stomatologiya”. Bakı, 2008, səh 96
344) Materialından və hazırlanma üsulundan asılı olmayaraq düzgün hazırlanmış qapaq aşağıdakı tələblərdən hansına cavab verməlidir?
A) Müxtəlif qalınlıqda olmalıdır
B) Taca bütün perimetri boyu kip oturmalıdır
C) Dişin anatomik formasına tam uyğun olmalıdır
D) Dişlə qapaq arasında sement üçün məsafə saxlanmalıdır
E) Eyni qalınlığa malik olmalıdır
Çıxmayan konstruksiyalar hamısı ağız boşluğuna sement vasitəsilə fiksasiya edilirlər, materialından və hazırlanma üsulundan asılı olmayaraq. Bu səbəbdən dişlə qapaq arasında sement üçün məsafə qalmalıdır.
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 57
345) Tam tökmə körpüvari protezlərin eyni adlı lehimlənmiş protezdən üstünlüyü nədir?
A) Möhkəmlilik və etibarlılıq
B) Yalnız metaldan hazırlana bilməsi
C) Gigiyenikliyi
D) Sadə hazırlanması
E) Estetikliyi
Tam tökmə körpüvari protezlərin eyni adlı lehimlənmiş protezdən üstünlüyü
möhkəmliyi və etibarlılığıdır Lehimlənmiş protezin zəif yeri lehim sahəsidir, tam tökmə protezdə bu yoxdur.
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 99
346) Körpüvari protezin metal ərintilərindən hazırlanmış aralıq hissəsi necə adlanır?
A) Süni dişlər
B) Metal-plastmas
C) Metal-keramika
D) Üzlük
E) Tökmə
Körpüvari protezin metal ərintilərindən hazırlanmış hissəsi tökmə adlanır.
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 89
Dostları ilə paylaş: |