##Fakültə: Filologiya ##İxtisas: Azərbaycan dili və ədəbiyyatı ##Bölmə



Yüklə 0,72 Mb.
səhifə1/10
tarix20.02.2020
ölçüsü0,72 Mb.
#102135
  1   2   3   4   5   6   7   8   9   10

##Fakültə: Filologiya

##İxtisas: Azərbaycan dili və ədəbiyyatı

##Bölmə: Azərbaycan

##Qrup: 501 qiyabi

##Kafedra müdiri: prof.H.Ə.Qasımov

##Fənnin adı: Ədəbi tənqid tarixi

##Müəllimin adı: dos. Təranə Yusif qızı Rəhimli

##İşçi (ekspert) qrupu: 1. Prof. M.Q.Allahmanlı

##num= 1// level= 1// sumtest=14 // name= Kursa giriş. “Ədəbi tənqid tarixi” fənninin predmeti, məqsəd və vəzifələri xxx //


1. Ədəbi tənqidin müasir janrlarını seçin:

1 - dibaçə

2 - esse

3 - resenziya

4 - ədəbi icmal

5 - açıq məktub

6 - ədəbi müsahibə

7 - ədəbi risalə

8 - ədəbi portret

A) 1, 2, 3, 4, , 7, 8

B) 2, 3, 4, 5, 6, 8

C) 1, 3, 5, 7, 8

D) 2, 3, 5, 7

E) 1, 2, 6, 7

2. Hansı dibaçə janrı üçün üçün səciyyəvi deyil?

A) klassik Şərq ədəbiyyatında divanlara, poemalara yazılmış müqəddimədir

B) müəyyən mübahisə və ya polemikaya aydınlıq gətirmək məqsədilə yazılır

C) Şərq şeiri poetikasının öyrənilməsində müstəsna əhəmiyyəti var

D) şairin söz sənəti ilə bağlı nəzəri baxışlar məcmusunu əks etdirir

E) dövrün ədəbi - estetik prinsiplərini öyrənmək üçün əhəmiyyətli mənbədir

3. Göstərilən fikirlərdən biri esse janrı üçün səciyyəvidir:

A) nisbətən az müraciət olunan bu janr daha çox mühakimələrin üstünlüyü ilə diqqəti cəlb edir

B) elmi və ya bədii əsər haqqında qısa, yığcam məlumat verir

C) tənqidçinin yazıçıya məktub formasında ünvanladığı janrdır

D) ədəbi şəxsiyyətin obrazını, portretini yaratmağa xidmət edir

E) müəyyən bir dövrün ədəbiyyatını sistemli təhlilə cəlb edir

4. Hansı janr ədəbi tənqid və ədəbiyyatşünaslığın müştərək janrı olub, ədəbi yaradıcılığın sistemli və hərtərəfli təhlili üçün imkan yaradır?

A) resenziya

B) monoqrafiya

C) ədəbi müsahibə

D) ədəbi icmal

E) polemik məqalə

5. Ədəbi tənqidin müasir janrları ilə göstərilən tənqidi əsərlər arasındakı düzgün uyğunluğu müəyyən edən cavab hansıdır?

I - esse

II - yol qeydləri

III - monoqrafiya

IV - ədəbi portret

1 - M. Hüseyn. “Bir ay və bir gün”

2 - A. Əfəndiyev. “İnam və şübhə”

3 - Ç. Hüseynov. “Fransa dəftəri”

4 - Elçin. ”Yaxın - uzaq Türkiyə”

5 - Elçin. Ədəbi düşüncələr”

6 - K. V. Nərimanoğlu. “Mənim Füzulim”

7 - F. Köçərli. “Sultan Məcid Qənizadə”

8 - M. M. Axundov. “Şeyx Nizami”

9 - F. Köçərli. “Mirzə Fətəli Axundov”

10 - M. Arif. “Cəfər Cabbarlının yaradıcılıq yolu”

11 - M. Rəfili. “Mirzə Fətəli Axundov”

12 - Anar. “Gecə düşüncələri”

A) I – 2, 5, 6, 12; II – 1, 3, 4; III – 8, 9, 10, 11; IV – 7;

B) I – 1, 2, 3, 5; II – 4, 6, 7, 8, ; III – 9, 12; IV – 10, 11;

C) I – 2, 3, 4; II – 1, 5, 7, 9; III – 6, 8, 11; IV – 10, 12;

D) I – 1, 5, 8, 10; II – 2, 4, 6, 7; III – 9, 11; IV – 3, 12;

E) I – 2, 3, 5; II – 1, 4, 6, 8; III – 7, 9; IV – 10, 11, 12;

6. Ədəbi tənqidin bədii materiala yanaşma tərzinə эörə növləri sırasında biri səhv эöstərilmişdir:

A) linqvistik tənqid

B) maarifçi - realist tənqid

C) strukturalist tənqid

D) estetik tənqid

E) sosioloji tənqid

7. Esse janrının əsasını qoyan yazıçını göstərin:

A) Frensis Bekon

B) Mişel Monten

C) Bernard Şou

D) Tomas Mann

E) Iohannes Bexer

8. Ədəbi tənqidin hansı istiqaməti bədii əsəri forma, struktur, kompozisiya elementləri kontekstində dəyərləndirir?

A) linqvistik tfənqid

B) strukturalist tənqid

C) estetik tənqid

D) sosioloji tənqid

E) realist tənqid

9. Ərəb ədəbiyyatşünaslığında «təzkirə» termini əvəzinə hansı istilah işlədilir?

A) təbakat

B) intiqad

C) xatimə

D) risalə

E) dibaçə

10. Göstərilən fikirlərdən biri təzkirələrə aid deyil:

A) klassik ədəbiyyatda divanlara, poemalara yazılmış müqəddimədir

B) orta əsrlərdə ədəbiyyat tarixçiliyi funksiyasını ehtiva etmişdir

C) ərəb mənşəli termin olub, «zikr» - «xatırlamaq, yada salmaq mənalarını ifadə edir

D) Yaxın Şərqdə, Türkiyədə, Orta Asiyada və Azərbayjanda эeniş yayılmışdı

E) S. Sadiqi, V. Təbrizi, Ş. Rami, L. Azər bu janrda əsərlər yazmışlar

11. Şərh, təzkirə, ədəbi risalə, monoqrafiya və ədəbi müsahibə janrlarının yarandığı dövrə görə xronoloji ardıcıllığı göstərin:

1 - - XIV əsr

1 - - XI əsr

3 - XIX əsr

4 - XX əsr

5 - XII əsr

6 - XV əsr

A) 1, 2, 3, 4, 6

B) 2, 1, 5, 3, 4

C) 2, 3, 4, 6, 5

D) 6, 4, 3, 2, , 1

E) 5, 4, 6, 3, 2

12. Ədəbi tənqidin klassik janrları və onların xüsusiyyətləri arasındakı düzgün uyğunluğu müəyyən edən cavab hansıdır?

I – şərh

II – təzkirə

III – dibaçə

IV - ədəbi risalə

1 - Azərbaycan estetik və tənqidi fikrinin ilk janrıdır.

2 - Əsərin mənasının açılmasına xidmət edir.

3 - Sənətkarlıq məsələlərinin izahına yer verir.

4 - Divanlara, poemalara yazılan müqəddimədir.

5 - Yazıçı ilə oxucu arasında anlaşma yaradır.

6 - Klassik tənqiddə ədəbiyyat tarixçiliyi funksiyasını ehtiva edir.

7 - Əruz vəzni və onun xüsusiyyətlərindən bəhs edir.

8 - M. Füzuli türk, ərəb və farsca divanlarına dair yazmışdır.

9 - Ən dəyərli nümunələrini X. Təbrizi yazmışdır.

10 - Üç qismə bölünür: şairlər haqqında; elm xadimləri haqqında; din xadimləri haqqında;

11 - Bu janrda Ə. Bağdadi, S. M. Səfəvi, S. S. Əfşar, L. Azər və b. yazmışlar.

12 - XIX əsrdə S. Ə. Şirvani, M. M. Nəvvab bu janrda əsərlər yazmışlar.

A) I – 1, 2, 3, 5, 9; II – 6, 10, 12; III – 4, 8; IV – 7;

B) I – 1, 3, 5, 7; II – 2, 4, 10; III – 6, 8; IV – 9, 11, 12;

C) I – 2, 5, 8; II – 1, 3, 4, 7; III – 5, 8, 12; IV – 9, 10, 11, 12;

D) I - 3, 7, 9; II – 1, 2, 6; III – 4, 5, 8; IV – 9, 10, 11, 12;

E) I – 4, 10, 12; II – 1, 2, 5, 7; III – 3, 6, 11; IV – 8, 9;

13. Orta əsrlərdə ədəbi - estetik fikrin ilk janrlarını seçin:

1 - şərhlər

2 - ədəbi risalələr

3 - resenziya

4 - polemic məqalə

5 - ədəbi portret

6 - təzkirə

A) 1, 2, 6

B) 3, 5, 6

C) 1, 4, 5

D) 2, 3, 4

E) 1, 5, 6

14. Elm aləmində şərhçilər kimi tanınan müəllifləri seçin:

1 - X. Təbrizi

2 - M. M. Nəvvab

3 - L. Azər

4 - Y. Xoylu

5 - Ş. Rami

6 - E. Qüzzat

A) 1, 4, 6

B) 2, 3, 5

C) 1, 4, 5

D) 2, 3, 4

E) 1, 3, 6

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin