##Fakültə: Filologiya ##İxtisas: Azərbaycan dili və ədəbiyyatı ##Bölmə


##num= 10// level= 1// sumtest=25 // name= 30 - cu illərdə tənqid və ədəbi proses. Ə. Nazimin ədəbi tənqid sahəsindəki fəaliyyəti xxx //



Yüklə 0,72 Mb.
səhifə9/10
tarix20.02.2020
ölçüsü0,72 Mb.
#102135
1   2   3   4   5   6   7   8   9   10

##num= 10// level= 1// sumtest=25 // name= 30 - cu illərdə tənqid və ədəbi proses. Ə. Nazimin ədəbi tənqid sahəsindəki fəaliyyəti xxx //


1. 1932 – ci ildə qələmə alınmış, ədəbi prosesin problemlərinə həsr olunmuş məqalələr toplusunu seçib göstərin:.

A) “Ədəbi döyüşlər”

B) “Ədəbiyyatımıza dair məktub”

C) “Təzə kitab”

D) “Azəri ədəbiyyatının yeni dövrü”

E) “Türk dili və ədəbiyyatının tədris üsulu”

2. Ə. Nazimə aid fikirləri seçin:

1 - Ədəbi tənqidə 20 – ci illərin ortalarında gəlmişdir.

2 - “Yeni həyat və yeni ədəbiyyat” məqaləsinin müəllifidir.

3 - “Ədəbiyyatımız və ədəbiyyat tariximiz” məqaləsinin müəllifidir.

4 - Məqalələrində bədii metod məsələsinə biganəlik göstərirdi.

5 - Əsərlərində romantizmə üstünlük verirdi.

6 - “Azəri ədəbiyyatının yeni dövrü” məqaləsinin müəllifidir

A) 1, 2, 3

B) 3, 4

C) 4, 6

D) 3, 5

E) 2, 5, 6

3. 20 – ci illərdə ədəbiyyat tarixini elmi problem səviyyəsinə qaldıran görkəmli tənqidçini göstərin.

A) Ə. Nazim

B) M. Rəfili

C) H. Zeynallı

D) C. Xəndan

E) M. Rzaquluzadə

4. “Bizim ədəbiyyat tariximiz hər millətinkindən daha geri və zəifdir” deyən, lakin sələflərindən fərqli olaraq “ədəbiyyatımız fəqirdir” mülahizəsini rədd edən tənqidçini göstərin.

A) Ə. Nazim

B) H. Zeynallı

C) M. F. Axundov

D) M. Arif

E) M. Rəfili

5. Şifahi ədəbiyyat, onun funksiyaları və xüsusiyyətləri ilə bağlı bu gün də müasir səslənən mülahizələrin əks olunduğu “Azərbaycan xalq ədəbiyyatından: Bayatılar” məqaləsinin müəllifini göstərin.

A) Ə. Nazim

B) M. Hüseyn

C) Ə. Abid

D) B. Çobanzadə

E) M. Rəfili

6. “İblis” pyesinin tamaşası münasibətilə yazılmış “İblis” məqaləsinin müəllifi kimdir?

A) H. Zeynallı

B) Ə. Nazim

C) F. Köçərli

D) C. Xəndan

E) M. Arif

7. O, sənətkarları öz bilik və savadlarını durmadan artırmağa, çox oxuyub öyrənməyə çağırır. “Şair alim deyildir” deyə “şairanə boşboğazlıq”la məşğul olanları yazıçı hesab etmir. Söhbət hansı tənqidçidən gedir?

A) Ə. Nazim

B) H. Zeynallı

C) M. F. Axundov

D) M. Hüseyn

E) M. Quliyev

8. “İblis”, “Süleyman Rüstəm haqqında kiçik bir mülahizə”, “Günəşi içirik. . . günəşlənirik” məqalələri onun tənqidi görüşlərində demokratizm meylinin güclənməsinin göstəricisi hesab oluna bilər. Söhbət hansı tənqidçidən gedir?

A) Ə. Nazim

B) M. Hüseyn

C) M. C. Cəfərov

D) B. Çobanzadə

E) Y. Qarayev

9. Aşağıdakılardan biri H. K. Sanılının yaradıcılığını daha əhatəli təhlil etmişdir?

A) B. Çobanzadə

B) H. Zeynallı

C) Y. Qarayev

D) M. Arif

E) F. Köçərli

10. “Sanılının əsərlərində ən ziyadə gözə çarpan xüsusiyyət təsvirçilik və fotoqrafizmidir”. Bu qənaət hansı tənqidçiyə məxsussur?

A) B. Çobanzadə

B) M. Arif

C) Ə. Abid

D) M. Quliyev

E) A. Musaxanlı

11. H. K. Sanılını kənd həyatını yaxşı bilən, kəndli psixologiyasına nüfuz etməyi bacaran bir sənətkar kimi qiymətləndirən tənqidçilərin adları hansı cərgədə düzgün verilib?

A) A. Musaxanlı və M. Rəfili

B) F. Köçərli və S. Hüseyn

C) Ə. Nazim və M. Arif

D) H. Zeynallı və M. F. Axundov

E) B. Çobanzadə və Ə. Abid

12. H. Zeynallı hansı şairin şeirləri haqqında “güclü fantaziya və həyəcan” olmadığı, ”yazdıqları şeirlərin əksəriyyəti zorlanaraq yazıldığı” qənaətinə gəlir?

A) Ə. Nazim

B) S. Vurğun

C) M. Araz

D) M. Müşfiq

E) A. İldırım

13. Bu şəxsin təhlillərində H. Cavidin “Peyğəmbər”inə tənqidi, “Şeyx Sənan”a isə təqdir mövqeyindən yanaşma öndədir. Söhbət hansı tənqidçidən gedir?

A) B. Çobanzadə

B) H. Zeynallı

C) A. Musaxanlı

D) Y. Qarayev

E) Ə. Nazim

14. 20 - 30 - cu illərin ilk professional tənqidçiləri hansılardır?

A) H. Zeynallı, Ə. Nazim, M. Quliyev

B) Ə. Sadıq, M. Hüseyn, C. Xəndan

C) M. K. Ələkbərli, Ə. Abid, M. Cəfər

D) Ə. Nazim, B. Çobanzadə, C. Cəfərov

E) S. Hüseyn, M. Ə. Rəsulzadə, B. Nəbiyev

15. H. Cavidin əsərlərini «müasir və …inqilabi ruhlu hesab edən tənqidçi hansıdır?

A) H. Zeynallı

B) B. Çobanzadə

C) M. Quliyev

D) Ə. Nazim

E) Ə. Abid

16. 20 - 30 - cu illər tənqidi hansı ədəbi şəxsiyyətə qarşı daha amansız mövqe tuturdu?

A) H. Cavidə

B) A. Şaiqə

C) A. Səhhətə

D) C. Cabbarlıya

E) S. M. Qənizadəyə

17. «H. Cavidin «Peyğəmbər»i və yaxud peyğəmbərin qadını» məqaləsinin müəllifi kimdir?

A) B. Talıblı

B) Ə. Sadıq

C) M. Quliyev

D) Ə. Abid

E) B. Çobanzadə

18. Mustafa Quliyev H. Cavidi hansı ideoloji ittihamla təqsirləndirirdi?

A) insan qafalarından ehramlar tikən Teymurləngi idealizə etməkdə

B) Şeyx Sənan obrazını yaratmaqda

C) Peyğəmbər haqqında əsər yazmaqda

D) yeni proletar üslubun yetişməsində zəif iştirak etməkdə

E) tarixi dram yazmaqda

19. Böyükağa Talıblı hansı dövrün tənqidçi nəslini təmsil edirdi?

A) 20 - 30 - cu illərin

B) 40 - 50 - ci illərin

C) 60 - 70 - ci illərin

D) XX əsrin ilk onilliyinin

E) X1X əsrin 70 - 90 - cı illərinin

20. 20 - 30 - cu illər tənqidində hansı yaradıcılıq məsələsi ədəbi tənqiddə daha mühüm yer tuturdu?

A) ədəbi növlər və janrlar

B) bədii yaradıcılıq metodu məsələsi

C) sənətkarlıq məsələsi

D) dil, üslub məsələsi

E) bədii məzmun məsələsi

21. 20 - 30 - cu illər tənqidi hansı yaradıcılıq metoduna üstünlük verirdi?

A) realizm

B) naturalizm

C) romantizm

D) formalizm

E) simvolizm

22. 20 - 30 - cu illər tənqidinin bədii əsərdən tələb etdiyi vəzifələr sırasında biri yanlış göstərilmişdir:

A) Milli - tarixi keçmişi əks etdirmək

B) istehsal münasibətlərdəki inkişafı tərənnüm etmək

C) sovet adamının misilsiz qəhrəmanlığını əks etdirmək

D) böyük quruculuq işlərinin dərin pafosla bədii əksi

E) ueni, sovet insanı tərbiyə etmək

23. 20 - 30 - cu illər tənqidinin vəzifələri sırasında göstərilənlərdən biri yanlışdır:

A) romantizmin bədii əsərin məfkurəvi dəyərində rolunu təbliğ etmək

B) yeni proletar üslubun yetişməsinə yardım etmək

C) realizmi sovet ədəbiyyatının yaradıcılıq metodu kimi müdafiə etmək

D) sovet dövrünün realizmini klassik realizmdən üstün tutmaq

E) ədəbiyyatın ideoloji təbliğatçılıq rolunu artırmaq

24. 20 - 30 - cu illər tənqidi şeirin forma axtarışlarında hansı vəzni tapıntı hesab edirdi?

A) heca vəzni

B) sərbəst vəzn

C) əruz vəzni

D) mənsur şeir

E) Algey beyti

25. 20 - 30 - cu illər tənqidi ədəbi - bədii dilin inkişafında hansı cəhəti ciddi maneə hesab etmirdi?

A) rus - avropa mənşəli sözləri

B) köhnə istilahları

C) ərəb - fars sözlərini

D) osmanlı ləhcəsini

E) konstruktivist - formalist əllaməçiliyi

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin