Dissertasiya iddiaçı: Lianna Hüsü qızı Əmrahova


Özəl firma, şirkət, müəssisə adları (firmonimlər)



Yüklə 0,99 Mb.
səhifə15/103
tarix06.01.2022
ölçüsü0,99 Mb.
#113097
1   ...   11   12   13   14   15   16   17   18   ...   103
Özəl firma, şirkət, müəssisə adları (firmonimlər). Azərbaycan müstəqillik əldə etdikdən sonra respublikada kapitalizm rejiminə keçid baş verdi. Bu da öz növbəsində bir çox şirkətlərin, təşkilatların yaranmasına şərait yaratdı. Xarici şirkətlər də neft ölkəsi olduğumuza görə ölkəyə kapital yatırmağa başladılar. Bu da günbəgün artan şirkətlərin sayına xeyli təsir etdi. Özəl firma, şirkət adları içərisində əcnəbi dildə olan adlar üstünlük təşkil edir. Məsələn, “Bakı Steel Company”, “Skabal”, “BMV”, “Supersun”, “Champion”, “Pramida”, “Best Gomp Crup“, “Delta” qrup, “Akkord” şirketler qrupu, “Grand” hotel, “Berqa” və s. bu məsələyə öz münasibətini bildirən Nizami Cəfərov və Sayalı Sadıqova bu fikrin əlehinədirlər və qeyd edirlər bu gün dünyanın hər yerində bu artıq bir qaydadır ki, yazılar xalqın, millətin, dövlətin dilində verilməlidir [76, s. 7]. Xarici dildə yaranan şirkət adlarına münasibət bildirən Yadigar Cəfərov bəzi şirkət adlarının Azərbaycan dilində dəqiqi qarşılığı olduğunu və Azərbaycan dilində yazılmasını daha məqsədəuyğun hesab edir. Məsələn, “Bakı Steel Company”–“Bakı Polad Kompaniyası”, “Caspian-Fish”–“Xəzər-Balıq”, “European–Tobacco-Baku”–“Bakıda Avropa Tütünü”, “Swan”-“Qu quşu” və s. [41, s.91]. A.A.Axundov da bu məsələyə toxunur, xarici şirkət adlarının tərcüməsinə, yazılışına diqqət yetirir və hesab edir ki, “Coca-Cola”“Koka-Kola” yazmaq, “Ramstor” sözünü “Qoç Buynuzu” kimi yazmaq düzgün deyil [6, s.80]. Fikrimizcə, xaricdə yaranan şirkətlərin əmtəə nişanları bütün dünyada olduğu kimi qeydiyyatdan keçir. Buna görə də biz bu adları nə tərcümə edə bilərik, nə də Azərbaycan dilinin qayda-qanununa uyğunlaşdıra bilərik. Ancaq milli şirkətlər, ticarət obyektləri, firma və müəssisə adları mütləq ana dilimizdə olmalıdır. Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmiləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 1 noyabr tarixli fərmanı bu sahədə daha məsuliyyətli olmağı qarşıya məqsəd qoyur [145].

Hal-hazırda respublikamızda fəaliyyət göstərən bankların adları da bu bölgüyə daxildir. “Bank BTB”, “UNİBANK”, “Bank Respublika”, “Muğanbank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Bank Standart”, “Accessbank”, “Parabank”, “Texnikabank”, “Kapital bank” və s. bank adlarının orfoqrafiyasına nəzər saldıqda görürük ki, “bank” apelyativi bəzi erqonimlərdə aydınlaşdırıcı sözə bitişik yazılmışdır. Bir çox bank adlarında isə “bank” sözü apelyativin ya əvvəlində, ya da sonunda ayrı yazılmışdır. Bu mənaya heç bir xələl gətirmir. Məsələn, “Bank Kapital” və yaxud “Kapital bank”, “Bank Standart” və yaxud “Standart bank” və s.




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin