Dissertasiya iddiaçı: Lianna Hüsü qızı Əmrahova


Məhdud məsuliyyətli cəmiyyət, Açıq və qapalı səhmdar cəmiyyətlərinin adları



Yüklə 0,99 Mb.
səhifə17/103
tarix06.01.2022
ölçüsü0,99 Mb.
#113097
1   ...   13   14   15   16   17   18   19   20   ...   103
Məhdud məsuliyyətli cəmiyyət, Açıq və qapalı səhmdar cəmiyyətlərinin adları. Bir və ya bir neçə şəxs (fiziki və ya hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır [139]. Ölkəmizdə məhdud məsuliyyətli cəmiyyətlər çoxdur. Məsələn, “Cahan Tobacco MMC”, “Halal süd və ət məhsulları MMC”, “Çınqıllı Palitra MMC”, “Böyrək suyu MMC” və s. Məhdud məsuliyyətli cəmiyyət adlarının əsas hissəsini cəmiyyətin fəaliyyət sferasının adı və MMC (Məhdud məsuliyyətli cəmiyyətin abreviaturu) təşkil edir. Qapalı səhmdar cəmiyyət adlarına da sıx-sıx rast gəlirik. Bəs Qapalı səhmdar cəmiyyəti nədir? Qapalı səhmdar cəmiyyəti iştirakçılarının sayı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilmiş həddən yuxarı olmur. İştirakçıların minimal sayında məhdudiyyət yoxdur, maksimal sayda isə mövcuddur. “Bakı Metropoliteni”Qapalı Səhmdar Cəmiyyəti, “Azərbaycan Hava YollarıQapalı Səhmdar Cəmiyyəti, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti və s. bu adlar da mürəkkəb birləşmə şəklindədir. Açıq səhmdar cəmiyyətləri isə QSC-dən əsas fərqi onun səhmlərinin məhdudiyyətsiz sayda şəxslər arasında dövr etməsindədir. Onların alışı və ya satışı üçün qalan sərmayədarların razılığı tələb edilmir [139]. Ordubad “Quşçuluq” ASC, “Azərsu”Açıq Səhmdar Cəmiyyəti, “Azəreneji” ASC və s. Bu adlar mürəkkəb birləşmə şəklindədir. Bu tipli erqonimlər müəssisənin profilini və tipini özündə əks etdirir.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin