Dissertasiya iddiaçı: Lianna Hüsü qızı Əmrahova


Tibb mərkəzləri və aptek adları



Yüklə 0,99 Mb.
səhifə25/103
tarix06.01.2022
ölçüsü0,99 Mb.
#113097
1   ...   21   22   23   24   25   26   27   28   ...   103
Tibb mərkəzləri və aptek adları. Əvvələr yalnız dövlət xəstəxanaları və poliklinikalar vardısa, müasir dövrümüzdə tibb sahəsində özəl sektor inkişaf etmiş, özəl klinikalar yaradılmağa başlamışdır. Dövlət xəstəxanaları və poliklinikaların adları Azərbaycan dilində, özəl tibb mərkəzləri isə digər kateqoriyalarda olduğu kimi əcnəbi dildə adlanmasını daha çox müşahidə edirik.“Musa Nağıyev adına Təcili Yardım Xəstəxanası”, “M.Əzizbəyov adına doğum evi”, “Bərdə şəhər 3 saylı doğum evi”, “Azarbaycan Respublikası Səhiyyə Nazirliyinin 5№li xəstəxanası”, “Medi - club” kilinikası, “Dobromed” kilinikası, “Yeni nəsil” kilinikası, “Sağlam ailə” kilinikası və s.

Dövlət xəstəxanaların adlanmasında iki prinsip əsas götürülür:



  1. Xəstəxananın adı konkret fəaliyyət dairəsini özündə əks etdirir. Məsələn, Zərifə Əliyeva adına Göz Klinikası, Ə.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanası, M.A. Topçubaşov adına Elmi-Cərahiyyə Mərkəzi və s.[35, 201s]. Belə xəstəxanalar əsasən həmin sahədə böyük işlər görmüş şəxslərin adına adlandırılırlar.

  2. Ümumi fəaliyyət dairəsini özündə göstərən xəstəxana, klinika, diaqnostika, poliklinka adları: Bərdə şəhər Diaqnostika Mərkəzi, Bərdə şəhər Mərkəzi Xəstəxanası, Kolanı Kənd Xəstəxanası və s. İkinci qrupda olan erqonimlər əsasən yerləşdiyi yerin adını özündə göstərirlər.

Ölkəmizdə aptek adlarına nəzər yetirdikdə görürük ki, bu obyektlərə verilən adlar şəfa, sağlamlıq kimi məfhumları və tibb sahəsində xüsusi xidmətləri olmuş şəxslərin adlarını özündə əks etdirir. Məsələn, “Nur” aptek, “Sağlam olun” aptek, “Loğman” aptek, “Təbib”aptek, “Təbib T.M” aptek, “Təbib Tibb Mərkəzi” aptek, “Səhhət” aptek, “36, 6 C” aptek,“İbn Sina”aptek, “Hippokrat” aptek və s. Bir çox aptek adlarında bu halla rastlaşırıq ki, əksəriyyət adların yaranmasında “med”, “doktor” kimi vahidlərin böyük rolu vardır. Məsələn, “Dokta”, “Medeks” və s. Bu erqonimlərin təhlili zamanı miqdar sayı vasitəsilə yaranan aptek adları ilə də rastlaşdıq. Məsələn, “11№” aptek, “586№” aptek, “49№” aptek, “14№” aptek, “18№ aptek” və s. Dərman preparatlarının adlarından əmələ gələn aptek adları da az deyil. Məsələn, “Vitamin” aptek, “Qlükoza” aptek, “B-12” aptek, “Aspirin” aptek, “MinVitamin” aptek və s.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin