ŞƏHƏR (rayon) MƏRKƏZİ Kİtabxanasi



Yüklə 18,68 Kb.
tarix09.06.2018
ölçüsü18,68 Kb.
#53141

Azərbaycan Respublikasının şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemlərinin, müstəqil kitabxanaların, şəhər, qəsəbə və kənd kitabxana filiallarının, habelə şəhər, qəsəbə kütləvi, uşaq və gənclər kitabxanalarının nümunəvi strukturu və ştat vahidləri”nə dair təlimatda nəzərdə tutulmuş ştatların vəzifəsi
ŞƏHƏR (RAYON) MƏRKƏZİ KİTABXANASI ÜZRƏ

Xidmət şöbəsi

Oxu zalının müdiri

Şəhər (rayon) Mərkəzi kitabxanasında oxu zalının, Elektron kataloqun “Oxucu”, “Kitab verilişi” modulları, habelə oxu zallarının nəzdində yaradılmış İnternet mərkəzinin fəaliyyətini təşkil edir. Elektron kartotekanın təşkili və zənginləşdirilməsinə nəzarət edir. Müasir informasiya texnologiyaları, elektron resurslar vasitəsi ilə oxuculara xidmət işini yüksək səviyyədə həyata keçirir.


Mültimedia mütəxəssisi

Kitabxananın Elektron kataloqunun “Oxucu”, “Kitab verlişi” modulları üzrə məlumatların daxil edilməsi, habelə onların idarə edilməsini təmin edir. Bundan başqa, Xidmət şöbəsində saxlanan multimedia nəşrləri, elektron kitablar, audiovizual nəşrlər vasitəsilə oxuculara informasiya xidmətini həyata keçirir.


Kitabxanaçı-informasiya texnologiyaları üzrə mütəxəssis

Şəhər (rayon) Mərkəzi kitabxanasında quraşdırılmış Avtomatlaşdırılmış Kitabxana- İnformasiya Sistemi vasitəsi ilə Elektron kataloqun “Kataloqlaşdırma” modulunun işini həyata keçirir. Elektron kataloqun yaradılması işində Xidmət şöbəsi ilə digər şöbələrin işini əlaqələndirir.



Kitabxana – biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi

Kitabxananın Elektron kataloqunun idarə olunması, elektron resusların, bazalarının yaradılması, Elektron kataloqun “Kataloqlaşdırma”, “Komplektləşdirmə”, “Oxucu”, “Kitab verilişi” modullarının işini təşkil etmək, habelə “Administrator” modulu vasitəsi ilə sistemin fəaliyyətinə nəzarət və koordinasiya etmək funksiyasını həyata keçirir.

MKS-də kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması işini təşkil edir.

Şöbə müdiri mütəmadi olaraq kitabxana rəhbərliyini kitabxanada həyata keçirilən avtomatlaşdırma prosesi haqqında məlumatlandırır və təkliflər verir.





İnformasiya texnologiyaları üzrə mütəxəssis

Kitabxana – biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi üzrə Elektron kataloq və Elektron kitabxananın yaradılması işini həyata keçirir, Elekton kataloqun “Kataloqlaşdırma”, “Komplektləşdirmə”, “Oxucu”, “Kitab verilişi” modullarının işini koordinasiya edir.


Sistem inzibatçısı
Elektron kataloqun “Administrator” modulu vasitəsi ilə Avtomatlaşdırılmış Kitabxana– İnformasiya Sisteminin fəaliyyətinə nəzarət edir. Kitabxanada istifadə olunan Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sisteminin (Elektron kataloq və Elektron Kitabxana ) yeniləşməsi, əlavə və dəyişikliklərlə təmin edilməsinə dair şöbə rəhbərliyini mütəmadi olaraq məlumatlandırır və təkliflər verir.

İnformasiya- resurs şöbəsi
Şəhər (rayon) Mərkəzi Ktabxanasında yeni yaradılan bu şöbə kitabxananın Veb- saytının idarə olunması (veb-saytın operativ yeniləşməsi, əlavə və dəyişiklərin edilməsi, domen və hostinqin fəliyyətinə nəzarət), şəbəkənin antivirus proqramının, habelə lokal və İnternet şəbəkəsinin fəaliyyətini təşkil edir, nəzarət funksiyasını həyata keçirir. Şöbə kitabxananın Elektron kitabxanasının yaradılması, nəşrlərin elektron formaya çevrilməsi işini təmin edir. Habelə dövrü mətbuatın təsvirini “Kataloqlaşdırma” modulu vasitəsi ilə həyata keçirir.

Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin həyata keçirdiyi “Kataloqlaşdırma” modulunun bazasından isifadə edərək elektron resusların bazalarının yaradılmasını həyata keçirir.


Proqramçı

Kitabxananın texnoloji avadanlığının (kompyuter, skaner, printer, surətçıxarma aparatı, modem və s.) işlək vəziyyətini təmin edir, lokal və İnternet şəbəkələrinin, habelə şəbəkənin antivirus proqramının işləməsini təşkil edir.

Kitabxananın Veb-saytının domen və hostinqinə nəzarət edir, bu barədə şöbə rəhbərliyini mütəmadi olaraq məlumatlandırır və təkliflər verir.

Kitabxanada Elektron kitabxananın yaradılması, nəşrlərin elektron formaya çevrilməsi işini həyata keçirir.


Operator

Veb-saytın operativ yenilənməsi, veb-sayta əlavə və dəyişiklər edilməsi, kitabxananın cari yazılarının yığilması işini həyata keçirir.

Kitabxanada Elektron kitabxananın yaradılması, nəşrlərin elektron formaya çevrilməsi işini həyata keçirir.



Uşaq şöbəsi
Uşaq şöbəsinin müdiri – kitabxanada uşaqlara xidmət işinin təşkili prosesinə rəhbərlik edir, şöbədə Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sisteminindən istifadə edərək Elektron kataloqun “Oxucu” və “Kitab verilişi” modullarının işlənməsini təmin edir.
Oxu zalının müdiri

Şəhər (rayon) Mərkəzi ktabxanasının uşaq şöbəsinin nəzdində yaradılmış oxu zalının fəaliyyətini təşkil edir, müasir metod və texnologiyalardan istifadə etməklə oxuculara xidmət işini təşkil edir.


Multimedia mütəxəssisi

Şöbədə kitabxana-informasiya texnologiyaları, İnternet, müxtəlif intellektual oyunlar, elektron dərsliklər, multimedia resurslarından (audio, video, CD,DVD) istifadəni təşkil etməklə oxuculara informasiya xidməti göstərir.


ŞƏHƏR, QƏSƏBƏ, KƏND KİTABXANA FİLİALLARI ÜZRƏ
Multimedia mütəxəssisi

Şəhər, qəsəbə, kənd kitabxana filialında multimedia resurslarından (audio, video, CD,DVD) istifadəni təmin edir, habelə sözügüdən resurslar vasitəsi ilə filial kitabxanasında oxuculara xidmət işini təşkil edir. Multimedia mütəxəssisi kompyuter avadanlığı, digər informasiya texnologiyaları, habelə İnternetdən istifadə etməklə kitabxana filialında oxuculara xidmət göstərir.
Yüklə 18,68 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin