3) Birinci tərəfi mürəkkəb sözlərlə ifadə olunan ikinci növ təyini söz birləşmələri: “Şirvanşahlar sarayı”, “Ağ-Qara gecələr”, “Nəfəs-nəfəs təqib”, “Qızıltorpaq əfsanəsi” (sənədli filmlər), “Qarahövuz məscidi”, “Duy-Duy rəqsi” , “Ağxac-Qaraxaç toponimi” (məqalə ) və s.
İkinci növ təyini söz birləşmələri şəklində olan ktematonimlərin birinci tərəfinin onomastik vahidlərlə ifadə olunmasına görə aşağıdakı kimi qruplaşdırmaq olar:
Birinci tərəfi şəxs adları, ləqəb və titullarla ifadə olunan II növ təyini söz birləşmələri şəklində olan ktematonimlər:“Məhsəti zirvəsi” (sənədli film), “Koroğlu” stansiyası, “Memar Əcəmi” stansiyası, “Məhəmməd Füzuli” abidəsi, “Heydər Əliyev” sarayı, “Heydər Əliyev” fondu, “Heydər Əliyev mərkəzi”, “Aysel” jurnalı , “Axund” hamamı , “Adiloğlu” şirniyyatı, “Məmmədoğlu” firması və s.
2) Birinci tərəfi toponimlərlə ifadə olunan II növ təyini söz birləşmələri şəklində olan ktematonimlər: “Ədrinə fəthi” (Cəfər Cabbarlı),“Racəstan qadınları”, “Benqal qızları” (rəsm əsərləri), “Avropa şurası”, “Azərbaycan universiteti”, “Bakı Hərbi Məhkəməsi”, “Bakı Tibb Kolleci”, “Qafqaz Müsəlmanları İdarəsi”, “Sumqayıt Dövlət Universiteti”, “Bakı Apelyasiya Məhkəməsi” və s. Ümumiyyətlə, bu yolla yaranan ktematonimlər geniş yayılmış sintaktik konstruksiyalardır.
3) Birinci tərəfi etnonimlərlə ifadə olunan II növ təyini söz birləşmələri şəklində olan ktematonimlər: “Ləzgi qızı”(Səməd Vurğun), “Mingis” məscidi, “Ərəfsə” piri, “Kolanı”restoranı, “Atabəylər” məqbərəsi və s.
4) Birinci tərəfi hidronimlərlə ifadə olunan II növ təyini söz birləşmələri şəklində olan ktematonimlər: “Xəzər” televiziyası, “Araz” radiosu, “Ocean” market və s.
5) Birinci tərəfi fitonimlərlə ifadə olunan II növ təyini söz birləşmələri şəklində olan ktematonimlər: “Nərgiz” klinikası, “Genegerçek” yağı, “Qara zirə” yağı, “Gülxətmi”ekstraktı, “Çaytikanı” yağı və s.
6) Birinci tərəfi zoonimlərlə ifadə olunan II növ təyini söz birləşmələri şəklində olan ktematonimlər: “Keçi”qalası” (Xurs kəndi, Ordubad),”Aslan qayası”
7) Birinci tərəfi I növ təyini söz birləşmələri ilə ifadə olunan II növ təyini söz birləşməsi şəklində olan ktematonimlər: “Yeni dərs vəsaiti” (məqalə), “Türk teatr dərnəyi” (Cəfər Cabbarlı), “Müasir Azərbaycan dili”, “Qədim dünya tarix”, “Azərbaycan dialektoloji lüğəti” (dərs vəsaiti), “Yeddi gözəl”gözəllik salonu, “Əbədi Dostluq nəğməsi” (sənədli film) və s.
8) Birinci tərəfi II növ təyini söz birləşmələri ilə ifadə olunan II növ təyini söz birləşməsi şəklində olan ktematonimlər: “Azərbaycan kulinariyası ensiklopediyası ”, “Azərbaycan onomastikası problemleri” və s.
9) Birinci tərəfi inisialla ifadə olunmuş II növ təyini söz birləşməsi şəklində olanlar: “Nicat–98” firması, “Cəlal-İ” tədris mərkəzi. “Mətanət–A” şirkəti, “AMAY” firması, “E.N.E.L”şirkəti və s.
Tədqiqat zamanı II növ təyini söz birləmələri modelində ktematonimlər fəallığı ilə diqqəti cəlb etdi. Bu yolla yaranan ktematonimlərdən erqonimlər kəmiyyətcə üstünlük təşkil edir. Dövlət idarə və təşkilat adlarını nəzərdən keçirdikdə III növ təyini söz birləşmələrinə nisbətdə II növ təyini söz birləşmələri şəklində əmələ gələn erqonimlər sayca çoxdur. Məsələn, Respublika “Uşaq Klinik Xəstəxanası”, “Gəncə Dövlət Universiteti”, ”Bakı Dövlət Yol Polisi” və s.
Əsasən II növ təyini söz birləşməsi şəklində yaranan ktematonimlər komponentinin sayına görə digərlərində fərqlənirlər. Minimum iki, maksimum beşdən çox olur. Məsələn, “Dünya Azərbaycanlılarının Konqresi”, “Dövlət Sosial Müdafiə Fondu”, “Ekologiya və Təbii Sərvətlər Nazirliyi”, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası və s.
Dostları ilə paylaş: |