Mehdinin gəlişi qiyamət günü əlamətlərindən biridir. O günün yaxınlaşması əlamətləri haqqında Peyğəmbərdən (sallallahu aleyhi va səlləm) varid olmuş və dövrümüzdə gerçəkləşmiş bir çox xəbərlər mövcuddur. Qiyamət gününün böyük və kiçik əlamətləri vardır. Böyük əlamətlər bilavasitə Qiyamət günü qopmamışdan öncə olacaqdır. Bu əlamətlərin bir neçəsi bunlardır:
Məsih Dəccəlin (Yalançı Məsih) gəlişi
İsanın (aleyhis səlam) zühuru və Mehdinin xilafəti
Yəcuc və Məcuc tayfalarının axınları
Qərbdə və Şərqdə böyük fəlakətlər
Tüstünün yayılması
Günəşin qərbdən çıxması
Yerdən nəhəng heyvanın çıxması
Yəmən tərəfdən böyük alovun çıxması və insanları əhatəsinə toplaması
Bu qeydlər Elmir Quliyevin bu mövzuda olan kitabından götürülmüşdür.