5. Vətəndaşların və təşkilatların dövlət orqanları ilə qarşılıqlı əlaqəsi
5.1. Vətəndaşların və təşkilatların dövlət orqanına müraciəti üçün elektron formalar, elektron poçt və ya digər üsullar tətbiq edilməlidir.
5.2. İnternet informasiya ehtiyatında elektron xidmətlər bölməsi yaradılmalı və bu bölmədə müvafiq elektron xidmətlərin göstərilməsi təmin edilməlidir.
5.3. Dövlət orqanlarının vətəndaşlar və təşkilatlarla qarşılıqlı əlaqəsi üçün elektron poçtdan istifadə imkanı olmalı, həmçinin bu zaman göndərmə siyahıları tətbiq edilməlidir. Bu məqsədlə internet informasiya ehtiyatının idarəetmə sistemində xüsusi imkanlar nəzərdə tutulmalıdır.
Dostları ilə paylaş: |