“Dövlət qeydiyyatına alınmışdır”



Yüklə 60,96 Kb.
səhifə2/6
tarix07.01.2022
ölçüsü60,96 Kb.
#86431
1   2   3   4   5   6
I. Ümumi müddəalar

 

1.1. Büdcə təşkilatlarının banklardan aldıqları nağd pullar müvafiq qaydada kassaya mədaxil edildikdən sonra təyinatı üzrə xərclənir. Büdcədən ayrılan təxsisatlardan başqa, digər mənbələrdən əldə etdikləri gəlirdən və daxilolmalardan kassaya mədaxil olunan nağd pul müvafiq xəzinədarlıq orqanının müvəkkil bankdakı tranzit hesabına köçürüldükdən sonra xəzinədarlıq haqqında mövcud qaydalara uyğun olaraq təyinatı üzrə xərclənir.



Müxtəlif mənbələrdən aldıqları nağd pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş müvəkkil banklardakı xəzinə hesabına və ya kassaya müvafiq qaydada mədaxil edildikdən sonra təyinatı üzrə xərclənməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin vasitəsilə həyata keçirilir.

1.2. Büdcə təşkilatları bu qaydalarla müəyyən edilmiş limitlərdən əlavə kassada olan nağd pulu bütövlüklə müvafiq qaydada və müddətlərdə müvəkkil banklara təhvil verməlidir.

1.3. Büdcə təşkilatlarının kassalarında onlar üçün müəyyən edilmiş limitlərdən əlavə nağd pul banklardan alındığı və digər mənbələrdən qəbul edildiyi gün də daxil olmaqla ən çoxu 3 iş günü müddətində saxlanıla bilər.

1.4. Büdcə təşkilatlarının kassalarından təhtəlhesab şəxslərə nağd pul müvafiq müddətlərə verilir. Təhtəlhesab şəxslər aldıqları avansların təyinatından asılı olaraq 5 iş günü müddətində onların xərclənməsi barədə mühasibatlığa avans hesabatı təqdim etməlidirlər və xərclənməyən pul qalığını kassaya qaytarmalıdırlar.

1.5. Ezam olunan şəxslərə xidməti ezamiyyətlərlə əlaqədar xərclər üçün nağd pul bu məqsədlə müvafiq normativlər əsasında ödənilməli olan məbləğ həddində verilir.

Ezam olunan şəxslərə verilən və xərclənməyən nağd pul ezamiyyə müddəti qurtardıqdan sonra ən geci 3 iş günü ərzində kassaya qaytarılmalıdır.

1.6. Kassada nağd pulun lüzumsuz saxlanılmasına yol verməmək məqsədi ilə büdcə təşkilatlarının mərkəzi aparatlarının kassasında saxlanıla biləcək nağd pulun məbləği üçün 1000 (bir min) manat, onların tabeli təşkilatları üçün 500 (beş yüz) manat limit müəyyən edilir.


Yüklə 60,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin