Dövlət və bələdiyyə idarəetməsinin müasir problemləri


  Yerli özünüidarəetmə orqanlarının beynəlxalq təcrubədə mövcud



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə119/152
tarix01.01.2022
ölçüsü1,61 Mb.
#106685
1   ...   115   116   117   118   119   120   121   122   ...   152
YourFileName

          11.2.  Yerli özünüidarəetmə orqanlarının beynəlxalq təcrubədə mövcud  
                   təşkilati-idarəetmə modelləri 
 
Yerli özünüidarəetmənin səlahiyyət və funksiyalarınının həyata keçirilməsi 
bələdiyyə  hakimiyyətinin  lazımi  səviyyədə  təşkilini  tələb  edir.    Bu  zaman  yerli 
hakimiyyət  ölkənin  mövcud  qanunvericiliyinə  uyğun  olaraq  öz  daxili  strukturunu 
elə müəyyən etməlidir ki, yerli tələbatlara cavab verən səmərəli idarəetməni təmin 
edə bilsin. 
Yerli özünüidarəetmə təsisatı çərçivəsində yerli özünüidarəetmənin həyata 
keçirilməsi formalarının məcmusu yerli özünüidarəetmə sistemini əmələ gətirir. 
Müstəqil  Azərbaycan  Respublikasının  12  noyabr  1995-ci  il  tarixli 
referendum  yolu  ilə  qəbul  olunmuş  yeni  Konstitusiyası Azərbaycanda  hərtərəfli 
yerli özünüidarəetmə sisteminin formalaşdırılmasına imkan verməklə birlikdə, onun 
hüquqi bazasını ən ali səviyyədə təmin etməkdədir. Belə ki, həmin Konstitusiyanın 
IV  bölməsi  və  IX  fəsli  bütövlükdə  yerli  özünüidarəetməyə  həsr  edilmişdir. 


133 
 
Respublikamızda  yerli  özünüidarəetmənin  təşkilinin  birbaşa  və  dolayı  formaları 
Konstitusiya səviyyəsində təsbit edilmişdir. Hər bir ölkədə yerli özünüidarəetmənin 
həyata  keçirilməsi  onun  təşkilati  əsaslarının  (icraedici,  qərarverici  və  s.)  orqan-
larının yaradılması ilə sıx bağlıdır. Yerli özünüidarəetmə institutu kimi onun "həyata 
keçirilməsi"  və  "təşkilati  əsasları"  terminləri  də Azərbaycan  dövlətşünaslığı  üçün 
yenidir.  Bu anlayışların  məzmununa və  həcminə  tam  olaraq nələrin daxil  olduğu 
haqqında beynəlxalq təcrübədə yekdil fikir formalaşdırılmamışdır. Lakin əksəriyyət 
yerli özünüidarəetmənin təşkilati əsasları dedikdə aşağıdakıların başa düşülməsini 
təklif edir. 
1. Yerli özünüidarəetmə orqanları və onların strukturunu; 
2. Yerli özünüidarəetmə orqanlarının fəaliyyət forma, qayda və prinsiplərini; 
3. Yerli özünüidarəetmə (bələdiyyə)   xidmətlərinin təşkilini; 
4.  Yerli  özünüidarəetmənin  həyata  keçirilməsinin  birbaşa  formaları  və 
onların reallaşdırma prosedurunu. 
 Dünya  təcrübəsində  Bələdiyyə  orqanlarının  aşağıdakı  yayılmış  strukturu 
mövcuddur. 
•  Bələdiyyələrin seçkili (nümayəndəli) orqanı. (NO) Bələdiyyə üzvləri 
əhali tərəfindən seçilir və əhalinin maraqlarını ifadə edir. Nümayəndəli 
orqanın müxtəlif adı ola bilər: duma, şura, yığıncaq, iclas və.s 
•  Bələdiyyə başcısı – Bələdiyyənin ali vəzifəli şəxsi – Mer 
•  Bələdiyyə qulluqçularından ibarət olan icra aparatı – İA 
 
         Bu orqanlar arasında səlahiyyət bölgüsü və qarşılıqlı əlaqə müxtəlif ola bilər. 
 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin