BƏDR ŞİRVANİ - "DlVAN" - XV ƏSR MƏNBƏYİ (ŞİRVAN ŞAHLARININ İMARƏTININ TƏSVİRİ)
Sevda Dadaşova, Sevil Məmmədöva
(Şirvanşahlar Saray Kompleksi Dövlət Tarixi-Memarhq Qoruq Muzeyi) "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi-memarlıq qoruq-muzeyinin əmək-daşları bir neçə ildir ki, Şirvanşahlar dövləti, onun sonuncu iqamətgahı olan Şirvan-şahlar Sarayı və bu saraym varidatının aşkarlanması məsələsi ilə bağlı elmi axtarışlar apafır. Bu axtarışlardan biri də Şirvanşahlar Sarayında iki şahm: Şirvanşah I Şeyx Ibrahim ibn Sultan Məhəmməd ibn Keyqubadın (1382-1417) və Şirvanşah I Xəli-lullah ibn I Şeyx Ibrahim ibn Sultan Məhəmmədin (1417-1465) dövründə saray şairi olmuş Bədr Şirvaninin misilsiz ikonoqrafık material rolunu oynayan bədii irsinin tədqiqatı ilə bağlıdır (1). Bədr Şirvani şirvanşahların saray şairlərindən biri olmuş-dur. Onun saray şairlərindən biri olması faktını şair özü Şirvanşah I Ibrahimə həsr etdiyi mədhinin sonunda qeyd edir. Bədr Şirvani Şirvanşaha müraciət edib, lütfən onun mədhini qəbul etməsini xahiş edir. Deyir ki,,şahın mədh gülüstanmda 100 min onun kimisi var və qoy о da şirvanşahın gülüstanındakı bülbüllərdən biri olsun (2). Şairin anadan olduğu tarix dəqiq bilinmir. Ehtimal edilir ki, B. Şirvani hicri 789-cu, miladi təqvimlə 1387-ci ildə Şamaxıda anadan olub. Bədr Şirvaninin Şamaxıda doğulduğunu onun öz şe'rləri təsdiqləyir. Şair divanında yazır:
Şamaxı torpağı vətənim, xaqamn sarayı məskənimdir (3).
Özünün yazdığına görə, 10-11 yaşlarmda, hicrinin 800-cü ilində şe'r yazmağa başlayıb. 12473 beytdən ibarət divanı olan şair 1450-ci ildə noyabrm 26-da vəfat et-mişdir. Bu Divanm fars dilindəki (4) bizə mə'lum olan yeganə əlyazması Özbəkistan Respublikasmm Əbu Reyhan Biruni adma Şərqşünaslıq Institutunda 132 saylı inven-tar nömrəsi altında saxlanılır.
"Şirvanşahlar Sarayı" muzeyi filologiya elmləri namizədi Məsağa Əhməd oğlu Məhəmmədinin simasında Azərbaycan Respublikasının Şərqşünaslıq institutu ilə birgə respublikanm Elmlər Akademiyasınm Bədr Şirvaninin Daşkənddə saxlanılan fars dilindəki yeganə əlyazmasımn 1985-ci il dərcindən istifadə edərək, Şirvanşah-larm tarixinə dair hissənin - fars dilindən azərbaycan dilinə tərcümədə 100 səhifəlik materialm tam təhlilini həyata keçirmişdir. Bədr Şirvaninin Divanınm bütün Azər-baycan xalqı üçün böyük əhəmiyyəti vardır. Divan XV əsr Şirvanşahlar dövlətinin tarixindəki bə'zi boşluqları tamamlamağa bizə imkan verir. Şairin əsərlərindəki tari-xi xarakterli mə'lumatlar ilk mənbə əhəmiyyətini daşıyn və bu divan XV yüzilliyin səciyyələndirilməsi üçün ən gözəl faktiki material rolunu oynayır. Bu faktiki mate-riallardan çıxış edərək, minillik hakimiyyətə malik olmuş Sirvanşahlar (VI - XVI ə.) haqqında hazırladığımız silsilə məqalələri Sizə təqdim edirik. Biz bu gün onun Diva-nında Şirvanşahlar Sarayınm təsvirinin olduqca qiymətli olmasmı nəzərə alaraq, imarətin təsvirinə diqqət yönəltmək istərdik. Şair təsvirin ilk beytlərinin birində yazır:
Bu sözlərdən aydın olur ki, üzərində imarəti - sarayı olan bu ərazi Şirvanşah Xə-lilullahın dövranından qalan bir nişanədir. Bədr Şirvani bu misralardakı sözləri bizə -gələcək nəsillərə çatdırmaqdan ötrü yazmış, sanki əsrlərin keçəcəyini, saraym isə tarixə sinə gərəcəyini əvvəlcədən görmüşdü. Doğrudan da, zamanm amansız izləri çpx şeyləri dağıtmış, məhv etmiş, yer üzündən tamamilə silmişdir. Ancaq üzərində Şirvanşah Xəlilullahın adı həkk edilmiş kitabələri olan saray tikililəri bu gün də məğrur duruşları ilə bəşər övladlarının qəlblərini riqqətə gətirir, buraların qüdrətli Şirvanşahın nişanəsi olduğunu təsdiqləyir. Şair sarayın əsrarəngiz gözəlliyini cənnə-tin gozəlliyi ilə eyniləşdirir, onu cənnətin ən uca təbəqəsi — behişt adlandırmaqla saraylar sarayı olduğunu təsdiqləyir. Həqiqətən də, saray kamilliyi, işlənilmə texni-kası, portallarının əzəməti, timpanlarındakı arabeskalarının təravəti ilə bütün Yaxın Şərqdə özünün analoquna malik olmamış, əsrlər boyu səyyah və alimləri heyrətlən-dirmişdir. Məsələn, 1683-cü ildə Bakıda olmuş alman alimi Engelbert Kempfer yazırdı: 'Saray qaya üzərində şah möhtəşəmliyi və qeyri-adi əzəmətiylə gözəl yonulmuş, bir-birinə elə ustalıqla pərçim edilmiş daşlardan ucaldılıb ki, onların tikiş yerləri belə sezilmir (5). Böyük daş parçalarınm hörgü yerlərinin sezilməməsinə bütün səyyah və alimlər — S.Qmelin, doktor Kuk, I.Lerx, Tiflisdəki fransız konsulu Qamba, I.Berezin və onlarca başqaları da heyran qalmışlar. Şair gözəlliyinə görə saf məkan — behişt adlandırdığı saraym da ala qapılarmm cənnətin qapıları kimi əkizlər bürcünə bənzətdiyi qoşa bürclərlə mühafızə edildiyini, hər adamın cənnətə düşə bilməməsi kimi, düşmənin də bu saraya daxil ola bilməməsini, daxil olsa da buradan xeyir tapa bilməyəcəyini söyləyir. Bədr Şirvani fıkirlərində haqlıdır, çünki pis adam-ların, düşmənlərin yeri cənnət yox, cəhənnəmdir. Cənnətin qapıları onların üzlərinə bağlı olduğu kimi, sarayın qapıları da onlar üçün qapalıdır və saray əbəs yerə qoşa bürclü ala qapdarla mühafızə edilmir. Şerdə oxuyuruq: