Qoşma 3 Ölkəyə Yardım Strategiyası (CAS) Tamamlanması Hesabatı,
Maliyyə İli (Mİ) 03-05 CAS-ın Tamamlanma Hesabatı Azərbaycan üzrə Mİ 03-05 ərzində Ölkəyə Yardım Stategiyasınının icrası təcrübəsini nəzərdən keçirir. Azərbaycan Respublikasına dair CAS (Hesabat No.25790-AZ) Hökumətin yoxsulluğun azaldılması stategiyası sənədi olan Yoxsulluğun Azaldılması və İqtisadi İnkişafa dair Dövlət Proqramı (YAİİDP) (Hesabat No. 25593-AZ) ilə birlikdə Bankın Direktorlar Şurasına 27 may 2003–cü il tarixində təqdim edilmişdir. CAS Hökumətə YAİİDP-in birinci mərhələsinin icrasına yardım etmək məqsədi ilə tərtib edilmişdir. Tamamlanma Hesabatı CAS-ın Azərbaycanın uzunmüddətli milli məqsədlərinə uyğun olmasına, CAS-ın məqsədlərinə nail olunmasına, CAS-ın nəticələrinin inkişaf etdirilməsində Bankın fəaliyyətinə nəzər salır.