Mənbə: Bank və Fond əməkdaşlarının təxmin və proqnozları
Bəlli olub ki, yüksək inflyasiya resursların paylanmasına, investisiya marağına, ticarətə, maliyyə vasitəçiliyinə və nəticədə iqtisadi artıma mənfi təsir göstərir. Potensial olaraq, bu, nominal valyuta mübadilə məzənnəsinin tənzimləmələrinin ixracçılara və xarici valyutada depozit sahiblərinə qısa-müddətli təsirlərlə müqayisədə daha bahalı başa gəlir. Bundan başqa, böyük ehtimal ki, cəmiyyətin aşağı gəlirli seqmentlərin yüksək inflyasiyadan qeyri-proporsional olaraq daha çox əziyyət çəkəcək. Valyuta mübadilə məzənnəsinin daha da çevikliyi həmçinin maliyyə bazarların inkişafını dəstəkləyib, tamamilə spekulyativ axınları zərərsizləşdirə bilər. Lakin, baxmayaraq ki, nominal valyuta mübadiləsinin artması inflyasiya təzyiqlərin azaldılmasına köməklik göstərə bilər, ehtiyatlı makroiqtisadi və struktur siyasətləri böyük əhəmiyyət kəsb edəcək. Fiskal məhdudiyyətləri artıq yerli tələbatın inflyasiya təsirinin qabağının alınmasında vacib alət olaraq qalmaqdadır. O, real valyuta mübadilə məzənnəsinin artım təzyiqlərinin dayandırılmasına yönəlmiş uzaq-görən pul siyasətinin çərçivəsi ilə müşahidə olunmalıdır. Neft Fondu və onun tərəfindən qeyri-neft defisitlərin maliyyələşdirilməsinə olan məhdudiyyətlər əsas zərərsizləşdirmə aləti olaraq qalacaq.
2006-07-ci illərdə xarici investorlar öz kapitallarını geri aparacaqlar və bunun nəticəsində ümumi milli gəlirin (ÜMG) təxminən dörddə birinin ölkəni tərk edəcəyi gözlənilir. 2005-09-cu illər arasında ÜDM-in dollar ifadəsində demək olar ki, üç dəfə artacağına baxmayaraq neft konsorsiumu ilə hasilatın pay bölgüsü sazişləri neft qiymətləri yüksək olduğu zaman kapitalın daha sürətlə repatriasiyasını nəzərdə tutur. Xarici investorların 2006-cı ildə təxminən 8,2 milyard dollar məbləğində vəsaiti repartiasiya edəcəyi gözlənilir ki, bu da demək olar ki, 2004-cü il ÜDM-in həcminə bərabərdir. Kapitalın repatriasiyasını nəzərə alaraq adambaşına ÜMG-in 2005-ci ildə 960 dollar, 2006-cı ildə 1120 dollar, 2007-ci ildə 1650 dollar təşkil edəcəyi gözlənilir. Bu ÖTS-də Beynəlxalq İnkişaf Assosiasiyasının Azərbaycana yardımının dayandırılması ilə bağlı keçid mexanizminin planlaşdırılmasında kapitalın repatriasiyası məsələsi nəzərə alınmışdır.