a. İstiqamət I: Dövlət sektorunun idarəçiliyində keyfiyyətin və şəffaflığın təkmilləşdirilməsi
İdarəetmə problemləri və təşkilati imkanların məhdud olmasından irəli gələn əsas dövlət xidmətlərinin göstərilməsində mövcud olan çatışmamazlıqlar Azərbaycanda davamlı inkişafa və yoxsulluğun azaldılmasına mane olan əhəmiyyətli faktorlar olaraq qalmaqdadır. Bu çatışmamazlıqların aradan qaldırılması Hökümətin dövlət sektorunun islahatı proqramının əsas orta müddətli məqsədidir və ÖPS-in əhəmiyyətli strateji məqsədini təşkil edir.