Potensialın artırılması üzrə müstəqil fəaliyyət 112. İDF qrantı daha müfəssəl e-satınalmalar sistemini qurmağa kömək edir. İDF-nın Mühasibat və Audit İslahatı qrantı mühasibat və audit qanunvericilik islahatlarını həyata keçirməyə, mühasibat qaydaları mənbələrinin uyğunlaşdırmağa və Auditorlar Palatasını gücləndirməyə kömək edir. BMK biznes ətraf mühitini təkmilləşdirmək üçün, o cümlədən FİAS və PEPişi vasitəsilə, cari texniki və məsləhət xidmətlərini davam edəcək. Maliyyə Sektoruna Texniki Yardım Layihəsi Hökumətə və Azərbaycan Respublikasının Milli Bankına maliyyə sektorunun infrastrukturunu qurmaq, bank sektoru restrukturizasiyasının növbəti mərhələsini dəstəkləmək və milli bankda institusional potensialı daha da gücləndirmək üçün texniki və məsləhət xidmətlərini göstərir.