ÖTS-ə Bank yardım qrupu qarşısında nail olmaqda yardım etməyə məqsəd kimi qoyduğu dörd illik inkişaf nəticələrini müəyyən edən ətraflı Nəticələr Matriksi daxil edilmişdir (Qoşma 1 ). ÖTS-in orta-müddətli icmalı proqramın iki ili keçəndə aparılacaqdır və həmi məqamda strategiyada uyğunlaşdırma aparılacaqdır. ÖTS-in ətraflı qiymətləndirilməsi ÖTS müddətinin sonunda Başa Çatma hesabatında veriləcəkdir. Həmin qiymətləndirmə ÖTS məqsədlərinə nail olunma dərəcələrini əks etdirəcək və gələcək yardım üçün müvafiq nəticələri müəyyən edəcəkdir.