Draft confidential
Hökumət ilkin olaraq qeyd etmişdi ki, o, layihələrin 20 faizini, daha sonra isə yüksək prioritetli layihələr üçün isə onların dəyərinin 50 faizinək maliyyələşdirməyə hazırdır. Bank infrastruktur sahəsində AYİB, AİB kimi strateji tərfdaşlarının fəaliyyətinə nəzər salacaq. Tranzit dəhlizləri və su proqramları bir neçə ardıcıl layihə kimi nəzərdə tutulmuşdur və yeni layihələrin həyata keçuirilməsi əvvəlki layihələrin icrasında asılı olacaq. Mərhələli yanaşma ölkənin vəsaitin ayrılması üçün artıq öhdəlik haqlarını ödəməməsinə və Banka və Hökumətə yeni prioritetləri nəzərə almağa imkan verəcək Hazırki vəziyyətə görə milli sistemlərdən istifadə hələ tez olduğuna görə Bankın satınalma və maliyyə menecmenti sistemlərindən istifadə olunacaq. Digər tərəfdən Bankın dialoqu və layihələrin hazırlanması kompleks olacaq və ümumsektor yanaşmasına əsaslanacaq. Bu yolla Bankın prosedurları əhəmiyyətli dövlət vəsaitləri ilə müşayiət olunacaq. Hökumət bu mexanizmi büdcə vəsaitlərinin istifadəsinin münasib yolu hesab edir. Uçot prosesinin şəffaflığını və satınalma və maliyyə menecmenti prosedurlarının düzgün anlanılmasını və tətbiq olunmasını təmin etmək üçün layihələrin icrasına və nəzarətə xüsusi diqqət yetiriləcək. Şura baş vermiş iqtisadi və ya sosial mühitin sistematik pisləşməsi haqqında məlumatlandırılacaqdır. Azərbaycan üzrə ölkə maliyyələşdirmə parametrləri Hökumətlə müzakirə əsasında 2005-ci ildə müəyyənləşdirilmişdir. Bu mexanizm Banka layihələrin 100 faizədək maliyyələşdirməyə, cari xərcləri maliyyələşdirməyə, yerli və xarici xərcləri hər hansı niosbətdə maliyyələşdirməyə və yerli vergi və rüsumları maliyyələşdirməyə imkan verir. Bu əlavə çeviklik layihələrin icrasına kömək etməlidir və layihələrin məqsədlərinin və razılaşdırılmış nəticələrinin Hökumət tərəfindən tam qəbul edilməsini təmin etməlidir (bax əlavə 7). Yüklə 1,78 Mb. Dostları ilə paylaş: |