Azərbaycan respublikasinin naziRLƏr kabineti



Yüklə 212.58 Kb.
səhifə1/3
tarix21.06.2018
ölçüsü212.58 Kb.
  1   2   3

Azərbaycan Respublikası ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında “Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsi”nə dair Kredit Sazişi” və “Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı ilə Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu arasında “Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsi”nə dair Layihə Sazişi” təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

SƏRƏNCAM

 

397s



 

Bakı şəhəri, 9 dekabr 2011-ci il

 

“Dövlət zəmanəti ilə alınan kreditlərə dair sazişlərin bağlanması qaydaları haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 368 nömrəli Fərmanının 1.11-ci bəndinə uyğun olaraq:



 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 10 noyabr tarixli 365s nömrəli sərəncamı ilə verilmiş səlahiyyətə əsasən 2011-ci il noyabrın 16-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında “Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsi”nə dair Kredit Sazişi” və “Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı ilə Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu arasında “Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsi”nə dair Layihə Sazişi” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə və Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsində göstərilən sazişlərin həyata keçirilməsi ilə əlaqədar aidiyyəti üzrə lazımi tədbirlər görsünlər.

3. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə və Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna tapşırılsın ki, “Dövlət zəmanəti ilə alınan kreditlərə dair sazişlərin bağlanması qaydaları haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 368 nömrəli Fərmanının 1.15-ci bəndinin icrasını təmin etmək məqsədi ilə kreditin istifadəsinə dair hesabatın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 6 oktyabr tarixli 263s nömrəli sərəncamı ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsini təmin etsinlər.

4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsində göstərilən sazişlərin qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankına müvafiq bildiriş göndərsin.

5. Bu sərəncamın icrasına nəzarət Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə həvalə edilsin.

6. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

 



Azərbaycan Respublikasının Baş naziri Artur RASİZADƏ

KREDİTİN NÖMRƏSİ 8096-AZ

 

 



Kredit Sazişi

(Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsi)

 

 



 

AZƏRBAYCAN RESPUBLİKASI

 

 



ilə

 

 



BEYNƏLXALQ YENİDƏNQURMA VƏ İNKİŞAF BANKI

 

arasında

 

16 noyabr 2011-ci il

 

KREDİT SAZİŞİ

 

Bu SAZİŞ 16 noyabr 2011-ci il tarixində AZƏRBAYCAN RESPUBLİKASI (“Borcalan”) ilə BEYNƏLXALQ YENİDƏNQURMA VƏ İNKİŞAF BANKI (“Bank”) arasında imzalanmışdır. Borcalan və Bank bununla aşağıdakılar barədə razılığa gəlirlər:



MADDƏ I — ÜMUMİ ŞƏRTLƏR; ANLAYIŞLAR

1.01.        Ümumi Şərtlər (Bu Sazişin Qoşmasında müəyyənləşdirildiyi kimi) bu Sazişin ayrılmaz hissəsini təşkil edir.

1.02.        Kontekstə əsasən başqa cür tələb olunan hallar istisna olmaqla, bu Sazişdə baş hərflərlə verilmiş terminlər Ümumi Şərtlərdə və ya bu Sazişin Qoşmasında göstərilmiş mənalara malikdir.

MADDƏ II — KREDİT

 

2.01.        Bank bu Sazişin 1-ci Əlavəsində təsvir olunmuş layihəni (“Layihə”) maliyyələşdirməyə yardım göstərmək üçün bu Sazişdə müəyyənləşdirilmiş və ya istinad edilmiş şərtlərlə əlli milyon ABŞ dolları (50 000 000 ABŞ dolları) məbləğində vəsaiti Borcalana verməyə razılaşır. Bu məbləğ Valyuta Konvertasiyası yolu ilə vaxtaşırı Sazişin (“Kredit”) 2.07 Bölməsinin müddəalarına müvafiq olaraq konvertasiya oluna bilər.



2.02.        Borcalan bu kreditin vəsaitlərindən bu Sazişin 2-ci Əlavəsinin IV bölməsində göstərilmiş qaydada istifadə edə bilər.

2.03.        Borcalan tərəfindən ödənilən Kreditin Ayrılması üçün komisyon haqqı Kredit məbləğinin bir faizinin dörddə bir hissəsinə (0.25%) bərabərdir.

2.04.        Borcalan tərəfindən Hər bir Faiz Dövrü üçün ödəniləcək faiz Kredit Valyutası üçün İstinad Dərəcəsi ilə Sabit Spredin məcmusuna bərabər dərəcədir. Nəzərə alınmalıdır ki, Kreditin əsas məbləğinin tam şəkildə və ya qismən Konvertasiyasından sonra, Borcalan tərəfindən Konvertasiya Dövründə bu məbləğ üzrə ödəniləcək faiz Ümumi Şərtlərin IV Maddəsinin müvafiq müddəalarına uyğun müəyyən edilir. Yuxarıda qeyd olunanlara baxmayaraq, kreditin istifadə edilmiş məbləğinin hər hansı hissəsi vaxtı gəldikdə qaytarılmazsa, və belə ödəməmə otuz gün müddətində davam edərsə, bu zaman Borcalan tərəfindən ödəniləcək faiz Ümumi Şərtlərin 3.02 (e) Bölməsində nəzərdə tutulduğu kimi hesablanır.

2.05.        Ödəniş Tarixləri hər ilin 15 may və 15 noyabr tarixləridir.

 

2.06.        Kreditin əsas məbləği bu Sazişin 3-cü Əlavəsindəki cədvəldə göstərilmiş ödəniş qrafiki əsasında qaytarılır.



 

2.07. (a) Borcalan, istənilən zaman, borcunun idarə olunmasını asanlaşdırmaq məqsədilə Kreditin şərtlərinə aşağıdakı dəyişikliklərdən istənilən birini tələb edə bilər: (i) Kreditin tam məbləğinin və ya onun istifadə edilmiş və ya istifadə edilməmiş hər hansı hissəsinin kreditin ifadə olunduğu valyutadan hər hansı digər təsdiq olunmuş Valyutaya dəyişdirilməsini; (ii) Kreditin faiz dərəcəsinin Dəyişən Dərəcədən Sabit Dərəcəyə və ya əksinə, habelə, Dəyişən Spredə əsaslanan Dəyişən Dərəcədən Sabit Spredə əsaslanan Dəyişən Dərəcəyə keçirilməsini; və (iii) Dəyişən dərəcənin Maksimum və Minimum hədlərinin tətbiqi ilə əlaqədar Kreditin əsas məbləğinə bütünlüklə və ya qismən tətbiq olunan dəyişən dərəcənin limitlərinin təyin edilməsini.

 

(b) Bu Bölmənin (a) bəndinə uyğun olaraq tələb edilmiş və Bank tərəfindən qəbul olunmuş istənilən dəyişiklik Ümumi Şərtlərdə qeyd edildiyi kimi “Konvertasiya” hesab edilir, və Ümumi Şərtlərin IV Maddəsinə və Konvertasiya üzrə Təlimata uyğun olaraq yerinə yetirilir.



 

(c) Əgər Borcalan faiz dərəcəsinin maksimum və ya minimum limitlərinin təyin edilməsinə tətbiq edilən premiumun (haqqın) kredit vəsaitindən ödənilməsini xahiş etmişsə, faiz dərəcəsinin minimum və maksimum limitlərinin təyin edilməsi günündən dərhal sonra Bank, Ümumi Şərtlərin 4.05 (c) Bölməsinə müvafiq olaraq bu Sazişin 2-ci Əlavəsinin IV bəndindəki cədvəldə göstərilən məbləği Borcalanın adından Kredit Hesabından geri götürür və özünə ödəyir.

 

MADDƏ III — LAYİHƏ

3.01. Borcalan bu Layihənin məqsədlərinə sadiqliyini bəyan edir. Bu məqsədlə Borcalan bu Layihənin Ümumi Şərtlərin V Maddəsinin müddəalarına uyğun olaraq Layihənin İcraçı Qurumu vasitəsilə həyata keçirilməsini təmin edir.

 

3.02. Bu Sazişin 3.01-ci bəndinin müddəalarını məhdudlaşdırmadan, və Borcalan və Bank arasında başqa cür razılaşdırılmış hallar istisna olmaqla, Borcalan Layihənin bu Sazişin 2-ci Əlavəsinin müddəalarına uyğun şəkildə həyata keçirilməsini təmin edir.



 

3.03. Bu sazişin 3.01-ci bəndinin müddəalarını məhdudlaşdırmadan, Borcalan:

(a)    Layihənin xərclərində öz payını maliyyələşdirmək üçün Layihə başa çatanadək manatla Layihə Hesabını Bank üçün məqbul olan şərt və müddətlər əsasında saxlayır.

(b)   Borcalanın Layihədə iştirak payını ödəmək üçün tələb olunan məbləğləri Borcalan və Bank tərəfindən müəyyənləşdirilmiş qaydada Layihə Hesabına yerləşdirir.

(c)    Layihə Hesabında yerləşdirilmiş vəsaitin müstəsna olaraq Borcalanın Layihədə iştirak payını maliyyələşdirmək üçün istifadə edilməsini təmin edir.

 

MADDƏ IV — BANKIN MÜDAFİƏ VASİTƏLƏRİ (REMEDİUMLAR)

4.01. Sazişin fəaliyyətinin dayandırılması üçün Əlavə Hal aşağıdakılardan ibarətdir. Layihənin İcraçı Qurumu ilə bağlı qanunvericiliyin dəyişdirilməsi, dayandırılması, qüvvədən salınması və ya ləğv edilməsi, və bunun nəticəsində Layihənin İcraçı Qurumunun Layihə çərçivəsində hər hansı öhdəliklərinin yerinə yetirilməsinə əhəmiyyətli mənfi təsir göstərilməsi.

4.02. Kreditin vaxtından əvvəl Banka qaytarılması üçün əlavə hal aşağıdakılardan ibarətdir. Bu Sazişin 4.01 bəndində göstərilmiş hər hansı halın baş verməsi və bu halın baş verməsi barədə Bankın Borcalana məlumat verməsindən sonra 60 gün ərzində davam etməsi.

 

MADDƏ V — QÜVVƏYƏ MİNMƏ; XİTAM

5.01. Sazişin qüvvəyə minməsi üçün Əlavə Şərtlər aşağıda göstərilir:

(a) Təkrar Sazişin Borcalanın və Layihənin İcraçı Qurumunun adından rəsmiləşdirilməsi.

(b) Bank üçün qənaətbəxş olan Əməliyyat Təlimatının yenidən baxılmış variantının Layihənin İcraçı Qurumu tərəfindən qəbul edilməsi.

5.02. Əlavə Hüquqi Məsələ aşağıdakıdan ibarətdir. Təkrar Sazişin Borcalan və Layihənin İcraçı Qurumu tərəfindən müvafiq qaydada təsdiq edilməsi və onun şərtlərinə uyğun olaraq Borcalan və Layihənin İcraçı Təşkilatı üçün hüquqi məcburi qüvvəyə malik olması.

5.03. Qüvvəyə minmə üçün son tarix bu Sazişin tarixindən sonra doxsan (90) gündür.



MADDƏ VI — NÜMAYƏNDƏLƏR; ÜNVANLAR

6.01. Borcalanın Nümayəndəsi Maliyyə Naziridir.

6.02. Borcalanın Ünvanı:

Maliyyə Nazirliyi

Səməd Vurğun, 83

Bakı AZ1022

Azərbaycan Respublikası

 

Teleks: Faksimil:



142116 BNKSL 99412 4044720

99412 4044721

6.03. Bankın Ünvanı:

 

Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı



1818 H Street, N.W.

Vaşinqton, D.C. 20433

Amerika Birləşmiş Ştatları

 

Teleqram: Teleks: Faksimil:



INTBAFRAD 248423(MCI) or 1-202-477-6391

Washington, D.C. 64145(MCI)

 

 

 



16 noyabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Bakı şəhərində razılaşdırılmışdır.

 

 



AZƏRBAYCAN RESPUBLIKASI

 

 



Səlahiyyətli Nümayəndə

 

 



BEYNƏLXALQ YENİDƏNQURMA VƏ İNKİŞAF BANKI

 

Səlahiyyətli Nümayəndə

 

 

ƏLAVƏ 1



 

Layihənin Təsviri

 

Layihənin məqsədi layihə tərəfindən əhatə olunacaq məcburi köçkünlərin (MK) yaşayış şəraitinin yaxşılaşdırılması və iqtisadi özünə-güvəninin artırılmasından ibarətdir.



Layihə aşağıda qeyd olunan hissələrdən ibarətdir:

Hissə A: Mikrolayihələr

(1) mikrolayihə təkliflərinin hazırlanması üçün icmaların səfərbər olunması və təbliğat fəaliyyəti; (2) baza infrastrukturunun (məsələn, su, elektrik təchizatı, daxili yollar, drenaj sistemləri) təmiri və ya yenidən qurulması; (3) məktəblər və icma mərkəzləri kimi sosial infrastrukturun təmiri və ya yenidən qurulması üçün işlərin, malların və xidmətlərin təmin edilməsi.



Hissə B: İctimai binaların təmiri

Məcburi köçkünlərin ümumi yaşayış şəraitinin yaxşılaşdırılması, o cümlədən təhlükəsizlik və səmərəliliyin artırılması məqsədilə ümumi istifadədə olan sahələrin (vanna otaqları, dəhlizlər, mətbəxlər və s.) vəziyyətinin yaxşılaşdırılması, binaların struktur hissələrinin (kanalizasiya, dam və su sistemləri) təmiri, habelə fərdi otaqların pəncərə, qapı və elektrik xətlərinin dəyişdirilməsi daxil olmaqla məcburi köçkünlərin kollektiv şəkildə yaşadığı təxminən 95 ictimai binanın bərpası və tam miqyaslı təmiri üçün işlərin, malların və xidmətlərin təmin edilməsi.



Hissə C: Gəlir imkanlarının dəstəklənməsi

1.      Məcburi köçkün gənclərə peşə təliminin və kiçik biznesə başlamaq üçün maliyyə və texniki dəstəyin verilməsi.

2.      (a) təxminən 200 özünə-yardım qrupunun yaradılması və bu özünə-yardım qrupları tərəfindən gəlir əldə etməyə imkan verən fəaliyyətlər barədə təkliflərin irəli sürülməsini təmin etmək məqsədilə seçilmiş icmalara texniki yardım və səfərbərlik dəstəyinin; və (b) gəlir əldə etməyə imkan verən fəaliyyətlər barədə təklifləri təsdiq olunmuş, seçim meyarlarına cavab verən özünə-yardım qruplarına kiçik biznes fəaliyyəti və mikro-müəssisələrin təsis olunması məqsədilə Kiçik Qrantların təmin olunması.

3.      Seçilmiş kredit ittifaqları vasitəsilə məcburi köçkünlər üçün mikrokreditlərin maliyyələşdirilməsi.



Hissə D: Layihənin idarə edilməsi və potensialın gücləndirilməsi

Layihənin müvafiq qaydada idarə edilməsi, icrası, nəzarəti, monitorinq və qiymətləndirilməsi və Layihənin İcraçı Qurumunun potensialının gücləndirilməsi üçün malların, məsləhət xidmətlərinin və təlimin təmin olunması.



ƏLAVƏ 2

Layihənin İcrası

Bölmə I. İcra Mexanizmləri

A. İnstitusional məsələlər

Borcalan Layihənin bu Saziş, Layihə Sazişi, Təkrar Saziş və Əməliyyat Təlimatına uyğun olaraq Layihənin İcraçı Qurumu tərəfindən həyata keçirilməsini təmin edəcək və Bankın öncədən yazılı razılığı olmadan həmin Təlimatın heç bir müddəasına düzəliş etməyəcək, tətbiqini dayandırmayacaq, ləğv etməyəcək və ya tətbiqində istisnaya yol verməyəcək.



B. Təkrar Saziş:

(1) Layihənin həyata keçirilməsini asanlaşdırmaq məqsədilə Borcalan Kredit vəsaitlərini Layihənin İcraçı Qurumuna Borcalan ilə Layihənin İcraçı Qurumu arasında bağlanmış, şərtləri və müddətləri Bank tərəfindən təsdiq olunmuş təkrar saziş (Təkrar Saziş) vasitəsilə təqdim edəcək.

(2) Borcalan Təkrar Saziş çərçivəsində hüquqlarından Borcalanın və Bankın maraqlarını mühafizə etməyə və Kreditin məqsədlərinə nail olmağa imkan verən tərzdə istifadə edir. Bankın razılaşacağı hallar istisna olmaqla, Borcalan Təkrar Sazişi və ya onun hər hansı müddəasını dəyişdirmir, ləğv etmir və ya tətbiqində istisnaya yol vermir.

C. Anti-Korrupsiya

Borcalan Layihə üzrə bütün fəaliyyətlərin Antikorrupsiya Təlimatının müddəalarına uyğun şəkildə həyata keçirilməsini təmin edir.



D. Normalar

1. Borcalan Layihənin ƏMİPÇ-in müddəalarına uyğun şəkildə Layihənin İcraçı Qurumu tərəfindən həyata keçirilməsini təmin edir. Borcalan Bankın ilkin təsdiqi olmadan ƏMİP-in müddəalarının dayandırılmasına, düzəliş edilməsinə, qüvvədən salınması və ya ləğv edilməsinə yol vermir.

2. Hər bir təklif olunan layihə sahəsində işlərin başlanmasından əvvəl Borcalan Layihənin İcraçı Qurumu tərəfindən aşağıdakıların təmin olunmasına nail olur; (a) hər bir iş sahəsi üzrə ƏMİP-lərin ƏMİPÇ-ə uyğun şəkildə hazırlanmasını; (b) həmin işlər üzrə təklif olunan layihə və yerlərin ƏMİP-in müddəalarını özündə əks etdirməsini; (c) hər bir sahə üzrə hazırlanmış ƏMİP-in müddəalarının həmin işlər üzrə təklif olunan müqaviləyə adekvat şəkildə daxil edilməsini; və (d) həmin işlərin hər bir sahə üzrə hazırlanan ƏMİP-lərə uyğun şəkildə icra olunmasını. Bank layihəyə müntəzəm nəzarətin çərçivəsində seçilmiş işlər üzrə layihələr, müqavilələr və ƏMİP-lərlə bağlı sənədlərin yoxlanmasını və seçilmiş iş sahələrinə səfərləri həyata keçirəcək.

Bölmə II. Layihənin Monitorinqi, Hesabatvermə və Qiymətləndirmə

A. Layihə Hesabatları

1. Borcalan Layihənin icrasının monitorinqini və qiymətləndirilməsini həyata keçirir və Ümumi Şərtlərin 5.08-ci bəndinə uyğun olaraq Bankla razılaşdırılmış göstəricilər əsasında Layihə Hesabatlarını hazırlayır. Hər bir Layihə Hesabatı bir təqvim rübünü əhatə edir və həmin hesabatın əhatə etdiyi dövrün başa çatmasından sonra ən gec bir ay ərzində Banka təqdim edilir.



B. Maliyyə İdarəetməsi, Maliyyə Hesabatları və Auditlər

1. Borcalan Ümumi Şərtlərin 5.09-cu bəndinin müddəalarına uyğun olaraq maliyyə idarəetməsi sisteminə malik olmalı və ya belə sistemin mövcudluğunu təmin etməlidir.

2. Borcalan, hər bir təqvim rübünün başa çatmasından sonra qırx beş (45) gündən gec olmamaqla həmin rübü əhatə edən dövr üçün Layihənin audit yoxlamasından keçməmiş aralıq maliyyə hesabatlarını forma və məzmunca Bank üçün məqbul qaydada Banka təqdim edir.

3. Ümumi Şərtlərin 5.09 (b) bəndinə uyğun olaraq Borcalan Layihənin Maliyyə Hesabatlarının audit yoxlamasından keçməsini təmin edir. Maliyyə Hesabatlarının hər bir auditi Borcalanın bir (1) maliyyə ilini əhatə etməlidir. Hər bir belə dövr üçün audit yoxlamasından keçmiş Maliyyə Hesabatları hesabat dövrünün başa çatmasından sonra altı aydan gec olmamaqla Banka təqdim edilməlidir.



Bölmə III. Satınalma

A. Ümumi

1. Mallar, İşlər və Qeyri-məsləhət Xidmətləri. Layihə üçün tələb olunan və bu Kreditin vəsaitləri hesabına maliyyələşdirilən bütün mallar, işlər və qeyri-məsləhət xidmətləri Satınalmalar haqqında Təlimatın I bölməsində və bu Əlavədə göstərilmiş və ya istinad edilmiş tələblərə uyğun şəkildə satın alınır.

2. Məsləhət Xidmətləri. Layihə üçün tələb olunan və bu Kreditin vəsaitləri hesabına maliyyələşdirilən bütün məsləhət xidmətləri Məsləhətçilər haqqında Təlimatın I və IV bölmələrinin və bu Əlavənin tələblərinə uyğun şəkildə satın alınır.

3. Anlayışlar. Bu Əlavədə satınalmanın xüsusi metodlarını və ya Bank tərəfindən məxsusi kontraktların icmalı metodlarını təsvir etmək üçün istifadə edilmiş baş hərflərlə verilmiş terminlər şəraitdən asılı olaraq Satınalmalar haqqında Təlimatın II vı III-cü bölmələrində və ya Məsləhətçilər haqqında Təlimatın II, III, IV və V-ci bölmələrində müəyyənləşdirilmiş anlama malikdir.

 

B. Malların, işlərin və qeyri-məsləhət xidmətlərinin satın alınmasının xüsusi metodları

 

1. Beynəlxalq Müsabiqəli Tender. Bu bölmənin 2-ci bəndində başqa cür nəzərdə tutulmayıbsa, mallar, işlər və qeyri-məsləhət xidmətləri beynəlxalq müsabiqəli tender prosedurları əsasında bağlanan kontraktlar çərçivəsində satın alınır.

 

2. Mallar, işlər və qeyri-məsləhət xidmətlərinin satın alınmasının digər metodları. Aşağıdakı cədvəldə mallar, işlər və qeyri-məsləhət xidmətlərinin satın alınması üçün Beynəlxalq Müsabiqəli Tenderdən başqa istifadə edilə bilən digər satınalma metodları göstərilmişdir. Satınalma Planında bu metodlardan istifadə edilməsinə icazə verilən hallar göstərilməlidir.

 


Satınalma Metodu

(a) Aşağıda qeyd olunan əlavə müddəalar əsasında Milli Müsabiqəli Tender:

(i) tender iştirakçısının ölkə mənsubiyyəti ilə bağlı heç bir münasiblik məhdudiyyəti qoyulmamalıdır;

(ii) ilkin ixtisas qiymətləndirməsi sadə işlər üzrə aparılan satınalmalarda deyil, yalnız iri həcmli işlər üzrə bağlanmış müqavilələrdə tətbiq edilə bilər;

(iii) Hökumətin və yaxud Hökumətin rəsmi qurumlarının hər hansı bir payı olan müəssisələr Hökumət üçün keçirilən tenderlərdə iştirak etməyə dəvət olunmamalıdır. Onlar yalnız hüquqi və maliyyə cəhətdən müstəqil olduqlarını və kommersiya qanunları ilə fəaliyyət göstərdiklərini nümayiş edəndən sonra bu imkandan yararlana bilərlər;

(iv) məhsul və ya əməyin mənşəyi ilə bağlı heç bir milli üstünlüklər verilməməlidir;

(v) birgə müəssisələr üzrə ortaqlar öz öhdəlikləri üçün həm birlikdə həm də ayrılıqda məsuliyyət daşıyırlar;

(vi) tender sənədlərinin verilməsi üçün tender iştirakçılarından heç bir “iştirak haqqı” tələb olunmur. Tətbiq olunan ödəniş yalnız tender sənədlərinin hazırlanması (surətlərin çıxarılması) üçün xərclərə bərabər ola bilər;

(vii) tenderlərin qiymətləndirilməsi zamanı, tender qiymətlərinin mövcud büdcədən artıq olması halları istisna olmaqla, satınalmanı keçirən qurum tərəfindən hesablanan təxmini qiymətlərdən əhəmiyyətli dərəcədə fərqlənən təkliflər rədd edilə bilməz;

(viii) təkrar tender Bankın ilkin təsdiqi olmadan keçirilə bilməz;

(ix) on səkkiz (18) aydan yuxarı dövr üzrə bağlanan iş müqavilələrində müvafiq qiymət tənzimlənməsi üzrə müddəalar öz əksini tapmalıdır;

(x) icra müddətində müqavilənin həcmində və şərtlərində istənilən dəyişikliklərin edilməsi üçün Bankın ilkin təsdiqi tələb olunur; və

(xi) Bank tərəfindən təsdiq olunmuş standart tender sənədlərindən istifadə olunmalıdır.



(b) Şopinq

 


(c) Birbaşa Kontrakt

(d)   Bank üçün məqbul olan özəl sektorun oturuşmuş satınalma metodları və ya kommersiya praktikası

(e)    Layihənin C Hissəsinin çərçivəsində malların, işlərin və qeyri-məsləhət xidmətlərinin satın alınmasında icmaların iştirakı üçün məsləhətçilərlə bağlı təlimatın 3.19-cu bəndində nəzərdə tutulmuş prosedurlar

 

C. Məsləhət Xidmətlərinin Satın alınmasının Xüsusi Metodları

 

1. Keyfiyyət və dəyər əsasında seçim. Aşağıdakı 2-ci bənddə göstərilən hallar istisna olmaqla məsləhət xidmətləri Keyfiyyət və Dəyər əsasında Seçim metodu ilə bağlanan kontraktlar əsasında satın alınır.

 

2. Məsləhət Xidmətlərinin Satın alınmasının Digər Metodları. Aşağıdakı cədvəldə məsləhət xidmətləri üçün Keyfiyyət və Dəyər əsasında Seçim metodundan başqa istifadə edilə bilən digər satınalma metodları göstərilmişdir. Satınalma Planında bu metodlardan istifadə edilməsinə icazə verilən hallar göstərilməlidir.

 


Satınalmalar Metodu

(a) Sabit büdcə çərçivəsində seçim

(b) Ən aşağı dəyər əsasında seçim

(c) Məsləhətçilərin ixtisası əsasında seçim

d) Yeganə mənbədən seçim

(e) Fərdi Məsləhətçilərin seçilməsi üçün Məsləhətçilər haqqında Təlimatın 5.1 - 5.6-cı bəndlərində göstərilmiş prosedurlar

 

D. Satınalma qərarlarına Bank tərəfindən baxılması

Satınalma Planında Bankın öncədən yoxlamasına məruz qalacaq bütün kontraktlar müəyyənləşdirilir. Bütün digər kontraktlar Bank tərəfindən sonradan yoxlanılır.

 

Bölmə IV. Kredit vəsaitlərinin çıxarılması

A. Ümumi

1. Borcalan aşağıdakı cədvəlin 2-ci paraqrafında göstərilmiş Legitim Xərcləri maliyyələşdirmək üçün Kredit vəsaitlərini Ümumi Şərtlərin II Maddəsinin müddəaları, bu Bölmə və Bankın Borcalana bildirişlə (Bank tərəfindən vaxtaşırı nəzərdən keçirilən və belə qaydalara müvafiq olaraq bu Sazişə şamil olunan Dünya Bankının 2006-cı ilin may ayında qəbul olunmuş “Dünya Bankının Layihələr üzrə Vəsaitin İstifadəsi haqqında Təlimatı” daxil olmaqla) müəyyənləşdirəcəyi əlavə göstərişlər əsasında çıxara bilər.

2. Aşağıdakı cədvəl Kredit vəsaitləri hesabına maliyyələşdiriləcək Legitim Xərclər kateqoriyasını (“Kateqoriya”), hər kateqoriya üçün ayrılmış maliyyələşdirmə vəsaitlərini, və hər kateqoriyada Legitim Xərclər üzrə maliyyələşdiriləcək xərclərin faiz nisbətini göstərir:


Kateqoriya

Ayrılmış Kredit məbləği (ABŞ dolları ilə)

Maliyyələşdiriləcək xərclərin faiz nisbəti

(1) Mallar, işlər, qeyri-məsləhət xidmətləri və audit daxil olmaqla məsləhət xidmətləri, kiçik qrantlar, Layihə üçün təlim və əməliyyat xərcləri

49 875 000

75%

(2) Kreditin ayrılması üçün Komisyon Haqqı

125 000

Ümumi Şərtlərin 2.07 (b) Bölməsinə uyğun olaraq bu Sazişin 2.03 Bölməsinə müvafiq ödəniləcək məbləğ

(3) Minimal və ya Maksimal Faiz Dərəcələri üzrə Premium ödənişləri

0

Bu Sazişin 2.07 (c) Bölməsinə müvafiq olaraq alınacaq məbləğ

ÜMUMİ MƏBLƏĞ

50 000 000

 

 

B. Vəsaitin çıxarılma şərtləri; vəsaitin çıxarılma dövrləri

 

1. Bu Bölmənin A Hissəsinin tələblərindən asılı olmayaraq, bu Sazişin imzalanma tarixindən əvvəl edilmiş ödənişlərə dair vəsaitin çıxarılmasına icazə verilmir. İstisna kimi, Legitim Xərclər üçün həmin tarixdən əvvəl, lakin 15 oktyabr 2011-ci il tarixində və ya daha sonra edilmiş ödənişlər üçün 800 000 ABŞ dolları ekvivalentindən çox olmayan məbləğ çıxarıla bilər.



 

2. Bağlanma tarixi 30 iyun 2016-cı ildir.



ƏLAVƏ 3

 

Ödəniş Qrafiki

 

1.                  Aşağıdakı cədvəl Kreditin Əsas Məbləğinin Ödəniş Tarixlərini və hər bir Əsas Məbləğin Ödəniş Tarixi (“Hissəli Ödəniş”) üzrə ödəniləcək Kreditin ümumi əsas məbləğinin faiz nisbətini qeyd edir. Əgər Kredit vəsaitləri Əsas Məbləğin Ödəniş Tarixinə tam olaraq çıxarılıbsa, Borcalan tərəfindən hər bir Əsas Məbləğin Ödəniş Tarixində ödəniləcək Kreditin əsas məbləği Bank tərəfindən aşağıdakı qaydada müəyyən edilməlidir: (a) Əsas Məbləğin birinci Ödəniş Tarixinə İstifadə olunmuş Kredit Qalığı; vurulur (b) Əsas Məbləğin hər bir Ödəniş Tarixi üçün Hissəli Ödənişə (bu cür ödəniləcək məbləğ Valyuta Konvertasiyasının tətbiq etdiyi bu Əlavənin 4-cü paraqrafında əks olunmuş istənilən məbləğləri çıxmaq üçün lazım olduğu zaman uyğunlaşdırılmalıdır).



 

 


Əsas Məbləğin Ödəniş Tarixi

Hissəli Ödəniş

(Faiz nisbəti ilə ifadə olunub)

15 noyabr 2016

2.10%

15 may 2017

2.16%

15 noyabr 2017

2.23%

15 may 2018

2.29%

15 noyabr 2018

2.36%

15 may 2019

2.43%

15 noyabr 2019

2.51%

15 may 2020

2.58%

15 noyabr 2020

2.66%

15 may 2021

2.74%

15 noyabr 2021

2.82%

15 may 2022

2.91%

15 noyabr 2022

2.99%

15 may 2023

3.08%

15 noyabr 2023

3.18%

15 may 2024

3.27%

15 noyabr 2024

3.37%

15 may 2025

3.47%

15 noyabr 2025

3.57%

15 may 2026

3.68%

15 noyabr 2026

3.79%

15 may 2027

3.91%

15 noyabr 2027

4.02%

15 may 2028

4.14%

15 noyabr 2028

4.27%

15 may 2029

4.40%

15 noyabr 2029

4.53%

15 may 2030

4.66%

15 noyabr 2030

4.80%

15 may 2031

5.08%

 

2. Əgər Kredit vəsaitləri Əsas Məbləğin birinci Ödəniş Tarixinə tam olaraq istifadə edilməyibsə, Borcalan tərəfindən Əsas Məbləğin hər bir Ödəniş Tarixində ödəniləcək Kreditin əsas məbləği aşağıdakı kimi müəyyən edilməlidir:

 

(a) Borcalan Əsas Məbləğin birinci Ödəniş Tarixinə Kreditin istənilən vəsaitlərinin istifadəsi dərəcəsində bu Əlavənin 1-ci paraqrafına uyğun olaraq bu tarixə olan İstifadə Edilmiş Kredit Qalığını ödəməlidir.



 

(b) Əsas Məbləğin birinci Ödəniş Tarixindən sonra istifadə edilmiş istənilən məbləğ Bank tərəfindən aşağıdakı qaydada müəyyən edilən məbləğlərin istifadəsi tarixindən sonra azalaraq Əsas Məbləğin hər bir Ödəniş Tarixində ödənilməlidir: beləliklə də, hər bir bu cür çıxarmaların məbləği kəsrə vurulur; burada surət adıçəkilən Əsas Məbləğin Ödəniş Tarixi üçün bu Əlavənin 1-ci paraqrafının cədvəlində qeyd olunan ilkin Hissəli Ödənişlərdir, məxrəc isə bu tarixdə və ya ondan sonra azalan Əsas Məbləğin Ödəniş Tarixləri üzrə bütün qalan İlkin Hissəli Ödənişlərin ümumi məbləğidir. [bu cür ödəniləcək məbləğ Valyuta Konvertasiyasının tətbiq etdiyi bu Əlavənin 4-cü paraqrafında əks olunmuş istənilən məbləğləri çıxmaq üçün lazım olduğu zaman uyğunlaşdırılmalıdır.]

 

3. (a) Əsas Məbləğin istənilən Ödəniş Tarixindən əvvəl iki təqvim ayı müddətində istifadə edilmiş Kredit vəsaitləri, yalnız Əsas Məbləğin istənilən Ödəniş Tarixində ödəniləcək əsas məbləğlərin hesablanması məqsədləri ilə, vəsaitin çıxarılma tarixindən sonra Əsas Məbləğin ikinci Ödəniş Tarixində çıxarılmış və ödənilməmiş kimi nəzərdə tutulacaq və çıxarılma tarixindən sonra Əsas Məbləğin ikinci Ödəniş Tarixindən başlayaraq Əsas Məbləğin hər Ödəniş Tarixində ödənilməli olacaqdır.



 

(b)               Bu paraqrafın (a) sub-paraqrafının müddəalarına baxmayaraq, əgər Bank istənilən zaman Əsas Məbləğin müvafiq Tarixində və ya ondan sonra invoys tərtib edən ödəniş tarixi üzrə billinq sistemini qəbul edirsə, bu sub-paraqrafın müddəaları billinq sisteminin qəbul olunmasından sonra edilən vəsait çıxarmalarına tətbiq edilməməlidir.

 

4. Bu Əlavənin 1 və 2-ci paraqraflarının müddəalarına baxmayaraq, Kreditin İstifadə edilmiş Qalıq məbləğinin bütün və ya istənilən hissəsinin Təsdiq olunmuş Valyutaya Konvertasiyası zamanı, Konvertasiya Dövrü ərzində yaranan Əsas Məbləğin istənilən Ödəniş Tarixində ödəniləcək Təsdiq olunmuş Valyutada konvertasiya olunmuş məbləğ Bank tərəfindən bu qaydada müəyyən edilməlidir: Konvertasiyadan dərhal əvvəl öz denominasiya valyutasında ifadə olunan bu məbləğ ya: (i) Konvertasiya ilə bağlı Valyuta Hedj Əməliyyatları çərçivəsində Bank tərəfindən Təsdiq olunmuş Valyutada ödəniləcək əsas məbləğlərə; və ya (ii) Konvertasiya üzrə Təlimata uyğun olaraq Bankın bu cür müəyyən etdiyi təqdirdə, Ekranda nümayiş edilən Dərəcənin valyuta kursu komponentinə vurulur.



 

5. Əgər İstifadə edilmiş Kredit vəsaitlərinin Qalığı bir Kredit Valyutasından çox valyuta ilə ifadə olunursa, belə halda bu Əlavənin müddəaları hər bir Kredit Valyutasında ifadə olunan məbləğə ayrıca tətbiq edilməli və bununla da hər bir belə məbləğ üçün ayrıca ödəniş qrafiki tərtib edilməlidir.

 

 

QOŞMA



Bölmə I. Anlayışlar

1.                  “Antikorrupsiya Təlimatı” dedikdə 15 oktyabr 2006-cı il tarixdə qəbul olunmuş və 2011-ci ilin yanvar ayında nəzərdən keçirilmiş “BYİB Kreditləri və BİA Kreditləri və Qrantları hesabına maliyyələşdirilən Layihələrdə saxtakarlıq və korrupsiyanın qarşısının alınması və onlarla mübarizə haqqında Təlimat” nəzərdə tutulur.

2.                  “Benefisiar” dedikdə mikrokreditlərin verildiyi və ya verilməsinin təklif olunduğu, Əməliyyat Təlimatında göstərilmiş məqbulluq meyarlarına cavab verən fərdi məcburi köçkünlər nəzərdə tutulur; “Benefisiarlar” termini isə cəm şəklində bütün Benefisiarları nəzərdə tutur.

3.                  “Kateqoriya” dedikdə bu Sazişin 4-cü Əlavəsinin IV Bölməsində olan cədvəldə əks olunmuş kateqoriya nəzərdə tutulur.

4.                  “Məsləhətçilər haqqında Təlimat” dedikdə 2011-ci ilin yanvar ayında Bank tərəfindən dərc olunmuş “Dünya Bankının Borcalanları tərəfindən məsləhətçilərin seçilməsi və işə qəbulu haqqında Təlimat” nəzərdə tutulur.

5.                  “Tətbiq olunan sosial ödəmələr dedikdə” Layihənin İcraçı Qurumunun məsləhətçilərlə müqavilələri üzrə Borcalan tərəfindən hesablanmış sosial ödənişlərə Layihənin İcraçı Qurumunun ödənişləri və Layihənin İcraçı Qurumunun Layihə məqsədləri üçün işə qəbul etdiyi əməkdaşların sosial ödənişləri nəzərdə tutulur.

6.                  "ƏMİP(lər)" dedikdə Layihənin icrası zamanı Borcalanın Bankın təsdiq etdiyi ƏMİPÇ-ə uyğun olaraq hazırlanmış və ya hazırlanacaq, Bank üçün məqbul spesifik ətraf mühitin idarə edilməsi planları nəzərdə tutulur. Bu planlarda Layihə çərçivəsində həyata keçirilən ekoloji, monitorinq və institusional tədbirlər əks olunur.

7.                  “ƏMİPÇ” dedikdə Ətraf mühitə hər hansı mənfi təsirin aradan qaldırılması prosedurları və tədbirləri üçün bazanı təmin edən, Layihənin Əməliyyat Təlimatına daxil edilmiş 23 iyun 2011-ci il tarixli Ətraf Mühitin İdarə edilməsi Planları Çərçivəsi nəzərdə tutulur.

8.                  “Ümumi Şərtlər” dedikdə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının 31 iyul 2010-cu il tarixli “Kreditlər üçün Ümumi Şərtləri” nəzərdə tutulur.

9.                  “Manat” Borcalanın pul vahididir.

10.              “Mikro-kredit” dedikdə alt-layihənin həyata keçirilməsi üçün malların, işlərin və xidmətlərin təmin edilməsi üçün çəkilmiş xərclərin maliyyələşdirilməsi məqsədilə seçim tələblərinə cavab verən kredit ittifaqları tərəfindən Benefisiarlara verilmiş və ya verilməsi təklif olunmuş mikro-kredit nəzərdə tutulur; “mikro-kreditlər” termini cəm şəklində bütün belə mikro-kreditləri əhatə edir.

11.              “Mikro-kredit Müqaviləsi” dedikdə Layihə Sazişinin Əlavəsinin I.A.7-ci bəndində istinad olunmuş təkrar kredit müqaviləsi nəzərdə tutulur ki, onun əsasında seçim meyarlarına cavab verən kredit ittifaqları Kredit vəsaitlərini Benefisiarların sərəncamına verir.

12.              “Əməliyyat Xərcləri” dedikdə rabitə, elektrik təchizatı daxil olmaqla kommunal xidmətlər, bank xərcləri, çap və nəşr xidmətləri, ofisin saxlanılması, təmiri və təchizi, ofisin təhlükəsizlik sistemləri, nəqliyyat vasitələrinin istismarı, yanacaq və təmir, Layihənin İcraçı Təşkilatının Layihə məqsədilə cəlb olunmuş əməkdaşlarının (dövlət qulluqçuları istisna olmaqla) əmək haqqı, tətbiq olunan sosial ödəmələr, nəqliyyat və ezamiyyət xərcləri, ofis avadanlığının və nəqliyyat vasitələrinin sığortası və Bankın razılıq verdiyi digər bu kimi xərclər daxil olmaqla, Layihənin İcraçı qurumu tərəfindən Layihənin icrası ilə bağlı çəkilən artan əməliyyat xərcləri nəzərdə tutulur.

13.              “Əməliyyat Təlimatı” dedikdə Layihənin İcraçı Qurumu tərəfindən qəbul olunmuş, Layihənin icrası ilə bağlı prosedurları özündə əks etdirən və Bankın razılığı ilə vaxtaşırı düzəlişlər edilə bilən təlimat nəzərdə tutulur. Bu terminə Əməliyyat Təlimatının əlavələri də daxildir.

14.              “Satınalmalar haqqında Təlimat” dedikdə Bank tərəfindən 2011-ci ilin yanvarında dərc edilmiş “Təlimat: Dünya Bankının Borcalanları tərəfindən BYİB Kreditləri və BİA kreditləri çərçivəsində Malların, İşlərin və Qeyri-məsləhət Xidmətlərinin Satın alınması” nəzərdə tutulur.

15.              “Satınalmalar Planı” dedikdə Satınalmalar haqqında Təlimatın 1.18-ci bəndində və Məsləhətçilər haqqında Təlimatın 1.25-ci bəndində istinad olunan Borcalanın 9 sentyabr 2011-ci il tarixli satınalma planı nəzərdə tutulur. Bu plan həmin bəndlərin müddəalarına uyğun olaraq mütəmadi olaraq yenilənir.

16.              “Layihə Hesabı” dedikdə bu Sazişin 3.03 Bölməsində əks olunan, Borcalan tərəfindən saxlanılan və Borcalanın Layihə xərcləri üçün ayırdığı payın maliyyələşdirilməsi üçün istifadə ediləcək hesab nəzərdə tutulur.

17.              “Layihənin İcraçı Təşkilatı” dedikdə Borcalanın muxtar təşkilatı olan, əz əsasnaməsi üzrə fəaliyyət göstərən Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu və ya onun hər hansı hüquqi varisi nəzərdə tutulur.

18.              “Layihənin İcraçı Qurumu ilə bağlı qanunvericilik” dedikdə MKSİF-in 6 dekabr 1999-cu il tarixli Əsasnaməsi (düzəlişlərlə birlikdə) nəzərdə tutulur.

19.              “Seçim Komitəsi” dedikdə Layihənin İcraçı Qurumu tərəfindən Layihə Sazişinin I.A.4 bəndinə uyğun olaraq yaradılmış komitə nəzərdə tutulur.

20.              “Kiçik qrantlar” dedikdə Layihənin Əməliyyat Təlimatına uyğun olaraq Layihənin C.2 (b) Hissəsi çərçivəsində gəlir əldə etməyə imkan verən legitim fəaliyyətlərin maliyyələşdirilməsi üçün Kredit vəsaitləri hesabına Layihənin İcraçı Qurumunun verdiyi və ya verməyi təklif etdiyi qrant nəzərdə tutulur.

21.              “Alt-kredit” dedikdə alt-layihənin həyata keçirilməsi üçün malların, işlərin, xidmətlərin təmin edilməsi məqsədilə çəkilmiş xərclərin maliyyələşdirilməsi üçün Benefisiarlara verilmək məqsədilə Layihənin İcraçı Qurumu tərəfindən seçim meyarlarına cavab verən kredit ittifaqlarına verilmiş və ya verilməsi təklif olunmuş kredit nəzərdə tutulur. “Alt-kreditlər” termini cəm şəklində bütün belə alt-kreditləri əhatə edir.

22.              “Alt-kredit müqaviləsi” dedikdə Layihə Sazişinin Əlavəsinin I.A.6-cı bəndində istinad olunmuş müqavilə nəzərdə tutulur ki, bu müqavilənin əsasında Layihənin İcraçı Qurumu Kredit vəsaitlərini seçim meyarlarına cavab verən kredit ittifaqlarının istifadəsinə verir.

23.              “Alt-layihə” dedikdə Layihə Sazişinin Əlavəsinin I.A.7-ci bəndində istinad edilmiş prosedurlar və məqbulluq meyarlarına uyğun olaraq maliyyələşdirilməsi mümkün olan, Layihənin C.3 Hissəsi çərçivəsində Benefisiarlar tərəfindən həyata keçirilən kiçik biznes fəaliyyətinə start verilməsi və ya onun miqyasının genişləndirilməsini öngörən alt-layihələr nəzərdə tutulur. “Alt-layihələr” termini cəm şəklində bütün belə alt-layihələri əhatə edir.

24.              “Təkrar Saziş” dedikdə bu Sazişin 2-ci Əlavəsinin I.B Bölməsində istinad olunan saziş nəzərdə tutulur. Borcalan Kredit vəsaitlərini həmin Saziş əsasında Layihənin İcraçı Qurumunun sərəncamına verir.

25.              “Təlim” dedikdə yerli müəllim və təlim alanların ezamiyyət xərcləri, təlim kursları, seminarlar, yığıncaqlar, təlimin keçirilməsi üçün yerin və avadanlığın icarəsi, təlim materialları və digər ləvazimatlar daxil olmaqla Layihə çərçivəsində təlim fəaliyyətlərinin yerinə yetirilməsi ilə bağlı çəkilən xərclər nəzərdə tutulur.

 

Kredit Sazişinə 1 №-li Əlavə Məktub

 

 



AZƏRBAYCAN RESPUBLİKASI

 

16 noyabr 2011



 

 

Beynəlxalq Yenidənqurma və İnkişaf Bakı



Amerika Birləşmiş Ştatları

Washington, DC 20433

N.W. 1818 H Street

 

BYİB Krediti No. 8096-AZ



(Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının dəstəklənməsi Layihəsi)

Ümumi Şərtlərin 6.01-ci maddəsi



Maliyyə və İqtisadi Göstəricilər

 

Hörmətli xanımlar və cənablar:



 

Yuxarıda göstərilən Layihə üzrə Azərbaycan Respublikası (Üzv-ölkə) və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (Bank) arasında yuxarıda sözü gedən layihə üçün maliyyələşdirmənin ayrılması ilə bağlı bu tarixdə bağlanmış Kredit Sazişi və bu Kredit Sazişinə tətbiq olunan Ümumi Şərtlərlə (Ümumi Şərtlər) əlaqədar olaraq mən, Üzv-ölkə adından yazaraq aşağıdakıları bildirirəm:

 

1.                  Biz anlayırıq və razılaşırıq ki, Ümumi Şərtlərin 6.01-ci Maddəsinə əsasən, Üzv-ölkə “uzunmüddətli xarici borcu” (Dünya Bankının Borcalanın Hesabatvermə Sistemi Göstərişlərində (yanvar, 2000) təyin olunduğu kimi) barədə Banka hesabat verməlidir. Bura xüsusi olaraq yeni borc alınması halında, bu borcun götürüldüyü rüb bitdikdən sonra 30 gündən gec olmayaraq yeni “borc öhdəlikləri” barədə hesabatın, eləcə də bu hesabat verildiyi ildən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “kredit çərçivəsində əməliyyatlar” (göstərildiyi kimi) barədə ildə bir dəfədən az olmayaraq hesabatların təqdim edilməsi daxildir.



 

2.                  Biz bildiririk ki, hər hansı xarici borcun (Ümumi Şərtlərdə tərifi verildiyi kimi) təminatı kimi hər hansı Dövlət Əmlakına (Ümumi Şərtlərdə tərifi verildiyi kimi) münasibətdə hər hansı İmtiyazlı Tələb Hüququ (Ümumi Şərtlərin 6.02-ci Maddəsinin (c) bəndinə uyğun olaraq istisna edilənlərdən başqa) tətbiq olunmur. Heç bir xarici borca münasibətdə defolt halı mövcud deyil. Biz anlayırıq ki, Krediti təqdim edərkən, Bank bu məktubda göstərilmiş və ya istinad edilmiş məlumatlara əsaslana bilər.

 

3.                  Bankın səlahiyyətli nümayəndəsinin aşağıdakı hissədə imzasını qoyması ilə yuxarıda deyilənlərə razılığınızı bildirməyi xahiş edirik.



 

 

Hörmətlə,



 

AZƏRBAYCAN RESPUBLİKASI

 

Səlahiyyətli nümayəndə



 

Razıyıq:


 

BEYNƏLXALQ YENİDƏNQURMA VƏ İNKİŞAF BANKI

___________________________________

Səlahiyyətli nümayəndə




Dostları ilə paylaş:
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə