Dua edənlərin məqamı və duanın əhəmiyyət göstəricisi Peyğəmbər (s)
Elə məqama, ucalığa və əhəmiyyətə malik olan Peyğəmbər (s) öz ibadətini yaddan çıxarmırdı, gecə yarısı ağlayırdı, dua edib bağışlanmaq istəyirdi. Ümmü Sələmə bir gecə gördü ki, Peyğəmbər (s) yoxdur. Gedib gördü ki, dua edir, göz yaşı tökür, bağışlanmaq istəyir və belə deyir: “İlahi, məni bir göz qırpımı öz nəfsimə tapşırma!”1
Peyğəmbərlər
Qurani-kərimdə dəfələrlə duadan və Allahın saleh bəndələrinin dualarından söz açılmışdır. Onların hamısı bizə dərs verməkdən ötrüdür. Allahın peyğəmbərləri çətin anlarda Allaha dua edib kömək istəyirdilər: “Rəbbinə dua edib: “Mən məğlub oldum, buna görə də (onlardan) intiqam al!” – dedi”.2 Bu, həzrət Nuhun (ə) dilindən nəql olunmuşdur. Yaxud həzrət Musanın (ə) dilindən belə nəql olunmuşdur: “Sonra Rəbbinə belə dua etdi: “Həqiqətən, bunlar günahkar bir qövmdür!”3 Musa Allaha şikayət etdi, Ona sığındı.
Dua barəsində bizim sözümüzün qısası budur ki, dua Allah qarşısında bəndəliyin təzahüri və insanda bəndəlik ruhunun gücləndirilməsi üçündür. Allah qarşısında bu bəndəlik ruhu, Allahın peyğəmbərlərinin əvvəldən sona qədər tərbiyə və səylərinin yönəldiyi nöqtədir. Onlar insanlarda bəndəlik ruhunu dirçəltməyə çalışıblar.
Dostları ilə paylaş: |