Qəbul olunmaq imkanını yüksəltmək üçün duanın şərait və qaydaları
Dua digər vasitələrin yanında bir vasitədir. Bir hədisdə Əmirəlmöminindən (ə) nəql olunmuşdur ki, bəla gəlməzdən öncə dua ilə onu dəf edin2. Bunlar həqiqətdir. Əlbəttə, bu o demək deyil ki, siz nə istəsəniz və onu Allah-Taalaya necə desəniz, qəbul olunacaq. Xeyr, bütün adi səbəblər və bütün istəklər kimi onun da şəraiti və qaydaları var. Əgər siz dostunuzdan da bir şey istəsəniz, onun da qaydaları və yolları var. Duaya məxsus qaydanı işlətmək lazımdır. Ən əsas qayda budur ki, insan Allah-Taalaya diqqət yetirsin və bütün qəlbi ilə Allahdan istəsin.