Cavabın maneələri Başqa bir ilahi qanunla ziddiyyət
Zəruri deyil ki, dua həmişə təbii qanunları pozsun və onların ziddinə olsun. Xeyr, dua təbii qanunlar çərçivəsində qəbul olunur və sizin istəyiniz təmin edilir. Bu, Allahın qüdrətidir: qanunları hazır edir, bir-birinin yanına qoyur və sizin istədiyiniz həyata keçir. Əlbəttə, sizin duanız başqa bir ilahi qanunla ziddiyyət təşkil etsə, dua qəbul olunmur. Allahın vədəsi haqdır. Lakin o vədə də düzgündür. İşsiz dayanıb, öz məqsədləri yolunda çalışmayan şəxslərin məqsədə çatmasına zəmanət verilmir. Sən dua etməyində ol, bəllidir ki, bu duanın qəbul olunmaq şansı çox deyil. Bəli, bir də gördünüz qəbul olundu, lakin buna zəmanət verilmir. Siz qəti bir təbii qanunun ziddinə dua etsəniz, zəmanətin olması bəlli deyil; baxmayaraq ki, bəzi yerlərdə, şübhəsiz, dua qanunları da yarıb keçir. Lakin duanın qəbul olunduğunu deyiriksə, sizin duanınızın digər ilahi qanunlarla ziddiyyətdə olduğu, yanında əməlin olmadığı, yaxud duanın özünün diqqətlə edilmədiyi təqdirdə yenə də qəbul olunacağını söyləmirik. Xeyr, duada Allah-Taaladan həqiqətən istəmək lazımdır. Bu, dua qəbul olunur. Əgər duanın kənarında əməl və fəaliyyət varsa, bu duanın qəbul olunmaq imkanı doğrudan da çoxdur. Dua davamlı olduqda onda qəbul olunmaq imkanı daha çoxdur. Əgər bir duanın bir neçə dəfə təkrar olunduğu və qəbul olunmadığı görünsə, məyus olmaq lazım deyil; xüsusən də böyük məsələlərdə, insan taleyinə, ölkə taleyinə və xalqların taleyinə aid olan məsələlərdə. Çünki böyük məsələlərin xüsusiyyəti belədir: onların həyata keçməsi üçün zaman tələb olunur.
Qəlbin yumşalıb Allaha yönəldiyi zaman dua zamanıdır. O zaman Allahdan istəsəniz, adətən istəyiniz təmin olunar. Lakin əgər Allahın elmində bəzi məsləhətlər mövcud olsa, heç. Biz bu mətləbləri bilmirik. Allah-Taala mənim və sizin dualarınıza görə yaradılışın, yaxud bir xalqın ümumi maraqlarını görməzdən gəlmir. Bizim istəyimizin qarşısında məsləhət mane olmasa və dua halında lazımi diqqətə malik olsaq, dua tez ya gec qəbul olunacaq.
Allah-Taala Quranın bir neçə ayəsində duanı qəbul edəcəyinə söz vermişdir. Ayələrin biri bu mübarək ayədir: “Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!”1 Yəni sizin Rəbbiniz buyurub ki, məni çağırın və mən cavab verim, qəbul edim. Qəbul etməyin, istəyin yüz faiz təmin olunması mənasında olmaması da mümkündür. Bəzən yaranış qanunları Allahın o hacəti tam təmin etməməsini tələb edə bilər. Bəzi qanunlar səbəbindən o istəyin təmin edilməsi, yaxud tezliklə təmin edilməsi mümkün olmur. Digər yerlərdə ümumi qayda kimi Allah-Taalanın cavabı budur ki, sizin istəyinizi təmin etsin.
Dostları ilə paylaş: |