Dua islam İnqilabının Böyük Rəhbəri cənab Ayətullah Seyid Əli Xameneinin çıxışlarından seçmələr



Yüklə 364,35 Kb.
səhifə71/106
tarix04.01.2022
ölçüsü364,35 Kb.
#54529
1   ...   67   68   69   70   71   72   73   74   ...   106

Dördüncü fəsil: Duanın faydaları

Duanın üç əsas faydası: (Allah qarşısında) Çarəsizlik ruhiyyəsinin inkişafı, bilgi əldə etmək və istəklərə çatmaq

Kiçiklik və çarəsizlik ruhiyyəsinin inkişafı


Öz acizliyimizə, kiçikliyimizə və yoxsulluğumuza diqqət yetirmək

Yeri gəlmişkən, istəyin kiçik olmasından da qorxmayın, ən kiçik istəkləri də Allahdan diləyin. Hədisdə göstərilir ki, hətta çox dəyərsiz bir şey olan ayaqqabı ipini də Allahdan istəyin. Bir hədisdə İmam Baqir (ə) buyurur: "Kiçik istəkləri dəyərsiz saymayın. Çünki Allah-Taala üçün ən sevimli mömin ən çox (dua edib) istəyəndir".1 Bəli, insanın ayaqqabı ipinə ehtiyacı var. Mağazaya gedib alır. Bunun üçün də dua lazımdırmı? Bəli, ayaqqabı ipinə və belə kiçik olan hər hansı bir şeyə ehtiyacınız olduğunu duyan kimi ürəyinizi Allaha yönəldin və deyin ki, İlahi, mənə bunu da yetir. Yetirməyi hansı yolladır? Yolu budur ki, cibimə pul qoyub küçəyə çıxım, mağazadan alım və sonra istifadə edim. Hər halda, Allahdan istəməlisiniz. Mağazaya gedib pul verib ayaqqabı ipi alsanız da, onu yenə Allah sizə vermişdir. Allahdan qeyrisinin yolu ilə insanın əlinə bir şey çatmır. Bizə nə çatırsa, Allah verir.

Allahın verdiyini öncə Allahdan istəməliyik. Nə üçün istəməliyik? Kiçik istəkləri də Allahdan istəməyimizi tövsiyə etmələrinin səbəblərindən biri budur ki, öz ehtiyaclarımıza, acizliyimizə, kiçikliyimizə və yoxsulluğumuza diqqət yönəldək. Nə qədər yoxsul olduğumuzu görək. Əgər Allah-Taala kömək etməsə, imkan yaratmasa, güc verməsə, düşüncə verməsə, təşəbbüs verməsə və vasitələri hazırlamasa, həmin ayaqqabı ipi də bizim əlimizə çatmayacaq. Əgər siz ayaqqabı ipini almaq məqsədilə evdən çıxsanız və yolda pullarınızı oğurlasalar, yaxud pulunuz itsə, yaxud istədiyiniz mağaza bağlı olsa, yaxud yolda hər hansı hadisə baş versə və siz qayıtmağa məcbur olsanız, ayaqqabı ipini əldə edə bilməyəcəksiniz. Buna əsasən, hər şeyi Allahdan istəyin. Hətta ayaqqabı ipini, hətta kiçik şeyləri və hətta özünüzün gündəlik ruzinizi də. Qoyun bizim köksümüzdə əzəmət qazanmış bu yalançı “mən” sınsın (“mən”deyirik və elə bilirik ki, bütün qüvvələr bizdə cəm olub). Bu “mən” insanları yazıq edir. Bu da dua barəsində bir mətləbdir: insan öz istəklərini dua ilə əldə etməlidir.


Yüklə 364,35 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin