Mövzu I: Tədqiqat anlayışı və onun əhəmiyyəti



Yüklə 125,15 Kb.
səhifə1/16
tarix11.11.2022
ölçüsü125,15 Kb.
#119312
  1   2   3   4   5   6   7   8   9   ...   16
Mövzular



Mövzu I: Tədqiqat anlayışı və onun əhəmiyyəti
1.1.sosİal tədqİqat nədir?
Sosial tədqiqatlardan istifadənin əsas səbəblərindən biri cəmiyyətin geniş, məzmunlu və aktual informasiyaya daim ehtiyacının olmasıdır.
Elmi tədqiqatlar aparılma səviyyəsinə görə iki yerə bölünür - nəzəri empirik:
Əgər nəzəri səviyyə təbii və ya sosial hadisə və bunlar arasındakı əlaqələr haq­qında inkişaf edən mücərrəd anlayış barədədirsə (yəni «nəzəriyyə» yarat­maq), em­pirik səviyyə isə nəticədət daha yaxşı nəzəriyyə yaratmaq məqsədilə müşahidələrin həqiqəti nə dərəcədə əks etdirməsini müəyyən etmək üçün nəzəri anlayış və əla­qələrin yoxlanılmasıdır”.


1.2.TƏDQİQATIN MƏQSƏDLƏRİ VƏ NÖVLƏRİ
Tədqiqat metodları məsələnin, hadisənin və proseslərin öyrənilməsində, habelə yeni fikirlərin və nəzəriyyələrin sınanmasında və yaradılmasında başlıca rol oy­nayır.
Tədqiqatlar qəbul edilən metodoloji mövqeyə görə iki yerə ayrılır: kəmiyyət keyfiyyət tədqiqatları.
Kəmiyyət tədqiqatları əsasən təsviredici izahedici xarakterə malik olur. On­lar problemin miqyasını, tendensiyasını gedişatını təsvir, dəyişənlər ara­sın­dakı əlaqələri müəyyən edərək, hadisələrin başvermə səbəbini izah edə bilər­lər.
Keyfiyyət tədqiqatçıları sosial reallığı iştirakçıların gözü ilə görməyə çalışır, çünki inanırlar ki, fərdlərin dünyagörüşünü və fəaliyyətini yalnız bu üsulla başa düşmək olar. Keyfiyyət tədqiqatları sual altındakı problemi əsasən fərdi səviyyədə öyrənib izah edir.
Sosial tədqiqat aşağıdakı məqsədlərlə aparıla bilər:

  • ümumi mühitin və mənzərənin öyrənilməsi;

  • dəyişiklik və tendensiyaların öyrənilməsi;

  • kommersial və qeyri-kommersial qazanc üçün informasiyanın əldə edil­məsi;

  • layihə və proqramların hazırlanması;

  • layihənin və proqramın mütəmadi monitorinqi;

  • qərarların qəbul edilməsi prosesində optimal variantların müəyyənləş­diril­məsi;

  • mümkün steykholderlərin, onların fikir və keyfiyyət xüsusiyyətlərinin müəyyən edilməsi;

  • steykholderlərlə münasibətlərin qurulması və yaxşılaşdırılması;

  • steykholderlərlə proqram hazırlayan qurumlar arasında əlaqənin möh­kəm­ləndirilməsi;

  • risklərin qiymətləndirilməsi;

  • mürəkkəb proseslərdə dəyişənlərin aşkarlanması və bir-birinə təsirinin öyrənilməsi;

  • mövcud resurslardan istifadə isfiqaməfinin və prioritet sahələrin müəy­yənləşdirilməsi.

Sosial tədqiqat tərkib və məqsədinə görə belə təsnifatlandırılır:
Təsviredici. Mahiyyətcə təsviredici olan araşdırmaların əsas məqsədi keçmiş, mövcud, yaxud gələcək vəziyyətin xüsusiyyət və göstəricilərini təsvir etməkdən ibarətdir.
İzahedici. Baş verən hadisələri və mövcud vəziyyətin yaranma səbəblərini öyrənən tədqiqat mahiyyətcə izahedici hesab olunur.
Kəşfiyyat tədqiqatı. Mahiyyətcə müəyyən dərəcədə izahedici tədqiqata bənzəsə də, kəşfiyyat araşdırmasının başlıca məqsədi və səciyyəvi xüsusiyyəti bundan ibarətdir ki, burada tədqiqat probleminin kəmiyyət və keyfiyyət xüsusiyyətləri dərindən öyrənilir, onların ümumi kontekst çərçivəsində başa düşülməsinə çalışılır.
Qiymətləndiriri tədqiqat. Bu qəbildən olan araşdırmaların məqsədi adətən görülən bir işin səmərəliliyini, effektivliyini və keyfiyyətini müəyyənləşdir­məkdən ibarət olur.
Qərarverici tədqiqat. Qərarverici modellərdə məsələyə və problemə dair həlli yolları və ya qərar qəbuletmə üçün tövsiyələr işlənir.
Müqayisəli tədqiqat. İki və ya daha çox subyektin bir-biri ilə müqayisəli şə­kil­də tədqiq və təhlili müqayisəli tədqiqat adlanır.
Eksperimental tədqiqat. Bu qəbildən olan araşdırmalarda hipotezin yoxla­nıl­ması və ya dəyişənlər arasında səbəbiyyət əlaqələrinin elmi tədqiqi nəzərdə tutulur.
TƏDQİQAT VƏ NƏZƏRİYYƏ
izahedici və kəşfiyyat xarakterli tədqiqat ya induktiv (kəşfiyyat), ya da deduktiv (sınaq) xarakterlidir.
Əliyev hipotezlərin üç yerə bölündüyünü qeyd edərək yazır ki:
«Hipotezləri təsviredici, izahedici və proqnozedici olaraq üç növə bölürlər. Təsviredici hipotez obyektin mövcud xarakteri, onunla ayrı-ayrı elementlər arasında əlaqənin xarakteri haqqında ehtimaldır. İzahedici hipotez səbəb-nəticə arasındakı asılılıq haqqında ehtimaldır. Proqnozedici hipotez isə tədqiqat obyektinin inkişa­fındakı tendensiya və qanunauyğunluqlar haqqında ehtimaldır».
İnduksiya və deduksiya nədir?
İnduksiya - fərdi haldan ümumi hala keçid üçün mühakimənin sürülməsidir. Bu halda faktlar əsasında ümumi hipotezin yaradılması baş verir, induksiyanın əsasında sınaq, eksperiment və faktların yığılmasına imkan verən müşahidələr du­rur.
Deduksiya - ümumi məlumat əsasında fərdi nəticələri əldə etməyə imkan yaradır. Yəni predmet haqqında yeni məlumatın əldə olunması eyni sinifdən olanların araşdırılması əsasında yerinə yetirilir.

1.3.SOSİAL ARAŞDIRMA METODLARI NƏ ÜÇÜN ÖYRƏNİLMƏLİDİR?


Sosial münasibətlərin öyrənilınəsi.
Sosiologiyanın özəyində duran bu məsələni öyrənmək hər bir sosial tədqiqatçının vəzifəsidir.
İstənilən təd­­qiqatda bu və ya digər formada mövcud durum nəzərdən keçirilir.
Araşdırma üfüqlərini genişləndirmək. Yuxarıda da qeyd edildiyi kimi, sosial tədqiqat metodlarının istifadə dairəsi olduqca genişdir.
Əsassız fikirləri dağıtmaq. Sirr deyil ki, hər bir cəmiyyətdə əsası olmayan, ancaq ictimaiyyət arasında geniş yayılan və doğru hesab edilərn fikirlər möv­cuddur.



Yüklə 125,15 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin